İSTİ XƏBƏRLƏR
» » Yanacaqdoldurma məntəqələrinin FIRILDAQLARI

Yanacaqdoldurma məntəqələrinin FIRILDAQLARI


Yanacaqdoldurma məntəqələrində sürücülərin aldadılması ilə bağlı hallara kifayət qədər çox rast gəlinir. Sürücülər benzinin istər keyfiyyətində, istərsə də kəmiyyətində problemlərin olmasından şikayətçidir. Belə ki, benzinin tərkibindəki oktanın faizi aşağı salındığı üçün benzin daha tez sərf olunur. Məsələnin başqa bir tərəfi isə ödənilən məbləğ müqabilində maşına az yanacağın vurulması, 1-2 litr yanacağın əskik çıxmasıdır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov sürücülərin yanacaqdoldurma məntəqələrində üzləşdiyi problemləri təsdiqləyir.

"Sənayə və Energetika Nazirliyinin avtomobillərin yanacaq və maye qaz doldurulma məntəqələrinin texniki istismar qaydaları barədə təsdiq olunub. Bizim məqsədimiz odur ki, bütün yanacaqdoldurma məntəqələri düzgün fəaliyyət göstərsin.İstehlakçıların yanacaqdoldurma çənindəki benzinin keyfiyyəti barədə məlumat almaq imkanları təmin olunsun. Yanacaqdoldurma məntəqələrinin bəzilərində müştəriləri aldadırlar.Bununla bağlı bizə çoxsaylı şikayətlər daxil olur. Deyirlər ki, benzin həm keyfiyyətsiz, həmdə elə olur ki, maşının bakına sifariş etdiyimiz litr tam şəkildə vurulmayıb. Ona görə bu şikayətlərə baxaraq, biz yanacaqdoldurma məntəqələrində reydlərə başlamışıq".

Eyyub Hüseynov benzin çəninə su qatılması ilə bağlı iddiaları isə qəbul etmir. Onun fikrincə, benzin çəninə su qatılsa, avtomobil dərhal nasaz olacaq.

"Benzinin içinə su qatılsa da, o benzinə qarışmaz. Qatılmış olubsa da çənə qatılar, nəticədə o da çənin dibinə çökər. Çən vaxtında təmizlənmirsə dibində qalan su ayrı-ayrılıqda qalmaq şərti  ilə avtomobilə daxil ola bilər.Bu halda da avtomobil  dərhal sönər, yəni bir yerdə benzinlə su işləyə bilməz. Bu mümkün deyil. Hazırda "Azad İstehlakçılar Birliyi" bu sahəni tədqiq edir. Bütün yanacaqdoldurma məntəqələrində reydlər keçiririk.

Rəy bildir +
Oxşar xəbərlər
Azərbaycan hotellərində daha   çox qalan hansı ölkə turistləridir?
19:4115 avqust

Azərbaycan hotellərində daha çox qalan hansı ölkə turistləridir?

Bu ilin yanvar-iyun aylarında ölkə üzrə mehmanxanalarda 1327,5 min gecələmə keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz çoxdur.

50 il zəhər udan, italiyalıların "dərsini" verən sumqayıtlı kimyaçı
15:4315 avqust

50 il zəhər udan, italiyalıların "dərsini" verən sumqayıtlı kimyaçı

Ömrünün yarım əsrə qədərini ölkənin kimya sənayesinin inkişafına həsr etmiş tanınmış kimyaçı Zülfi Sadıxov Azərbaycanın Dövlət mükafatı laureatı, Respublikanın Əməkdar mühəndisi, SSRİ-nin Əlaçı kimyaçısı və Əlaçı səmərələşdiricisi, onlarla qiymətli ixtiranın müəllifidir.  

Hansı GMO məhsullarından istifadə edirik?
16:5425 iyul

Hansı GMO məhsullarından istifadə edirik?

Azərbaycanda GMO məhsulların siyahısı açıqlanıb. Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Mansur Piriyev geni modifikasiya olunmuş (GMO) bitki növlərinin siyahısını yayıb. Siyahıda 30 bitki növünün adı var.

Sumqayıt ilin birinci rübünü necə keçirib?
10:5915 may

Sumqayıt ilin birinci rübünü necə keçirib?

Ötən həftə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə,  təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO