İSTİ XƏBƏRLƏR
» » Hadisə yerindən qaçan sürücü həbs edilib

Hadisə yerindən qaçan sürücü həbs edilib



Sumqayıt şəhərinin polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 31-də, saat 22 radələrində Sumqayıt şəhəri, Sahil küçəsində “Mercedes” markalı 90-LE-014 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən naməlum şəxs tərəfindən piyada Mənsumə Əliyevanın vurulması nəticəsində sonuncunun aldığı xəsarətlərdən Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında ölməsi və sürücünün hadisə yerindən qaçması faktına görə Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

İstintaqla hadisənin Rüstəm Manafov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq idarə etdiyi avtomobillə törədilməsinə, eləcə də onun hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

R.Manafov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıtda ölümlə nəticələn yol qəzası baş verib
12:0407 avqust

Sumqayıtda ölümlə nəticələn yol qəzası baş verib

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza şəhərin Hacı Zeynalabdin qəsəbəsinin yaxınlığında qeydə alınıb. Belə ki, “99 SH 379” dövlət nömrə nişanlı “Nissan” markalı avtomobilin xanım sürücüsü idarəetməni itirərək avtomobili yol kənarına aşırıb.

Azərbaycanlı Cek Potreşitel
12:0916 may

Azərbaycanlı Cek Potreşitel

İlkin Fəxrəddin oğlu Qasımovun 29 yaşı olsa da 29 qramlıq ağlı yox idi. Bu adam bəd əməllərini əyalətdə həyata keçirə bilmədiyindən Bakıda məskən salmışdı. Burada da ki, gecə qara, cücə qara olan kimi evdən çıxır, gah içki məclislərində olur, gah kimisə aldadır, gah kimisə bıçaqlayır,  ya da zor

Sumqayıtda narkotik tərkibli bitkilər becərən şəxs tutularaq istintaqa təhvil verilib
15:0814 may

Sumqayıtda narkotik tərkibli bitkilər becərən şəxs tutularaq istintaqa təhvil verilib

Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci polis bölməsinə Sumqayıtçay ərazisində çəpərlənmiş sahənin kənarında bir nəfərin narkotik xassəli bitkiləri əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olub.

5 nəfərin ölümünə səbəb olan sürücü tutuldu
14:5011 may

5 nəfərin ölümünə səbəb olan sürücü tutuldu

Mayın 10-da Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində 1977-ci il təvəllüdlü Həsənov İlham Yelmar oğlunun idarə etdiyi "İVEKO" markalı 99-LN-431 dövlət nömrə nişanlı yük avtomobili ilə 1969-cu il təvəllüdlü Qasımov İlham Məmmədtağı oğlunun idarə

Sumqayıtda törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi başlanılıb
14:2125 aprel

Sumqayıtda törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi başlanılıb

Aprelin 24-də saat 21 radələrində Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə Kimyaçılar qəsəbə sakini, əvvəllər məhkum olunmuş Murad Məmmədovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölməsi barədə məlumat daxil olub.