İSTİ XƏBƏRLƏR
» » Bankomat kartı geri qaytarmırsa, nə etməli?

Bankomat kartı geri qaytarmırsa, nə etməli?



Bəli, bu, xoşagəlməz olsa da, tamamilə həll ediləcək bir problemdir. Belə olan halda yalnız necə hərəkət etməyi bilməyiniz vacibdir.

"168 saat" "tonkosti.ru" saytına istinadla "inadçı" bankomatla baş verən belə hallarda karınıza gələcək bir neçə sadə məsləhəti diqqətinizə çatdırır.


Bankomat niyə kartı geri qaytarmır?

Bunun bir neçə - həm ciddi, həm də mənasız səbəbi ola bilər.

Kart maqnitsizləşib; PİN-kod bir neçə dəfə ardıcıl olaraq səhvən yeridilib; Kartın müddəti keçib, yaxud bloklanıb; Siz ayrılan vaxt başa çatdıqda kartı geri götürməmisiniz; Aparılan əməliyyat şübhə yaradıb (məsələn, bütün vəsaitin hesabdan çıxarılması); Bankomat qırılıb, yaxud "donub".


İlk növbədə nə etməli?

Siz nəyinsə qaydasında olmadığını dərhal başa düşdükdə "Ləğv" düyməsini basın. Bəzi hallarda bu variant kömək edir və bankomat kartı qaytarır.

Məbadə bankomatdan aralanmayın. Onun sadəcə olaraq "donması" tamamilə mümkündür, aparat 10-20 dəqiqədən sonra "özünə gələ" və kartınızı sizə qaytara bilər. Əgər asanlıqla problemi həll etmək sizə nəsib olmadısa, o zaman digər vasitələri sınaqdan keçirin.


Kartı "udan" sizin bankınızın bankomatıdırsa

Bu halda geri qaytarma proseduru çox sadədir, lakin vaxt tələb edir. Beləliklə, hərəkətlərin ardıcıllığını təqdim edirik.

Banka zəng edərək insident barədə xəbər verin. Kartın geri qaytarılması üçün hansı sənədlərlə haraya müraciət etməyiniz barədə sizi məlumatlandıracaqlar. Əlaqə telefonu bankomat üzərində qeyd olunmalıdır.

Yaxşı olardı ki, kart bloklansın. Bu halda siz kartdan üçüncü şəxsin istifadə etməyəcəyinə əmin olacaqsınız.

Mümkünsə əlinizin altında bankınızın əlaqə nömrəsini gəzdirin. Məsələn, nömrəni mobil telefonunuzun yaddaşına qeyd edin. Həmçinin kartınızın nömrəsini, istifadə müddətini və gizli sualı yadınızda saxlayın.


Kartı "udan" sizin bankınızın bankomatı deyilsə

Mütləq kartı bloklayın; Sizin probleminizdə təqsiri olan bankomatın məxsus olduğu banka zəng edin və kartın geri qaytarılma qaydasını dəqiqləşdirin. Əlaqə telefonu bankomat üzərində qeyd olunmalıdır; Baş verən vəziyyət barədə öz bankınıza xəbər verin. Kartın geri qaytarılması üçün sizin bankdan təsdiqləyici məktub lazım ola bilər.

Yadda saxlayın! Baş verən hal xoşagəlməzdir, lakin pulların itməsi deyil. Kartınızda saxlanılan vəsait sizin hesabınızda qalacaq. Ehtiyac yarandığı halda daim bankınıza müraciət edə və kassadan sizə lazım olan məbləği ala bilərsiniz.

Rəy bildir +
Oxşar xəbərlər
Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil  SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR
17:2710 iyul

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR

Bugünkü tələbələrin maraq dairəsi, elmi-mədəni düşüncələri və digər baxışlarları haqda bilgilər əldə etmək yəqin ki, böyük əksəriyyət üçün maraqlıdır. Məhz bunu nəzərə alıb, "168 saat"ın "Sual kitabçası" rubrikasında müxtəlif təhsil ocaqlarının tələbələrinə müraciət etdik.

Düşünməyin ki, xoşbəxtlik yalnız var-dövlətdədir
16:5526 iyun

Düşünməyin ki, xoşbəxtlik yalnız var-dövlətdədir

Biz uğurun nə olduğu barədə   həmişə suallar içində qovruluruq. Necə ki, bir ali məktəb məzunu üçün uğur sərfəli iş tapmaqda, bir sahibkar üçün gəlirli biznes layihəsində, bir yazıçı üçün populyar bestseller yazmaqda, bir idmançı üçün çempionluqda, bir müğənni üçün ulduz olmaqda, bir aşiq üçün

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı
10:1722 may

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı

1991-ci ilin noyabrında Azərbaycanın kommunist hakimiyyəti ümummilli lideri Heydər Əliyevi Bakıya buraxmırdı, onun ətrafında informasiya blokadası yaradılmışdı. Belə bir məqamda o vaxtkı cəbhəçi, hazırda Qeyri Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Naxçıvana gedib Heydər Əliyevdən

Azərbaycanlı Cek Potreşitel
12:0916 may

Azərbaycanlı Cek Potreşitel

İlkin Fəxrəddin oğlu Qasımovun 29 yaşı olsa da 29 qramlıq ağlı yox idi. Bu adam bəd əməllərini əyalətdə həyata keçirə bilmədiyindən Bakıda məskən salmışdı. Burada da ki, gecə qara, cücə qara olan kimi evdən çıxır, gah içki məclislərində olur, gah kimisə aldadır, gah kimisə bıçaqlayır,  ya da zor

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO