İSTİ XƏBƏRLƏR
» » Sumqayıtla əməkdaşlıqda maraqlı olan SİAN ŞƏHƏRİ

Sumqayıtla əməkdaşlıqda maraqlı olan SİAN ŞƏHƏRİ



Yeniləşən və müasirləşən Sumqayıt şəhərinin dünyanın bir çox şəhərləri ilə dostluq və əməkdaşlıq əlaqələri mövcuddur. Sumqayıtın qardaşlaşdığı şəhərlərin coğrafiyası hər ötən il genişlənir. Qardaşlaşmış şəhərlər layihəsi çərçivəsində mütəmadi olaraq nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, iqtisadi, mədəni və humanitar sahələrdə bir sıra layihələr həyata keçirilir.


Sumqayıt şəhəri ilə dostluq və əməkdaşlıq əlaqələrinin mövcud olduğu şəhərlərdən biri də Çin Xalq Respublikasının Sian şəhəridir.

05 İyul 2019-cu il tarixdə Sumqayıt şəhəri ilə Sian şəhəri arasında dostluq əlaqələrinin qurulması haqqında Niyyət protokolu imzalanıb. Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı bildirib ki, Azərbaycan-Çin əlaqələri dostluq və qarşılıqlı etimada əsaslanır. İki ölkə arasında yüksək inkişaf dinamikası ilə seçilən çoxşaxəli ciddi tərəfdaşlıq münasibətləri mövcuddur. Diplomat qeyd edib ki, Sumqayıt və Sian şəhərləri əməkdaşlıqla inkişfa, tərəqqiyə və son nəticədə "Bir kəmər, bir yol" uğurlu icrasına ciddi töhfə verəcək.


Qədim İpək Yolunun üzərində yerləşən şəhər

Sian şəhəri Çinin mərkəzində yerləşən Şaansi əyalətinə mənsubdur. Qədim İpək Yolunun üzərində yerləşən bu əyalət zəngin tarixi və mədəniyyəti ilə diqqəti cəlb edir. Bu şəhər Çinin dörd qədim paytaxtından biridir.

Sian Çinin məşhur qədim paytaxtı və "İpək yolunun" başlanğıc məntəqəsi olmuşdur. E.ə. IX əsrdən o, 10-dan çox sülalənin dövründə paytaxt olmub. Burada bir çox diqqətəlayiq yerlər və qədim abidələr qorunub saxlanıb, onların arasında Banpo xarabalıqları - bizi 6000 il ayıran matriarxal cəmiyyətin düşərgəsi, imperator Tsin Şixuanın səradbəsindən götürülmüş döyüşçü və atların terrakota fiqurları - bunların da yaşı 2200 ildir, Tan sülaləsinin "Vəhşi qazlar" Böyük və kiçik paqodaları və Sun sülaləsinin memorial daş plitələri vardır. Sian Çinin turist məqkəzi və müasir sənaye bazalarından biridir. Onun əsas sənaye sahələri maşınqayırma və toxuculuq sənayesidir.


Terrakota Ordusu (yeraltı heykəllər ordusu) Muzeyi

Sian şəhərində yeraltı heykəllər ordusu 1974-cü ildə kəşf edilib və dünya tarixinin ən önəmli arxeoloji tapıntılarından hesab olunur. 1977-1985-ci illərdə burada iki dəfə arxeoloji qazıntı işləri aparılıb. Tədqiqatlar nəticəsində boyları 183 və 193 santimetr arasında dəyişən heykəl əsgərlər aşkarlanıb. Heykəllərin özəlliyi onların hər birinin üz ifadəsinin və geyimlərinin fərqli olmasıdır. Lakin tapılan heykəllər torpaqdan çıxarılandan sonra üzlərindəki boyalar pozulduğuna və təbii rənglərini dəyişdiyinə görə arxeoloqlar qazıntı işlərini yarımçıq qoymağa məcbur olublar. Çinlilər tərəfindən dünyanın səkkizinci möcüzəsi kimi qəbul edilən terrakota əsgərləri ilə bağlı qazıntı işləri texnikanın və elmin inkişafı nəticəsində 2009-cu ildə yenidən bərpa olunub. Qazıntı aparılan ərazidən indiyədək təxminən iki min əsgər heykəli tapılıb. Ərazidə 520 atla 8 min əsgərin, 130 döyüş arabasının, 150 süvarinin olduğu təxmin edilir. Onlar 600-ə yaxın yeraltı çuxurda toplanıb. Çin imperatoru Sin Şi Huangın məzarı da buradadır. Əfsanəyə görə, terrakota ordusu imperator Sin Şi Huangın məzarını qoruyurmuş.

1987-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən terrakota ordusu üç ayrı çuxurda dəfn edilib. Çuxurlardan ən böyüyü əsasən piyada əsgərlərin heykəllərindən ibarətdir. Müxtəlif hərbi rütbələri daşıyan hərbçilər dövrün ən qabaqcıl döyüş nizamına və strategiyasına uyğun şəkildə, döyüş meydanında hazır mövqedə basdırılıblar. Çuxurların birində imperatorun mərasim batalyonu öz nizami düzülüşü ilə diqqəti cəlb edir. Əsgərlərin yanında o dövrə aid təxminən 10 min bürünc silah da var.

