İSTİ XƏBƏRLƏR
» » Meksikalı pianoçu Xesus Lepe Rikon Sumqayıtda konsert verib

Meksikalı pianoçu Xesus Lepe Rikon Sumqayıtda konsert verib



Meksikalı pianoçu Xesus Lepe Rikonun Azərbaycana budəfəki səfəri çərçivəsində son konserti sentyabrın 11-də Sumqayıt şəhərində keçirilib. Meksikalı pianoçu Sumqayıt Dövlət Dram Teatrında çıxış edib.

Meksikanın ölkəmizdəki səfirliyindən AZƏRTAC-a bildirilib ki, konsert çərçivəsində Bax, Bethoven və Şopen kimi məşhur bəstəkarların əsərləri ifa olunub. Eyni zamanda, Rikardo Kastro və Belisario de Xesus Qarsiya de la Qarza kimi dünya şöhrətli görkəmli meksikalı bəstəkarların yaradıcılığına da müraciət edilib.

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini çıxış edərək deyib ki, ölkələrimiz arasında ikitərəfli əlaqələr, mədəniyyət, ticarət və turizm də daxil olmaqla, müxtəlif sahələr üzrə əməkdaşlıq və hüquqi bazanın möhkəmlənməsi sayəsində Meksika və Azərbaycan artıq daha yaxındır. Diplomat vurğulayıb ki, çoxsaylı sahələrdə təcrübə mübadiləsini zənginləşdirən və parlament diplomatiyasına təkan verən qarşılıqlı səfərlər əhəmiyyətli dərəcədə intensivləşib. O əlavə edib ki, Xesus Lepenin konserti Meksika səfirliyinin bir sıra mədəni tədbirlərin Sumqayıt şəhərində keçirilməsinin başlanğıcıdır, bu baxımdan şəhərin sakinləri və qonaqları Meksika adətləri ilə daha yaxından tanış ola biləcək.

Konsert proqramı maraqla qarşılanıb.
Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıtlı Fidel Kastro
17:1121 avqust

Sumqayıtlı Fidel Kastro

Yəqin ki, şəhərdə gəzişərkən dünya siyasətçisi "Fidel Kastro"nu görməmiş olmazsınız.   O, doğrudan da Fidelə həddindən artıq oxşayır.  Sanki bir almanın tən yarısı kimi. Budəfəki "Qonaq otağı"nda dağ əzəmətli, qartal vüqarlı, Azərbaycanın igid oğlu bizim "Fidel Kastro" - Vahid Rüstəmovdur. 

Sumqayıtlı turizm mütəxəssisi: Azərbaycan dünyanın əksər ölkələrində turizm mərkəzi olaraq yeni bir istiqamət kimi tanınır
16:1513 iyun

Sumqayıtlı turizm mütəxəssisi: Azərbaycan dünyanın əksər ölkələrində turizm mərkəzi olaraq yeni bir istiqamət kimi tanınır

Turizm və xidmət sektoru hazırda dünya iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilib. Bu sahədə baş verən ardıcıl qlobal iqtisadi böhranlara baxmayaraq, bu imkanlardan yararlanan və potensialı olan ölkələrə səyahət edən insanların sayı da ildən-ilə artmaqdadır. Beynəlxalq səfərlər getdikcə

Sumqayıt şəhərinin 70 illik yubilyeyi  münasibətilə tədbirlər planına təkliflər
10:2324 may

Sumqayıt şəhərinin 70 illik yubilyeyi münasibətilə tədbirlər planına təkliflər

Məlum olduğu kimi  Turizmin inkişafı ilə bağlı son illər Prezident İlham Əliyev bir neçə sərəncam imzalamış və onların icrası istiqamətində tədbirlər həyata keçirilmişdir. Aparılan ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

"Koroğlu"nu,  "Cavad xan"ı  yenidən dünyaya qaytardı və sonra... onlara qoşulub, getdi
15:2810 may

"Koroğlu"nu, "Cavad xan"ı yenidən dünyaya qaytardı və sonra... onlara qoşulub, getdi

Rövşən müəllimlə 35 ildən çox tanışlığımız-dostluğumuz vardı. Son zamanlar bu azman görkəmli rejissorla görüşərkən (adətən teatr məbədlərimizdə - Sumqayıt Dövlət Dram Teatrında, Akademik Milli Dram Teatrında, müxtəlif teatr, kino, mədəni-kütləvi, poeziya tədbirlərində) "salam!"dan əvvəl sənətkar