İSTİ XƏBƏRLƏR
» » "Qarabağ"da hansı problemlər var?

"Qarabağ"da hansı problemlər var?



Bu gün Avropa Liqasındakı yeganə təmsilçimiz olan Ağdamın "Qarabağ" komandası turnirin pley-off mərhələsində Şimali İrlandiyanın "Linfild" komandası ilə cavab matçına çıxacaq. İlk oyunda səfərdə rəqibinə 2:3 hesabı ilə məğlub olan "köhlən atlar"ın qrup mərhələsinə gedən yoldakı son əngəli "ev"də rahatlıqla aşacağı gözlənilsə də, "Qarabağ"da həllini gözləyən problemlər çoxdur. 

İlk oyundakı məğlubiyyət fonunda təzadlı səslənsə də, "Linfild"- "Qarabağ" matçı Azərbaycan futbolu tarixində rəqibin səviyyəsinə görə ən zəif pley-off qarşılaşması idi. Məhz bu səbəbdən ağdamlıların Belfast təmsilçisini səfərdə asanlıqla məğlub edəcəyi proqnozlaşdırılırdı. Belə baxanda, ilk hissədə baş verən proseslər buna doğru aparırdı. Azərbaycan çempionu hesabı açmış, hesabı artırmaq üçün əla imkanlar yaxalamışdı. Artıq hamıya elə gəlirdi ki, hansısa"fors-major" hal baş verməsə, ölkə çempionumuz Belfastdan böyükhesablı qələbə ilə dönəcək, lakin sonluq acı oldu. "Qarabağ" meydanda futbolla "zarafat" etməyə başlayanda top bizimkilərdən üz döndərdi və məğlubiyyət qaçılmaz oldu. Bəs görəsən, Qurban Qurbanovun komandası niyə bu durumdadır?


Uğura doymuş komanda

Son illərdə bir qayda olaraq "Qarabağ" özündən zəif rəqiblərlə oyunlarda istədiyi nəticəni əldə edir, artıq ilk qarşılaşmada qeydə alınan hesab böyük ölçüdə mərhələnin taleyini həll edirdi. Bu da futbolçularda məsuliyyət hissinin yüksək olmasından və komandanın "uğur acı" olmasından irəli gəlirdi. Ta o vaxta kimi ki, "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində oynamaq hüququ qazandı. Məhz bundan sonra sanki kollektivdə arxayınlıq yarandı. Uğura doyan komanda istənilən oyunu sərgiləmədi.


Legionerlər formada deyil

Şübhəsiz, son illərdə ağdamlılar üçün uğurun əsas memarları legionerlər sayılır, amma onların da heç də hamısı parlaq çıxış etmir. Məsələn, cəza səbəbindən "Linfild"lə ilk oyunu buraxan Riçard Almeydanın son oyunlarda monoton, bezdirici, rəqib qapısı önündə hərarəti artırmağa yox, sadəcə, top dığırlatmağa xidmət edən ötürmələrinin faydalı olmadığı görünür. Kintana Romeronun kölgəsində qalıbsa, Miçelin son dönəmlərdə bacardığı ən yaxşı iş rəqib futbolçu və hakimlərlə söz güləşdirməkdir. Maqaye Qeyenin isə haqqında bədbin düşünməyə təkcə topla davranışı kifayət edir. Oxşar sözləri bolqarıstanlı Simeon Slavçev haqda da demək olar. Aşkar şəkildə görünür ki, komanda oyunçusu olmaq, "Qarabağ"ı çiyinlərində daşımaq onluq deyil.


Qurbanovun səhvləri

"Qarabağ"ın məlum durumla üzləşməsində Qurban Qurbanovu qınayanların sayı az deyil. Düzdür, Çempionlar Liqasında APOEL ilə  "ev" qarşılaşmasını məhz baş məşqçi uduzdu. İlk oyunda səfərdə qalib gələn "Qarabağ"da yaranan eyforiyanı aradan qaldırmağı bacarmayan Qurbanov əsas günahkarlardan biridir. Elə Avroliqanın pley-off mərhələsinin ilk matçındakı yenilgidə də Qurbanovun payı az deyildi. Sanki "Linfild"in baş məşqçisi David Hilinin oyunun gedişində oyunçularına verdiyi motivasiyanı Qurban Qurbanov verə bilməmişdi. Bir həftə öncəki görüşdə hesabda geridə olan rəqibin canlanmasına hazır olmayan "Qarabağ"ın çalışdırıcısının B planı və qəfil taktiki gedişlərinin olmadığını deyənlərin, oyunçu əvəzləmələrinin və həmin dəyişikliklərin vaxtının uyğun olmadığını iddia edənlərin sayı heç də az deyil.


