İSTİ XƏBƏRLƏR
» » “Sumqayıt məktəblilərinin ekoloji düşərgəsi-3” layihəsi uğurla yekunlaşıb

“Sumqayıt məktəblilərinin ekoloji düşərgəsi-3” layihəsi uğurla yekunlaşıb



“Sağlam düşüncə” Gənclər Təşkilatının təşəbbüsü, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Azərbaycan Skautlar Assosiasiyasının tərəfdaşlığı ilə keçirilən “Sumqayıt məktəblilərinin ekoloji düşərgəsi–3” layihəsi sona çatıb.

Gənclər Təşkilatından AZƏRTAC-a bildirilib ki, ekoloji layihə Qusar rayonunda təşkil edilib. Layihənin məqsədi Sumqayıt məktəbliləri arasında ekoloji maarifləndirməni artırmaq, ekoloji məsuliyyət formalaşdırmaq və onların potensialından istifadə edərək ətraf mühitin mühafizəsi istiqamətlərində iştirak etmək olub.

Layihəyə qatılmaq üçün müraciət edən məktəblilərin hər biri ilə fərdi görüşlər keçirilib və iştirak etmək hüququ qazanan şagirdlər layihə komandası tərəfindən seçilib. Açıq havada təşkil olunan düşərgədə Sumqayıtda fəaliyyət göstərən 10 orta təhsil müəssisəsindən 35 məktəbli iştirak edib. Layihə müddətində Xəyalə Samoylova tərəfindən keçirilən yoqa və meditasiya dərsləri, peşəkar təlimçi Anar Məmmədov tərəfindən şagirdlərə komanda quruculuğunun aşılanması, fövqəladə hallar zamanı ilk yardım hallarının öyrədilməsi və digər məlumatlar məktəblilər arasında ümumi biliyin artırılmasında əhəmiyyətli rol oynayıb. Ekoloji düşərgəyə cəlb olunan məktəblilər həmyaşıddan-həmyaşıda metodologiyası vasitəsilə öyrəndiklərini yoldaşlarına ötürməklə daha böyük auditoriyanın faydalanmasına şərait yaradacaqdır.

Qeyd edək ki, bundan əvvəlki düşərgələrdə iştirak etmiş şagirdlərin təşəbbüsü ilə artıq Sumqayıt şəhərinin 10 orta məktəbində ekoloji klub yaradılıb. Bu layihədə isə 2019-2020 tədris ili üçün şagirdlərlə birlikdə yeni fəaliyyət planı müzakirə olunub. Layihədə qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün hazırlanmış həmyaşıddan-həmyaşıda əsaslı ekoloji maarifləndirmə proqramı ilə düşərgəyə qatılan şagirdlər təhsil aldıqları Sumqayıt şəhərinin orta təhsil müəssisələrində yaradılan klublar vasitəsi ilə məktəblərdə ekoloji maarifləndirmə fəaliyyətini genişləndirəcəklər.

Klubların fəaliyyətinə beynəlxalq könüllülər də cəlb ediləcək, məktəblilərin ekoloji maariflənməsini və ictimai fəallığını artırmaq üçün fəaliyyət planı hazırlanacaq.
Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?
14:5910 avqust

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?

2019-cu ilin birinci yarısında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Tusk hansı mesajları verdi?
18:3524 iyul

Tusk hansı mesajları verdi?

Bu günlərdə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Donald Tusk Cənubi Qafqaz ölkələrində səfərdə oldu. "Azərbaycan çox nadirdir. Ölkəniz özündə ənənə və müasirliyi birləşdirir. Bu günün mürəkkəb coğrafi landşaftındakı strateji mövqeyinizə görə siz həm Şərqə, həm də Qərbə doğru baxırsınız.

“Sumqayıt” futbol klubunun “Yay futbol düşərgəsi – 2019” layihəsinin birinci mərhələsinə yekun vurulub
18:1520 iyun

“Sumqayıt” futbol klubunun “Yay futbol düşərgəsi – 2019” layihəsinin birinci mərhələsinə yekun vurulub

“Sumqayıt” futbol klubunun “Kapital Bank” ASC, “Paşa Həyat Sığorta” ASC-nin sponsorluğu, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Təhsil Şöbəsi və “Azərikimya” İstehsalat Birliyinin dəstəyi ilə bu şəhərin məktəbliləri üçün təşkil etdiyi “Yay futbol düşərgəsi – 2019”un birinci mərhələsi başa çatıb.

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı
10:1722 may

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı

1991-ci ilin noyabrında Azərbaycanın kommunist hakimiyyəti ümummilli lideri Heydər Əliyevi Bakıya buraxmırdı, onun ətrafında informasiya blokadası yaradılmışdı. Belə bir məqamda o vaxtkı cəbhəçi, hazırda Qeyri Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Naxçıvana gedib Heydər Əliyevdən

Sumqayıt ilin birinci rübünü necə keçirib?
10:5915 may

Sumqayıt ilin birinci rübünü necə keçirib?

Ötən həftə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə,  təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə