İSTİ XƏBƏRLƏR
» » Sumqayıtda təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib

Sumqayıtda təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib


Sentyabrın 6-da Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Sumqayıt şəhəri, Abşeron, Şuşa, Qubadlı və Zəngilan rayonları təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsində ümumtəhsil müəssisələrinin rəhbərləri və müəllimlər iştirak ediblər.


Tədbirdə qeyd edilən şəhər və rayonların təhsil şöbələri müdirlərinin hesabat məruzələri dinlənilib.

Təhsil nazirinin müavini Firudin Qurbanov təhsil sahəsində qazanılan nailiyyətlər və qarşıda duran vəzifələrdən danışıb. Nazir müavini istedadlı uşaqlarla iş sahəsində həyata keçirilən tədbirlər nəticəsində həm respublika, həm də beynəlxalq olimpiadalarda şagirdlərin uğurlarının ildən-ilə artdığını qeyd edərək, bu il Bakıda nüfuzlu Beynəlxalq İnformatika Olimpiadasının təşkilinin əhəmiyyəti haqqında söz açıb. F.Qurbanov, həmçinin açılması nəzərdə tutulan xüsusi istedadlı uşaqlardan ibarət lisey siniflərə uşaqların cəlbi, risk qrupuna daxil olan təhsilalanlar və bu kimi məsələlərlə bağlı görüləcək işlərə toxunub.

Sonra yeni tədris ilinin prioritet məsələləri haqqında fikir mübadiləsi aparılıb, konfransın qərar layihəsi hazırlanıb.
Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?
14:5910 avqust

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?

2019-cu ilin birinci yarısında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Heydər Əliyev sumqayıtlı jurnalisti   görüşünə niyə çağırtdırmışdı?
18:4216 iyul

Heydər Əliyev sumqayıtlı jurnalisti görüşünə niyə çağırtdırmışdı?

...26 il əvvəl - 30 iyun 1993-cü ildə Rəhman Orxan təsisçisi və baş redaktoru olduğu "Bakinets" qəzetinin həmin gün çap olunmuş nömrəsini xüsusi bir intizarla, sevinclə gözləyirdi. Ona görə də redaksiyadan evə gecədən xeyli keçmiş qayıtmasına baxmayaraq, artıq səhər tezdən 12 ildən çox hər gün

Sumqayıt ilin birinci rübünü necə keçirib?
10:5915 may

Sumqayıt ilin birinci rübünü necə keçirib?

Ötən həftə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə,  təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür