İSTİ XƏBƏRLƏR
» » Sumqayıtda yeni Fabrik tikilir

Sumqayıtda yeni Fabrik tikilir



Xalça istehsalı kompleks istehsal sahəsidir. Bu sahənin inkişafını  Yunəyirici-Boyaq Fabriki olmadan təsəvvür etmək mümkün deyil.

Xalça istehsalı  üçün zəruri xammal bazasının yaradılması məqsədilə ötən il Sumqayıt Kimya Sənaye Parkında "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Yunəyirici Boyaq Fabrikinin tikintisinə başlanılıb. Burada İtaliya, Fransa və Türkiyədə istehsal olunan avadanlıqlar quraşdırılacaq.

Avqustun 22-də "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov fabrikdə tikinti-quraşdırma işlərinin gedişi ilə maraqlanıb. Bu barədə fins.az-ya "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən bildirilib.

Məlumat verilib ki, artıq fabrikdə əsas tikinti işləri başa çatdırılıb. Hazırda həyətdə abadlıq işləri aparılır.  Fabrikə qəbul ediləcək yunun yuyulması, qurudulması, daranması, əyrilməsi və boyanması üçün nəzərdə tutulan istehsalat sahələri avadanlıqların quraşdırılmasına tam hazır vəziyyətə gətirilib. Yaxın vaxtlarda avadanlıqların quraşdırılmasına başlanılacaqdır.

İdarə Heyətinin sədri keyfiyyətə ciddi diqqət yetirilməsi, qısa zaman ərzində fabrikin işçi heyətinin formalaşdırılması barədə tapşırıqlar verib.

Qeyd edək ki, fabrikin istehsal gücü ildə 1500 ton çirkli yun qəbul etməyə imkan verir. Müəyyənləşdirilmiş istehsal proseslərdən sonra  yunun bir hissəsi 250 ton iplik əldə etməyə sərf olunacaq. Burada 350  ton  təmiz yun istehsalı nəzərdə tutulub ki, bu da xammal kimi satışa çıxarılacaq. Bunun üçün araşdırma aparılıb, hansı ölkədə belə xammala tələbatın olduğu müəyyənləşdirilib.

Fabrikdə 100 nəfər işlə təmin ediləcək.

Burada istehsal olunacaq ipliklər sifarişə uyğun olaraq, təbii və kimyəvi boyaqlarla boyanaraq satışa çıxarılacaqdır. Fabrikin fəaliyyəti nəticəsində, ilk növbədə, "Azərxalça"nın filiallarının, bundan başqa ölkəmizin digər sənaye müəssisələrinin, özəl xalça emalatxanalarının yun iplik tələbatı ödəniləcək, idxaldan asılılıq tamamilə aradan qaldırılacaqdır.

Azərbaycanda yeni sahə olan bu fabrikin fəaliyyətinin təmin olunması məqsədilə Türkiyədən mütəxəssislər dəvət olunub. Həmin mütəxəssislər iki il müddətində yerli mütəxəssislər hazırlayaraq fabrikin kadr potensialını formalaşdıracaqlar.

Fabrikin xammalla təchizatı məqsədilə Naxçıvan şəhərində, Bərdə, Qobustan, Sabirabad və Şabran rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri yaradılıb. Bu məntəqələrdə il ərzində respublikamızın bütün bölgələrindən  1500 ton çirkli yun qəbulu həyata keçiriləcəkdir. Artıq bir neçə aydır ki, tədarük məntəqələrində yun qəbuluna başlanılıb.

Rəy bildir +
Oxşar xəbərlər
50 il zəhər udan, italiyalıların "dərsini" verən sumqayıtlı kimyaçı
15:4315 avqust

50 il zəhər udan, italiyalıların "dərsini" verən sumqayıtlı kimyaçı

Ömrünün yarım əsrə qədərini ölkənin kimya sənayesinin inkişafına həsr etmiş tanınmış kimyaçı Zülfi Sadıxov Azərbaycanın Dövlət mükafatı laureatı, Respublikanın Əməkdar mühəndisi, SSRİ-nin Əlaçı kimyaçısı və Əlaçı səmərələşdiricisi, onlarla qiymətli ixtiranın müəllifidir.  

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?
14:5910 avqust

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?

2019-cu ilin birinci yarısında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Sumqayıt ilin birinci rübünü necə keçirib?
10:5915 may

Sumqayıt ilin birinci rübünü necə keçirib?

Ötən həftə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə,  təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Sumqayıt Kimya Sənaye Parkında Avstryalı iş adamları ilə görüş
16:0622 aprel

Sumqayıt Kimya Sənaye Parkında Avstryalı iş adamları ilə görüş

Avstriya Sənayeçilər Konfederasiyası yanında Yuxarı Avstriya Federal əyalətinin Gənc Sənayeçilər Təşkilatının icraçı direktoru Sebastian Badisc, Avstriya Federal İqtisadiyyat Palatasının Türkiyə, Azərbaycan və Gürcüstan üzrə nümayəndəsi Georg Karabaczek və 20-dən çox avstriyalı iş adamı Sumqayıt