İSTİ XƏBƏRLƏR
» » Moskvada “And” romanının rus dilində təqdimat mərasimi təşkil olunub

Moskvada “And” romanının rus dilində təqdimat mərasimi təşkil olunub

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Sumqayıtda yaşayıb-yaradan üzvləri şair-yazıçı Süleyman Hüseynov və şair-tərcüməçi İbrahim İlyaslı Rusiyadan yaradıcılıq səfərindən qayıdıblar.
AZƏRTAC xəbər verir ki, sumqayıtlı ziyalılar səfər çərçivəsində Moskva və Kaluqa şəhərlərində bir sıra maraqlı tədbirlərdə iştirak etməklə yanaşı, Süleyman Hüseynovun vətənpərvərlik mövzusunda yazılmış, Qarabağ münaqişəsi və Rusiya-Azərbaycan dostluq əlaqələrindən bəhs edən "And" romanının rus dilində təqdimat mərasiminə də qatılıblar. Əsəri rus dilinə özbəkistanlı Şaxlo Kasımova tərcümə edib.
Moskvada keçirilən təqdimat mərasimində əsərin əhəmiyyətindən danışılıb, müəllif oxucuların suallarını cavablandırıb.
Səfər çərçivəsində S.Hüseynov və İ.İlyaslı bir sıra görüşlər keçirib, Moskva Dövlət Dilçilik Universiteti nəzdindəki Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində də olublar.
Kaluqa şəhərində də tədbirlərdə iştirak edən sumqayıtlı ziyalılar “And” kitabını və Sumqayıta həsr edilmiş fotoalbomu şəhərin mərkəzi kitabxanasına hədiyyə ediblər.
Rəy bildir +
Oxşar xəbərlər
Klublarımızın baş tutmayan super transferləri
17:2216 aprel

Klublarımızın baş tutmayan super transferləri

Turizm zonasına  çevrilən şəhər
16:5216 aprel

Turizm zonasına çevrilən şəhər

Sumqayıtda bir "Şəhər bağı" vardı. İndiki Dövlət Dram Teatrının arxasında. Yadımdadır ki, 1-ci sinifdə oxuyarkən ilk dəfə həmin bağa ekskursiyaya getmişdik. Bitki aləmi çox zəngin idi. Biz orada xeyli oynadıq, ağacların çətiri altında nahar etdik. Sanki yaşıl bir adaya səyahətə çıxmışdıq. Ertəsi

Azərbaycan prezidenti: 16 ilin 17 anı...
13:2716 aprel

Azərbaycan prezidenti: 16 ilin 17 anı...

Dövlət başçısı İlham Əliyev prezidentliyinin 16-cı ilini ilk gündəki əzimkarlıqla davam etdirir. Biz bir Azərbaycan vətəndaşı kimi sadəcə bu 16 ildə 17 məqama nəzər yetirdik. Gördüyümüz mənzərə belə oldu.

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO