İSTİ XƏBƏRLƏR
» » Sumqayıt ilə Çinin Myenyan şəhəri arasında dostluq əlaqələri qurulur

Sumqayıt ilə Çinin Myenyan şəhəri arasında dostluq əlaqələri qurulur



Sumqayıt ilə Çinin Siçuan vilayətinin Myenyan şəhəri arasında dostluq və əməkdaşlıq əlaqələrinin qurulması haqqında memorandum imzalanıb.

AZƏRTAC xəbər verir ki, sənəd Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Sahib Quliyevin rəhbərliyi ilə nümayəndə heyətinin Myenyan şəhərinə səfəri zamanı imzalanıb. "Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının dostluq münasibətlərinin və əməkdaşlığının daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannamə”yə uyğun olaraq imzalanan sənədin məqsədi Sumqayıt ilə Myenyan arasında əlaqələrin inkişafını təşviq etmək, xalqlar arasında dostluğun möhkəmlənməsinə şərait yaratmaq, sonda bu iki şəhərin qardaşlaşmasına dair yekun protokolun imzalanmasına nail olmaqdır. Tərəflər ticari-iqtisadi, elmi-texniki, mədəniyyət, təhsil, turizm və digər sahələrdə mübadilə və əməkdaşlığın inkişafına, birgə layihələrin icrasına dair razılığa gəliblər.

Azərbaycan nümayəndə heyətinin Myenyan şəhərinin meri Yuan Fan ilə görüşündə ölkələrimiz arasında tarixi köklərə və sıx əməkdaşlığa söykənən dostluq münasibətlərinin olduğu vurğulanıb. Qeyd olunub ki, dövlət başçılarının dostluq münasibətləri və qarşılıqlı etimadı ölkələrimizin müxtəlif istiqamətlərdə əməkdaşlığının dərinləşməsinə böyük imkanlar açır.

Bildirilib ki, Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün geniş potensial var. "Çinin "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində ölkələrimizin nəqliyyat-logistika sahəsində əməkdaşlığı getdikcə böyüyür. Transxəzər nəqliyyat dəhlizi də daxil olmaqla Azərbaycan özünün nəqliyyat-tranzit potensialı ilə bu təşəbbüsün icrasına böyük töhfələr vermək imkanına malikdir.

Görüşdə qarşı tərəfə Azərbaycanın sənaye mərkəzlərindən olan Sumqayıt şəhəri haqqında məlumat verilib, əməkdaşlıq imkanları müzakirə olunub.
Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıtla əməkdaşlıqda maraqlı olan SİAN ŞƏHƏRİ
14:2129 avqust

Sumqayıtla əməkdaşlıqda maraqlı olan SİAN ŞƏHƏRİ

Yeniləşən və müasirləşən Sumqayıt şəhərinin dünyanın bir çox şəhərləri ilə dostluq və əməkdaşlıq əlaqələri mövcuddur. Sumqayıtın qardaşlaşdığı şəhərlərin coğrafiyası hər ötən il genişlənir. Qardaşlaşmış şəhərlər layihəsi çərçivəsində mütəmadi olaraq nümayəndə heyətlərinin qarşılıqlı səfərləri,

Yeni ''sosialist alyansı"?
15:2215 avqust

Yeni ''sosialist alyansı"?

Rusiya ilə Çin arasında əlaqələrin inkişafda olduğu haqqında fikirlər çoxdan səslənir. İki böyük dövlətin qlobal miqyasda geosiyasi qüvvələr nisbətini dəyişə biləcək imkanlara malik olduqları sirr deyil. Si Szinpinin Rusiyaya son səfərinə də məhz bu kontekstdə nəzər saldıqda, maraqlı qənaətlər əldə

Sumqayıtlı turizm mütəxəssisi: Azərbaycan dünyanın əksər ölkələrində turizm mərkəzi olaraq yeni bir istiqamət kimi tanınır
16:1513 iyun

Sumqayıtlı turizm mütəxəssisi: Azərbaycan dünyanın əksər ölkələrində turizm mərkəzi olaraq yeni bir istiqamət kimi tanınır

Turizm və xidmət sektoru hazırda dünya iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilib. Bu sahədə baş verən ardıcıl qlobal iqtisadi böhranlara baxmayaraq, bu imkanlardan yararlanan və potensialı olan ölkələrə səyahət edən insanların sayı da ildən-ilə artmaqdadır. Beynəlxalq səfərlər getdikcə

Sumqayıt şəhərinin 70 illik yubilyeyi  münasibətilə tədbirlər planına təkliflər
10:2324 may

Sumqayıt şəhərinin 70 illik yubilyeyi münasibətilə tədbirlər planına təkliflər

Məlum olduğu kimi  Turizmin inkişafı ilə bağlı son illər Prezident İlham Əliyev bir neçə sərəncam imzalamış və onların icrası istiqamətində tədbirlər həyata keçirilmişdir. Aparılan ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli