İSTİ XƏBƏRLƏR
» » Azərbaycan nümayəndə heyəti Çində Avrasiya İqtisadi Forumunda iştirak edir

Azərbaycan nümayəndə heyəti Çində Avrasiya İqtisadi Forumunda iştirak edir






Sentyabrın 10-da Çinin Şansi vilayətinin inzibati mərkəzi olan Sian şəhərində Avrasiya İqtisadi Forumu işə başlayıb.

AZƏRTAC xəbər verir ki, 58 ölkədən dövlət və hökumət rəsmilərinin, beynəlxalq və regional təşkilatların rəhbərlərinin iştirak etdikləri tədbirdə Azərbaycanı Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Tarixi İpək yolunun başladığı Sian şəhərində iki ildən bir keçirilən forumun məqsədi "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində ölkələr, onların ayrı-ayrı şəhərləri və regionları, beynəlxalq təşkilatlar, iri şirkətlər arasında birgə əməkdaşlığı təşviq etmək, bununla bağlı məsələlərin müzakirəsi üçün dialoq və qarşılıqlı əməkdaşlıq platformasını təmin etməkdir.

Açılış mərasimində çıxış edən Çin Dövlət Şurası Sədrinin (Baş Nazir) müavini Hu Çunxua bildirib ki, Avrasiya İqtisadi Forumu iştirakçı ölkələr arasında iqtisadi əlaqələrin qurulması və genişlənməsi baxımından vacib rol oynayır.

Mərasimdə Çin Kommunist Partiyası Şansi vilayəti komitəsinin birinci katibi Xu Xıpin, Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Vladimir Norov və başqaları çıxış ediblər.

Qeyd edək ki, son illər dövlət başçıları İlham Əliyev və Si Cinpinin siyasi iradəsi ilə Azərbaycan və Çin arasında müxtəlif sahələrdə uğurla inkişaf edən münasibətlər ölkələrimizin iri şəhərləri və regionları arasında da birbaşa əlaqələrin yaranmasına və genişlənməsinə təkan verib. Azərbaycanın ikinci ən böyük sənaye şəhəri olan Sumqayıt ilə Çinin Sian şəhəri arasında dostluq əlaqələri də bu baxımdan diqqət çəkir. Cari ilin iyul ayında Sian şəhər Xalq Hökuməti rəhbərinin müavini Su Minfeyin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri zamanı Sumqayıt şəhəri ilə Sian şəhəri arasında dostluq əlaqələrinin qurulması haqqında Niyyət Protokolu imzalanıb. Azərbaycan nümayəndə heyətinin Siana hazırkı səfəri zamanı iki şəhər arasında münasibətlərin daha da genişlənməsinə dair fikir mübadiləsi aparılacaq, Sumqayıtın iqtisadi potensialı barədə məlumat veriləcək.
Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıt ilə Çinin Myenyan şəhəri arasında dostluq əlaqələri qurulur
17:2905 sentyabr

Sumqayıt ilə Çinin Myenyan şəhəri arasında dostluq əlaqələri qurulur

Sumqayıt ilə Çinin Siçuan vilayətinin Myenyan şəhəri arasında dostluq və əməkdaşlıq əlaqələrinin qurulması haqqında memorandum imzalanıb.

Sumqayıtla əməkdaşlıqda maraqlı olan SİAN ŞƏHƏRİ
14:2129 avqust

Sumqayıtla əməkdaşlıqda maraqlı olan SİAN ŞƏHƏRİ

Yeniləşən və müasirləşən Sumqayıt şəhərinin dünyanın bir çox şəhərləri ilə dostluq və əməkdaşlıq əlaqələri mövcuddur. Sumqayıtın qardaşlaşdığı şəhərlərin coğrafiyası hər ötən il genişlənir. Qardaşlaşmış şəhərlər layihəsi çərçivəsində mütəmadi olaraq nümayəndə heyətlərinin qarşılıqlı səfərləri,

Yeni ''sosialist alyansı"?
15:2215 avqust

Yeni ''sosialist alyansı"?

Rusiya ilə Çin arasında əlaqələrin inkişafda olduğu haqqında fikirlər çoxdan səslənir. İki böyük dövlətin qlobal miqyasda geosiyasi qüvvələr nisbətini dəyişə biləcək imkanlara malik olduqları sirr deyil. Si Szinpinin Rusiyaya son səfərinə də məhz bu kontekstdə nəzər saldıqda, maraqlı qənaətlər əldə

Trampın Azərbaycan  prezidentinə məktubunda hansı mesajlar var idi?
15:1304 iyun

Trampın Azərbaycan prezidentinə məktubunda hansı mesajlar var idi?

Hazırda qlobal geosiyasi mənzərədə mürəkkəbliklər və qeyri-müəyyənliklər artır. Müxtəlif dövlətlər arasında münasibətlər gərginləşir, meydana yeni risk və ziddiyyətlər çıxır. Belə bir situasiyada dünyanın böyük dövlətlərinin müstəqilliyini əldə etmiş ölkələrlə münasibətləri hansı prinsiplər

Nəqliyyat dəhlizi kimi nə qazanacağıq?
18:0408 may

Nəqliyyat dəhlizi kimi nə qazanacağıq?

Təşəbbüskarı olduğu və qoşulduğu nəqliyyat layihələri sayəsində Azərbaycan nəinki regionun, beynəlxalq tranzit marşrutunun mühüm iştirakçısı, vacib həlqəsinə çevrilib. Ötən həftə Pekində keçirilən "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumu ölkəmizin bu sahədəki beynəlxalq nüfuzunu,