İSTİ XƏBƏRLƏR
» » OXUMASANIZ DA OLAR

OXUMASANIZ DA OLAR

Lətifələrin reytinqi


5-ci yer

Bir gün polis sərhəddən qeyri-qanuni adam keçirməyə çalışan şəkili KAMAZ sürücüsünü saxlayıb soruşur:

- Nə aparırsan?

Şəkili cavab verir: 

- Qoyun.

Bu vaxt KAMAZ-ın yük yerindən bir şəxs başını çıxarıb söyləyir:

- Ala, sən mənə qoyun deyirsən?

Polis başını bulayaraq sürücüyə gözünü ağardır:

- Sən polis işçisini aldadırsan? Bəs deyirdin apardığın qoyundur?

Şəkili çiyinlərini çəkir:

- Nəçənnik, ha indi bu qoyundur da. Qoyun olmasaydı, heç başını çıxarardı?


4-cü yer

Bir dəfə təzəcə ailə həyatı qurmuş Dərdayılın anası onlara qonaq gəlir, görür ki, oğlu divanda əyləşib əlindəki köynəyə düymə tikir.

Qadın ah çəkir, qəmgin halda söyləyir:

- Kaş öləydim, sənin bu gününü görməyəydim. Mən səni ona görə evləndirdim ki, köynəyinin düyməsini özün tikəsən?

Dərdayıl gülümsəyir:

- Ay ana, niyə fikir eləyirsən? Öz köynəyimə deyil, narahat olma, arvadın köynəyidir!


3-cü yer

Bir kasıb adam olur. Həyətində əkib becərdiyi soğandan bir kisə belinə atıb uzaq diyarlara satmağa yollanır.

Az gedir, çox gedir, bir diyara yetişir, görür burda soğanı tanıyan yoxdur. Gedir saraya, əyanlar onu şahın yanına aparırlar. 

Şaha soğanın faydaları haqda danışır, soğan şahın çox xoşuna gəlir.

Şah deyir, bu adama gətirdiyi soğanın əvəzinə bir kisə qızıl verin.

Varlanıb xeyli xoşbəxt olan bu şəxs evinə qayıdır.

Qonşusu onun qəfil varlanması səbəbini öyrənmək istəyəndə qonşusuna hal-qəziyyəni necə var danışır. Qonşu da düşünür ki, əgər soğan belə matah olubsa, gör sarımsağa necə qiymət verərlər.

Beləcə, qonşu bir kisə sarımsaq götürüb həmin diyara yollanır.

Eyni ssenari ilə əyanlar onu şahın yanına aparırlar, qonşu sarımsağın məziyyətlərindən danışır. Şah sarımsağı lap bəyənib kişiyə deyir:

- Bu möcüzəli bitkiyə görə səni sarayın ən qiymətli ənamı ilə təltif edəcəyəm!

Əyanlar dərhal gətirib kişiyə bir kisə soğan verirlər.


2-ci yer

Yəhudi lətifəsi

Hər səhər yəhudi Moyşa evindən çıxanda kasıb qonşusu İzaya 5 şekel pul verirdi. Bir gün o, İzaya cəmi 3 şekel verir.

İza təəcüblə soruşur:

- Moyşa, başa düşmürəm, nə baş verir, niyə 5 yox, 3 şekel?

Moyşa izah edir:

- Bilirsən, qonşu, dünən mən evləndim. İndi ailəliyəm, ailə saxlamağa daha çox vəsait lazımdır. Odur ki, qərara gəldim, sənə 5 yox, 3 şekel verim.

İza ətrafına nəzər yetirib çığırır.

- Ay insanlar! Bir bu əclafa baxın. O evlənib, ancaq ailəsini mənim hesabıma saxlamaq istəyir!


1-ci yer

Özünə güclü sponsor tapan, avtomobil, villa hədiyyəsi qəbul edən bir bozbaş xanım müğənni "Bravo" supermarketinə alış-verişə gedir. Təsərrüfat şöbəsində satılan qabyumaq üçün tabletkaları görəndə dərhal bir qutu onlardan da alır.

Ertəsi gün İnstaqramda yazır: Supermarketlər lap adamı aldadırlar. Tabletka satır, üstünə yazır qabyumaq üçün. Bayaqdan dalbadal üçünü içmişəm. Amma heç qab yumağa həvəs gəlmir mənə.


*****

Feysbuk yazışması

Ayka M-va:

- Salam, xanım, necəsiniz? Mən qız nikiylə də girsəm də oğlanam. Nə vaxtdır ünsiyyətdəyik, xasiyyətiniz, insanlığınız çox xoşuma gəlir. Sizə qiyabi də olsa, vurulmuşam. Nə olar, təklifimi qəbul edin, görüşək, dostlaşaq.

Günka Ə-va

- Ay brat, salam. Elə mən də qız nikiylə girən oğlanam, üzürlü say, sən öz canın.


Müdrik sual

Avtomobilində oturduğu halda qoruyucu kəmər taxmaq məcburi ikən, avtobuslarda millətin ayaq üstündə gedə bilməsi məntiqi nə dərəcədə doğrudur?


Feysbuk sitatı

Bu gün məni bloka atan qız sabah atasını qocalar evinə atar!


Dodaqqaçdı

Aranızda sınıqçı var? Şeytanın qıçını qırdım, ona görə soruşuram!


Dialoq № 1

Ovdan qayıdan kişidən həyat yoldaşı soruşur:

- Ov necə keçdi, əzizim?

- Bir ay ət almayacağıq!

- Aa. Nə yaxşı. Sən qoç öldürmüsən , qaban öldürmüsən, nə öldürmüsən belə?

- Heç nə. Əməkhaqqına od qoymuşam.


Dialoq № 2

- Ay ana, gecə saat ikidir, ərim hələ də gəlib evə çıxmayıb. Deyirəm, bəlkə saxladığı var, ya ikinci arvadı var, onun yanındadır?

- Qızım, sən niyə dərhal ağlına ən pisini gətirirsən? Bəlkə yazıq qəzaya düşüb, bəlkə onu bıçaqlayıblar, bəlkə ölüb?


Etiraf

Pensiya  gecikəndə nənəmdən çox mən narahat oluram!


SMS-lər

- "Ələkbər, biz artıq sizdəyik. Əgər evə gələsi olsan, mütləq xəbər elə. Oğrular".

- "Quşsansa uç, balıqsansa üz, yox əgər mənim sevgilimsənsə, onda zəng et". 


Lətifə

Qadın həyat yoldaşına deyir:

- Halaldır həkimlərə. Anamı sağaltdılar. Sabah evə buraxacaqlar.

Kişi öz-özünə mızıldanır: "Hə, Toksikologiya çox-çox inkişaf edib. Artıq bizim dədə-baba metodlarımız effekt vermir".


Aforizm

Qiymətlər lap uşaqlar kimidir. Sürətlə böyüyürlər.


Çukça məsəli

"Döyür - deməli sevir. Öldürdü - deməli sevirdi".

Rəy bildir +
Oxşar xəbərlər
“Qatarda 18 əhvalat"  adlı yeni kitab
17:0920 iyun

“Qatarda 18 əhvalat" adlı yeni kitab

Yazıçı Aləm Kəngərlinin "Qatarda 18 əhvalat" adlı yeni kitabı oxucuların ixtiyarına verilib. Kitab "Qanun" nəşriyyatında çap olunub. Bu, "Naməlum adam"dan sonra Aləm Kəngərlinin oxuculara təqdim etdiyi ikinci nəsr kitabdır. Kitabın redaktoru Fərzuq Seyidbəyli, korrektoru Hicran Hüseynova, ön sözün

OXUMASANIZ DA OLAR
17:0713 iyun

OXUMASANIZ DA OLAR

Səhərdir. Marşrut avtobusda səssizlikdir. Birdən qabaq cərgədə oturan kişinin telefonuna zəng gəlir. Amma zəng melodiyadan ibarət deyil, it hürməsi səsidir. O, "yes" düyməsini basıb telefonu qulağına yaxınlaşdırır və zərif-zərif söyləyir: - Bəli, əzizim.

Tüfənglər gec-tez açılır
15:4707 iyun

Tüfənglər gec-tez açılır

- Ramazan, ay Ramazan, hardasan can balam! Əsil adı Əmir olsa da,  ona yaşadıqları Rəhimoba kəndində "Ramazan" deyə çağırırdılar.  Əmir anasının  səsini eşidib otaqdan eyvana çıxdı:

Muxtar
13:3130 may

Muxtar

- Söz başa düşmürsən? Mümkün deyil, vəssalam. Al qovluqlarını da, çıx otaqdan.  -  Axı... - Dərman kəşf eləyib kişinin oğlu... Sən hələ, oxu. Nə magistr təhsilin var, nə də elmi iş yazmısan. Bakalavriatla əlini vurub qoltuğuna gəlmisən. - Heç Enşteyn də Elmlər Namizədi deyildi...

Azərbaycanlı Cek Potreşitel
12:0916 may

Azərbaycanlı Cek Potreşitel

İlkin Fəxrəddin oğlu Qasımovun 29 yaşı olsa da 29 qramlıq ağlı yox idi. Bu adam bəd əməllərini əyalətdə həyata keçirə bilmədiyindən Bakıda məskən salmışdı. Burada da ki, gecə qara, cücə qara olan kimi evdən çıxır, gah içki məclislərində olur, gah kimisə aldadır, gah kimisə bıçaqlayır,  ya da zor