"Qarabağ"ın ilk oyun sindromu 

Bu gün baş tutacaq matçdan öncə üstünlük rəqib tərəfdə olsa da, iki oyunun nəticəsinə görə "Qarabağ"ın Şimali İrlandiya klubunu üstələyəcəyinə demək olar ki, şübhə yoxdur. Əslində hazırkı durum ötən avrokubok mövsümündəkindən ciddi mənada fərqlənmir. Xatırlayırsızsa, bir il əvvəl də hər dəfə ilk oyundan sonra ağdamlılar ümidləri doğrultmurdu. Məsələn, "Olimpiya"nı səfərdə məğlub etmək mümkün olsa da, Bakıdakı oyun qolsuz bərabərliklə yekunlaşmışdı. Növbəti mərhələdə ağdamlılar "Kukesi"ni səfərdə məğlub edə bilməməklə böyük şübhələrə yol açmışdı. BATE ilə buradakı qarşılaşmada rəqibin vurduğu yeganə qol təmsilçimizin məğlubiyyətinə səbəb olmuşdu. Elə "Şerif"lə Moldovadakı ilk oyunda da "köhlən atlar" yenilgidən qaça bilməmişdi. Elə cari "futbol ili"ndə də Çempionlar Liqasının ilk iki mərhələsində ilk oyunlarda qələbə qazanmaq mümkün olmamışdı. "Qarabağ" həm "Partizani"dən, həm də   "Dandolk"dan üstün olsa da, ilk qarşılaşmalarda heç-heçəyə razılaşmış və yalnız "ev"dəki qələbələrlə mərhələ adlaya bilmişdi.

İlk oyun göstərdi ki, "Linfild" ağdamlıların boyuna görə rəqib deyil. Hətta "köhlən atlar"ın itkiləri də bu gün baş tutacaq oyunda mümkün uğursuzluq üçün bəhanə ola bilməz. Sadəcə rəqibi düzgün qiymətləndirmək, ilk görüşdəki səhvlərdən nəticə çıxarmaq lazımdır.

Rəy bildir +
Oxşar xəbərlər
Eyforiya qurbanları
18:0520 avqust

Eyforiya qurbanları

Ötən həftə Avrokuboklarda mübarizə aparan hər iki klubumuz qarşılaşmalarını məğlubiyyətlə başa vurdu. Beləliklə, APOEL-ə yenilən "Qarabağ" Çempionlar Liqası, "Bney Yehuda"ya uduzan "Neftçi" isə Avroliqa ilə vidalaşdı. 

Elita klubları mövsümlərarası fasiləsini necə keçirdi?
20:1715 avqust

Elita klubları mövsümlərarası fasiləsini necə keçirdi?

Artıq sabah futbol üzrə ölkə çempionatının yeni mövsümü start götürəcək. Bir neçə gün öncəsinə qədər ölkə xaricində olan Premyer Liqa klubları çempionatın başlamasına qalan sayılı günləri ölkə daxilində gündəlik məşq prosesi ilə keçirdi. Təbii ki, elita klublarının yeni mövsüm ərəfəsində hansı

Rəqiblərimizi tanıyaq: 116 yaşlı "qoca", şimal "Arsenal"ı və köhnə tanış...
17:1623 iyul

Rəqiblərimizi tanıyaq: 116 yaşlı "qoca", şimal "Arsenal"ı və köhnə tanış...

Ötən həftə həm UEFA Çempionlar Liqasında, həm də Avropa Liqasında birinci təsnifat mərhələsinin yekunlaşmasının ardından "Qarabağ"ın ən nüfuzlu klub turnirində, "Neftçi"nin isə Avroliqada ikinci mərhələsində rəqibləri müəyyənləşdi. Belə ki, ilk mərhələdə Albaniya "Partizani"sini məğlub edən (0:0,

Hansı klubumuzun   şansı nə qədərdir?
19:0516 iyul

Hansı klubumuzun şansı nə qədərdir?

Azərbaycan futbolu üçün ötən həftə start götürən növbəti Avrokubok mövsümünün ilk mərhələsi qarşıdakı iki gündə yekunlaşacaq. Yerli futbol azarkeşləri sabah ölkə çempionu "Qarabağ"ın Çempionlar Liqasında, bundan bir gün sonra isə "Neftçi" və "Səbail"in Avroliqada uğurlu nəticəyə imza atmasını

Çempionlar Liqası  adlı gözəlin 4 "adaxlısı"
18:2930 aprel

Çempionlar Liqası adlı gözəlin 4 "adaxlısı"

Məlum olduğu kimi, bu gün və sabah UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək. İlk oyun günündə "Tottenhem" - "Ayaks" görüşü baş tutacaq. Ertəsi gün isə "Barselona" "Liverpul"u qəbul edəcək. Oyunlar ərəfəsində komandaların düşərgəsinə boylanmaqla son vəziyyətin necə