İSTİ XƏBƏRLƏR
» » Sumqayıt Dövlət Dram Teatrı yeni teatr mövsümünə start verib

Sumqayıt Dövlət Dram Teatrı yeni teatr mövsümünə start verib



50-ci teatr mövsümünü müvəffəqiyyətlə başa vuran Sumqayıt Dövlət Dram Teatrında 51-ci mövsümün ilk toplantısı keçirilib.

AZƏRTAC xəbər verir ki, teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov ötən il hazırlanan müxtəlif janrlı tamaşalardan, həyata keçirilən yeni layihələrdən və bu prosesin davamlılığından danışıb.

Bildirib ki, Prezident İlham Əliyevin böyük dramaturq-yazıçı C.Cabbarlının yubileyi ilə əlaqədar imzaladığı müvafiq Sərəncama əsasən, sənət ocağında “Solğun çiçəklər” pyesi əsasında eyniadlı tamaşa hazırlanır.

Bildirib ki, Sumqayıt Dövlət Dram Teatrı 51-ci mövsüm bir neçə festivala qatılacaq. Bunun üçün yaradıcı heyətin əzmlə, şövqlə çalışmasının vacibliyini dilə gətirən Əməkdar artist Mübariz Həmidov qarşıda duran planlardan da söz açıb.

Sonra teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov fikirlərini kollektivlə bölüşüb. Xalq artisti son zamanlar hazırlanan PR kampaniyalar, müxtəlif maarifləndirici layihələr irəli sürdüyünə, həmçinin kollektivdaxili mükafatlandırma tədbiri keçirdiyinə görə direktora xüsusi minnətdarlıq bildirib.

İclasda cari mövsümdə həyata keçirilməsi nəzərdə tutulan bir sıra məsələlər müzakirə olunub.
Rəy bildir +
Oxşar xəbərlər
Mubariz İbrahimovu Türkiyə-Suriya   sərhəddində hamıya sevdirən antakyalı müəllim
11:0309 avqust

Mubariz İbrahimovu Türkiyə-Suriya sərhəddində hamıya sevdirən antakyalı müəllim

10 yaşından foto sənətinə, 12 yaşından poeziyaya bağlanmış bugünkü 48 yaşlı şairin Türkiyədə 48 kitabı nəşr edilib. O, bir çox foto-müasbiqələrin də qalibidir.

Sumqayıt Dövlət Dram Teatrı 50-ci mövsümü başa vurdu...
15:0620 iyul

Sumqayıt Dövlət Dram Teatrı 50-ci mövsümü başa vurdu...

Ölkə başçımızın müvafiq Sərəncamı ilə bu ilin noyabr ayında Sumqayıtın şəhər statusu almasının 70 illiyi təntənəli şəkildə qeyd olunacaq. Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyəti yubileyə ali dolu qatılıb. Belə ki, teatr tanınmış dramaturq Əli Əmirlinin şəhərin yubileyinə həsr etdiyi

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

"Koroğlu"nu,  "Cavad xan"ı  yenidən dünyaya qaytardı və sonra... onlara qoşulub, getdi
15:2810 may

"Koroğlu"nu, "Cavad xan"ı yenidən dünyaya qaytardı və sonra... onlara qoşulub, getdi

Rövşən müəllimlə 35 ildən çox tanışlığımız-dostluğumuz vardı. Son zamanlar bu azman görkəmli rejissorla görüşərkən (adətən teatr məbədlərimizdə - Sumqayıt Dövlət Dram Teatrında, Akademik Milli Dram Teatrında, müxtəlif teatr, kino, mədəni-kütləvi, poeziya tədbirlərində) "salam!"dan əvvəl sənətkar

Ulu öndərin tanımadan  təşəkkür etdiyi sumqayıtlı
13:0323 aprel

Ulu öndərin tanımadan təşəkkür etdiyi sumqayıtlı

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Əli Kərim adına Poeziya Klubunun təşəbbüsü ilə Sumqayıt Poeziya Evində istedadlı yazıçı-dramaturq, Azərbaycanın Əməkdar mühəndisi, Osman Mirzəyev adına Respublika mükafatı laureatı, Sumqayıta həsr edilmiş "Mənim ağ şəhərim" filminin ssenari