İSTİ XƏBƏRLƏR
» » Uşaqlarda ayaq əyrilikləri: Müalicəyə ehtiyac varmı?

Uşaqlarda ayaq əyrilikləri: Müalicəyə ehtiyac varmı?


"Körpə ayaq üstə qaldırıldığı zaman hər iki dizlər və ayaqlar bir-birinə təmas etməlidir. Əgər uşaq ayaq üstə durduğu zaman dizlər və baldırlar arasında nəzərə çarpacaq dərəcədə məsafə görünərsə, buna O şəkilli ayaq əyriliyi - Genu varum deyilir".

"Gencaile.az"-ın xəbərinə görə, bunu pediatr-neonatoloq Altay Abdullaoğlu deyir.

Pediatr bildirir ki, O şəkilli ayaq əyriliyi olan uşaqlara tez-tez rast gəlinir. Bu, artıq çəkili, tez gəzməyə başlayan uşaqlarda daha çox görünür. Çox hallarda O şəkilli ayaq əyriliyi uşaq böyüdükcə (adətən 2-3 yaşlarında) öz-özünə düzəlir.

Əgər uşaq ayaq üstə durduğu zaman bir-birinə toxunan dizlər və aralı ayaqlar müşahidə edilərsə, buna X şəkilli ayaq əyriliyi (Genu valgum) deyilir. Bu formalı ayaq əyriliyi də 3-6 yaşlarda öz-özünə düzəlir.

Qeyd etdiyimiz bu əyriliklər simmetrikdirsə, (hər 2 ayaqda eyni dərəcədə əyrilik varsa) heç bir müalicəyə ehtiyac yoxdur və zamanla düzələcək. Əgər əyrilik assimmetrikdirsə, əyriliklə yanaşı uşaqda başqa şikayətlər də olarsa, bu zaman başqa araşdırmalara da gərək ola bilər.

Çox hallarda bu cür ayaq əyriliyi olan körpələrə raxit, kalsium çatışmazlığı adı altında çoxlu sayda dərmanlar təyin edilir. Lakin əksər hallarda bu formalı ayaq əyrilikləri fiziolojidir və heç bir müalicəyə gərək yoxdur. Əgər uşaqda raxit, kalsium çatışmazlığı kimi xəstəliklər düşünülərsə, bu zaman labarator analizlər olunmalı və analizlərin nəticələrinə görə dəyərləndirilmə aparılmalıdır. Nəzərə almaq lazımdır ki, körpəyə lazımsız yerə verilən yüksək dozada D vitamininin, kalsium preparatlarının orqanizmə çoxlu sayda toksik təsirləri vardır.


Rəy bildir +
Oxşar xəbərlər
"Körpəni bələmək lazım deyil, sadəcə…"
18:0321 avqust

"Körpəni bələmək lazım deyil, sadəcə…"

"Həkimim" rubrikasının budəfəki qonağı pediatr Fərəh Vahabovadır.

Androloq-seksoloqla müsahibə: Cinsi zəiflik, infeksiyalar, sonsuzluq...
17:0927 iyul

Androloq-seksoloqla müsahibə: Cinsi zəiflik, infeksiyalar, sonsuzluq...

“168 saat”ın "Doktor" səhifəsinin budəfəki qonağı androloq-seksoloq Həsən Səmədovdur. Onunla müsahibəmizdə əsasən kişiləri maraqlandıran cinsi problemlər, xəstəliklər barədə danışmışıq, həkim eyni zamanda oxucularımızı maraqlandıran sualları cavablandırıb.

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil  SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR
17:2710 iyul

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR

Bugünkü tələbələrin maraq dairəsi, elmi-mədəni düşüncələri və digər baxışlarları haqda bilgilər əldə etmək yəqin ki, böyük əksəriyyət üçün maraqlıdır. Məhz bunu nəzərə alıb, "168 saat"ın "Sual kitabçası" rubrikasında müxtəlif təhsil ocaqlarının tələbələrinə müraciət etdik.

Ortoped-travmotoloq: "20-50 yaşlı insanlarda   bel ağrıları bu səbəblərdən yarana bilər"
16:3213 iyun

Ortoped-travmotoloq: "20-50 yaşlı insanlarda bel ağrıları bu səbəblərdən yarana bilər"

Müsahibimiz ortoped-travmotoloq Samir Zeynalovdur. 2011-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. 2012-ci ildə Mərmərə Universiteti Xəstəxanasının Ortoped-Travmotoloq cərrahiyyə fakültəsinə qəbul olaraq orada uzman həkim olaraq fəaliyyətini davam etdirir.

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO