İSTİ XƏBƏRLƏR
» » Sumqayıtda “Aşura mərasimləri: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib

Sumqayıtda “Aşura mərasimləri: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib



Sentyabr ayının 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Sumqayıt Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə “Aşura mərasimləri: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib.

DQİDK-dan AZƏRTAC-a verilən məlumata görə, tədbirdə DQİDK və Sumqayıt ŞİH-in rəhbər şəxsləri, dini icma sədrləri, din xadimləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Seminar-müşavirəni giriş sözü ilə açan Sumqayıt ŞİH başçısının birinci müavini Teymur Səmədov əvvəlcə şəhərdəki dini vəziyyət barədə məlumat verib. O bildirib ki, milli-mənəvi və dini dəyərlərimizin təbliği dövlətimizin siyasətində mühüm istiqamətlərdən biridir. Ölkəmiz multikultural, tolerantlıq nümunəsi olmaqla yanaşı, adət-ənənələrimizin qorunub saxlanılmasına böyük önəm verir, xalqımızın söykəndiyi bu dəyərlər ulu öndər Heydər Əliyevin yaratdığı dövlətçilik prinsiplərinin əsasını təşkil edir. İslam dininə aid mərasimlərin keçirilməsinə xüsusi önəm verildiyini vurğulayan T.Səmədov Məhərrəm ayı ərəfəsində, eləcə də Aşura günündə keçiriləcək əzadarlıq məclisləri və mərasimlərinin təşkilatçılığı üçün qərargah yaradıldığını bildirib.

Daha sonra çıxış edən DQİDK-nın sədr müavini Gündüz İsmayılov bu cür tədbirlərin keçirilməsində əsas məqsədin cəmiyyətin dinlə bağlı düzgün məlumatlandırılması olduğunu deyib. O bildirib ki, əvvəlki illərdən fərqli olaraq zaman keçdikcə vətəndaşlarımız Məhərrəm ayı, Aşura mərasimi ilə bağlı daha obyektiv məlumat almaq imkanları əldə edirlər. Getdikcə xurafat halları azalmaqdadır. Əvvəlki illərdən fərqli olaraq, əvvəlcədən aparılmış maarifləndirmə işləri nəticəsində başyarma, qançıxarma və zəncirvurma kimi xoşagəlməz halların azaldığının müşahidə edildiyini deyən komitə rəsmisi buna mütəmadi olaraq maarifləndirmə tədbirlərinin aparılması nəticəsində nail olunduğunu bildirib.

G.İsmayılov Aşura mərasimlərində hər hansı siyasi çıxışların olmamasının, bu mərasimlərin siyasi alət kimi istifadə edilməməsinin və dinimizin sırf mənəvi-ruhi nöqteyi-nəzərdən təbliğ edilməsinin vacibliyinə toxunub, Aşura mərasimlərində Qafqaz Müsəlmanları İdarəsinin fətvasına, orada qeyd olunan tövsiyələrə əməl edilməsinin önəmindən bəhs edib.

Daha sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Rauf Sərdarov dövlətin dinə dəstəyindən danışıb. O bildirib ki, bu gün ölkəmizdə dinlərarası münasibətlər yüksək səviyyədədir və Prezident İlham Əliyevin qayğısı sayəsində Azərbaycanda yeni məscidlər tikilir, dini abidələrimiz bərpa olunur, dindarlara dövlət tərəfindən xüsusi qayğı göstərilir.

Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin rəis müavini Hikmət Qasımov və Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt şəhər idarəsinin nümayəndəsi Natiq Səmədov çıxış edərək dini ekstremizm və radikalizmə qarşı mübarizənin hüquqi əsasları haqqında danışıblar.

Seminar-müşavirə öz işini müzakirələrlə yekunlaşdırıb.
Rəy bildir +
Oxşar xəbərlər
Heydər Əliyev sumqayıtlı jurnalisti   görüşünə niyə çağırtdırmışdı?
18:4216 iyul

Heydər Əliyev sumqayıtlı jurnalisti görüşünə niyə çağırtdırmışdı?

...26 il əvvəl - 30 iyun 1993-cü ildə Rəhman Orxan təsisçisi və baş redaktoru olduğu "Bakinets" qəzetinin həmin gün çap olunmuş nömrəsini xüsusi bir intizarla, sevinclə gözləyirdi. Ona görə də redaksiyadan evə gecədən xeyli keçmiş qayıtmasına baxmayaraq, artıq səhər tezdən 12 ildən çox hər gün

Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi qeyd olundu
16:3513 iyul

Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi qeyd olundu

Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi ilə bağlı iyulun 12-də Bakıda "Ulu Öndər" sənədli filminin və eyniadlı mahnının təqdimatına həsr olunan tədbir keçirilib.

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

"Koroğlu"nu,  "Cavad xan"ı  yenidən dünyaya qaytardı və sonra... onlara qoşulub, getdi
15:2810 may

"Koroğlu"nu, "Cavad xan"ı yenidən dünyaya qaytardı və sonra... onlara qoşulub, getdi

Rövşən müəllimlə 35 ildən çox tanışlığımız-dostluğumuz vardı. Son zamanlar bu azman görkəmli rejissorla görüşərkən (adətən teatr məbədlərimizdə - Sumqayıt Dövlət Dram Teatrında, Akademik Milli Dram Teatrında, müxtəlif teatr, kino, mədəni-kütləvi, poeziya tədbirlərində) "salam!"dan əvvəl sənətkar

Sumqayıt bulvarından reportaj
18:1030 aprel

Sumqayıt bulvarından reportaj

Yaponiyanın Osaka şəhərinin sadəcə Uzaq Şərqin deyil, dünyanın ən ecazkar şəhərlərindən biri olduğu, burada müasirliklə keçmişin, insan zəkasının yaratdığı xarüqələrlə təbiət gözəlliklərinin vəhdət təşkil etdiyi hər kəsə məlumdur.