Bu muzey Çin tarixini, həmçinin o dövrə məxsus texnologiya, incəsənət və mədəniyyəti öyrənmək və tədqiq etmək üçün əvəzsiz mənbədir. Lakin araşdırmalar hələ də terrakota ordusunun sirrini açmağa kömək etməyib. Qədim məxəzlərdə yazılıb ki, imperator Sin Şi Huang dövrünün görkəmli dövlət xadimi olaraq Çin ərazilərini vahid dövlətdə birləşdirən lider kimi tarixə düşüb. Bəzi mənbələr Çin səddinin inşasına başlanmasının da onun adı ilə bağlı olduğunu bildirir. Tarixçi Si Maqian isə yazır ki, bu məzarın inşası 30 il davam edib və tikintidə 700 min insan işləyib.

İmperatorun ordunu dəfn etdirmək üçün niyə Sian ərazisini seçməsinin də maraqlı tarixçəsi var. Tarixçilər hesab edirlər ki, imperator Li Şan adlanan dağı o dövrün məşhur fəlsəfəsi ilə əlaqələndirib. Məhz buna görə özünün də burada dəfn olunmasını əmr edib. İmperatorun məzarı yerin 36 metr dərinliyindədir və o, inanırdı ki, daş heykəllərdən ibarət terrakota ordusu onu öldükdən sonra da qoruyacaq.

İl ərzində bu muzeyə dünyanın müxtəlif yerlərindən minlərlə turist gəlir. Onlar dünya tarixinin və mədəniyyətinin bu əvəzolunmaz incisi ilə tanış olmaq, onu öz gözləri ilə görmək istəyirlər.


İqtisadiyyatı:

Ən azı əlli səkkiz ölkə Sian şəhərində müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələr yaradıb. Bunlara ABB Group , Mitsubishi , Panasonic , Toshiba , Fujitsu , Coca-Cola və Boeing daxildir .

Mühüm sənaye sahələri arasında avadanlıq istehsalı, turizm və xidmətdən kənar sahələr daxildir. Bundan əlavə, Çinin dörd qədim paytaxtlarından biri olaraq, Sianın bir çox mədəniyyət məkanları, o cümlədən Terracotta Ordusu , Sian şəhər divarı və Famen Məbədi də turizmi əhəmiyyətli bir sahəyə çevirir .

Beynəlxalq miqyasda Sianın ən böyük ticarət tərəfdaşı ABŞ-dır.


Sian Şəhər Divarı, Müsəlman Məhəlləsi


Sian şəhər divarı düzbucaqlıdır, uzunluğu 13,7 km-dir və köhnə şəhəri yeni şəhərdən ayırır. Dünyanın ən uzun və ən yaxşı qorunan şəhər divarlarından biri hesab olunur. Divarın hündürlüyü 12 metr, eni 15-18 metr, təpədə 12-14 metrdir. Buna görə nəqliyyat vasitələri divarın üstündəki bir yol genişliyində istifadə edilə bilər. Divarın xaricində su ilə dolu bir xəndək var. Zəng qülləsindən cənuba 10-15 dəqiqəlik məsafədə Cənub Qapısına çata bilərsiniz. Güney darvazada vaxtaşırı nümayişlər olur və burada da velosiped icarəyə götürmək mümkündür. Bütün şəhər divarını 1,5-2 saat ərzində velosipedlə gəzmək olar. Elektrikli avtomobillərlə də gəzə bilərsiniz.

Rəy bildir +
Oxşar xəbərlər
Yeni ''sosialist alyansı"?
15:2215 avqust

Yeni ''sosialist alyansı"?

Rusiya ilə Çin arasında əlaqələrin inkişafda olduğu haqqında fikirlər çoxdan səslənir. İki böyük dövlətin qlobal miqyasda geosiyasi qüvvələr nisbətini dəyişə biləcək imkanlara malik olduqları sirr deyil. Si Szinpinin Rusiyaya son səfərinə də məhz bu kontekstdə nəzər saldıqda, maraqlı qənaətlər əldə

Çin şirkətlərinin nümayəndələri Sumqayıtda – Zakir Fərəcov iş adamları ilə görüşdü
16:4703 avqust

Çin şirkətlərinin nümayəndələri Sumqayıtda – Zakir Fərəcov iş adamları ilə görüşdü

Çinin iş adamları Sumqayıt şəhərində səfərdə olub. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ölkəmizdə səfərdə olan Çin iş adamlarından ibarət nümayəndə heyətini qəbul edib. Görüşdə  Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı da iştirak edib.

Şəhərlər gözəli
18:2924 iyul

Şəhərlər gözəli

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin yanvarın 11-də keçirilmiş iclasında ölkə Prezidenti öz çıxışında 2018-ci ilin ölkəmiz üçün uğurlu olduğunu, dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq Azərbaycan uğurla və sürətlə inkişaf etdiyini bildirdi.  Ötən

Sumqayıt şəhərinin 70 illik yubilyeyi  münasibətilə tədbirlər planına təkliflər
10:2324 may

Sumqayıt şəhərinin 70 illik yubilyeyi münasibətilə tədbirlər planına təkliflər

Məlum olduğu kimi  Turizmin inkişafı ilə bağlı son illər Prezident İlham Əliyev bir neçə sərəncam imzalamış və onların icrası istiqamətində tədbirlər həyata keçirilmişdir. Aparılan ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli