İSTİ XƏBƏRLƏR
» » Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular


Siyavuş Novruzov

Yeni Azərbaycan Partiyasının qərargahında qanvermə aksiyası baş tutub.

Aksiya zamanı YAP-ın icra katibinin müavini Siyavuş Novruzov deyib ki, "Məhərrəm ayında insanlar özünə zəncir vurmaqdansa, qanvermə aksiyasında iştirak etsələr, daha yaxşı olar. Çünki bəzi insanlar müəyyən xəstəliklərdən əziyyət çəkir, onların qana ehtiyacı var”. Siyavuş müəllim müxalifəti də qanvermə aksiyasında iştirak etməyə dəvət edib: "Müxalifət nə ağac əkir, nə də qan verir... Onların addımları yalnız söyüş və təhqirdən ibarətdir. Mən həmin siyasi təşkilatları da qanvermə aksiyasında iştirak etməyə dəvət edirəm. Gəlsinlər, qan versinlər".

Bu çağırışdan sonra, ola bilsin ki, müxalifət düşərgəsi hərəkətə keçsin. Dərhal toplanaraq qərar qəbul etsinlər ki, hamı bir nəfər kimi məscidlərə gedib özünü zəncirləsin, al qana boyasın. 

Axı müxalifət həmişə iqtidarın əksinə gedir. Sizə bu lazım idi, Siyavuş müəllim? 


Millimiz

Futbol üzrə Azərbaycan milli komandası AÇ-2020-nin seçmə mərhələsində növbəti oyununa çıxıb. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv səfərdə Uels yığması ilə qarşılaşıb.  Azərbaycan millisi yer aldığı E qrupunda 3 oyun keçirmişdi və hamısında uduzmuşdu. Komandamız bu dəfə də oxşar aqibətlə üzləşib. Maraqlısı burasındadır ki, ilk qolu qapımıza Pavel Paşayev vurub.

 Oyundan sonra xorvatiyalı mütəxəssis açıqlama verib ki,  bəxtimiz gətirmədi, bir xal qazanmağa layiq idik: "Həqiqətən də qəribə, bəxtsizlikdən buraxılan 2 qolla buradan məğlubiyyətlə gedirik"

Gələk əsas məsələyə. Oyundan sonra yeni baş məşqçi öyrənib ki, millimizin öz qapısına qol vurmaq ənənəsi çoxdan var. Həmişə bu funksiyanı Tərlan Əhmədov və Rəşad Sadıqov icra edirdi, indi isə Pavel Paşayev .

Əldə etdiyimiz məlumata görə, millinin növbəti oyununda məşqçimiz müdafiəçilərə məhz Pavel Paşayevi tutmalarını tövsiyə edəcək. Nə deyirik, olsun, bəlkə bu yolla 1 xal əldə edə bildik. 

Ömər Eldarov

92 yaşlı məmur - Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovdan maraqlı etiraf edib. O bildirib ki, tutduğu vəzifədən getmək istəyir. 

Sitat: "Daha rektor işləmək istəmirəm. Artıq bu barədə lazımı yerlərə məlumat vermişəm. Gözlərim görmür, eynəklə də görmür. Hər gün on-on beş sənədə qol çəkirəm, vəssalam. Çətindi. Yəqin namizəd tapılar, heç olmasa, məndən 20 yaş cavan olsun. Vəzifədə işləmək üçün yetmiş yaş artıq maksimumdur. Avropada adamlar yetmiş yaşı olanda daha vəzifədə qalmırlar, sağollaşıb gedirlər. Mən də artıq rektorluqdan çıxsam yaxşıdır. Onda yarımçıq olan bu işlərimi bitirməyə vaxtım da qalar. Bilmirəm bundan sonra nə qədər ömrüm qalıb; iki il, üç il... Onun üçün də çalışıram yarımçıq işlərimi yekunlaşdırım".

Düşünürük ki, bu açıqlama bizim kreslosunu bərk bərk tutub oturan məmurlarımıza bir nümunə olacaq və onlar da 90 yaşdan sonra vəzifədən könüllü istefa verib yerlərini 70 yaşlı cavanlara həvalə edəcək qədər cəsarət nümayiş etdirəcəklər. 

Yol qəzaları

Yol qəzaları səngimək bilmir. Hər gün yollarımızda neçə-neçə insan həyatını itirir. Bakı-Qazax magistiral avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Belə ki, Türkiyədən gələn avtobus yük maşını ilə toqquşub.  15 nəfərə yaxın yaralı Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir. Qəza yerində bir nəfər (kişi) ölüb.

Bir gün sonra isə Neftçalada yol qəzası baş verib. Belə ki, "Mersedes" və "Lexus" markalı avtomobillər toqquşub. Nəticədə 3 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu yalnız 2 gündə baş vermiş iki hadisədir. Gəlin, etiraf edək ki, bəzən özümüz öz həyatımızı yarıda saxlayırıq. Əksər yol hadisələrinin səbəbi sürət həddinin aşılmasıdır. Unuduruq ki, sürət həyatda inkişaf, yolda təhlükədir.


Hafiz Hacıyev

Son zamanlar mətbuatda Hafiz Hacıyevin səhhətində problemlərin olduğunu, onun çılğınlığı və sərt sözləri arxasında keçmişdə keçirdiyi ruhi sarsıntının durması barədə iddialar səslənir.

H.Hacıyev məsələyə sərt reaksiya verib: "Vəziyyətim çox yaxşıdır, bu yanlış deyilmiş bir informasiyadır.  Mənim heç bir psixi problemim yoxdur, dəli deyiləm. Onu deyən, .... yeyir dədəsinin ağzı ilə, mən harda yatmışam? Niyə adamın əsəbləri ilə oynayırlar!... Kim deyir onu qoy kağızı əlində gətirsin, sübut eləsin mənə ki, həqiqətən də mən dəliyəm. Elə bir zəmanədə yaşayırıq ki, hər halda nələrisə araşdırıb nəticəyə çatmaq olur. Getsinlər araşdırsanlar, sonra ağızlarına gələnləri danışsınlar. Sadəcə boş-boş danışırlar. Dəli olan adam hər halda elmlər namizədi, yaxud da hər hansı bir cəbhədə öz sözünü demiş bir insan olmaz".

Sitatı oxudunuz? İndi xatırladaq ki, H.Hacıyev Azərbaycanın prezidenti olmaq istəyirdi...

Xocalı bağları

Ermənilər Azərbaycanın işğal altındakı Qarabağ torplaqlarında qanunsuz fəaliyyətlərini davam etdirir.

Xocalıda 10 hektar sahədə nektarin bağları salınıb. Separatçı Qarabağ rejiminin "keçmiş təsərrüfat naziri" Bneik Baxşyanın əkdiyi meyvələrin bu il məhsul verdiyi vurğulanır: "Xocalıda su qıtlığı problemi yoxdur. Su və gübrə hesabına bol məhsul əldə etmişik".

Damcılı suvarma sistemi ilə təmin olunmuş nektarin bağları ilə yanaşı, Xocalıda nar və şaftalı bağları da salınıb. Benik Baxşyan məhsulun bir hissəsinin İrəvan satıldığını da sözlərinə əlavə edib.

...Meyvələrin dadında qan tamı hiss olunurmu, görəsən?

Rəy bildir +
Oxşar xəbərlər
NÜVƏDİYƏ SON SƏFƏR
17:4302 sentyabr

NÜVƏDİYƏ SON SƏFƏR

Bizim iki UAZ maşınımız KQB-nin əməkdaşı Ş.Həsənovun müşayiəti ilə tozlu-torpaqlı yollarla Nüvədiyə səmt alır. Ora ilk dəfə getdiyimizdən, həm də Zenfira xanıma görə narahat olduğumuzdan (bunu qətiyyən büruzə verməməyə çalışsaq da) səbrsizliklə mənzil başına çatmağımızı gözləyirik. Hər an yolumuzda

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı
10:1722 may

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı

1991-ci ilin noyabrında Azərbaycanın kommunist hakimiyyəti ümummilli lideri Heydər Əliyevi Bakıya buraxmırdı, onun ətrafında informasiya blokadası yaradılmışdı. Belə bir məqamda o vaxtkı cəbhəçi, hazırda Qeyri Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Naxçıvana gedib Heydər Əliyevdən

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular
10:1322 may

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Şuşanın işğalı günündə Şuşaya gedib nümayişkəranə şəkildə orada "Yallı" oynayan Ermənistanın rəhbəri Nikol Paşinyanın bu hərəkətinə bizim olmayan Şuşanın bizim olan icra başçısı Bayram Səfərovun reaksiyası opponentini qarğamaqdan ibarət oldu. Belə ki, Bayram müəllim fakta münasibətini mediaya bu

Azərbaycanlı Cek Potreşitel
12:0916 may

Azərbaycanlı Cek Potreşitel

İlkin Fəxrəddin oğlu Qasımovun 29 yaşı olsa da 29 qramlıq ağlı yox idi. Bu adam bəd əməllərini əyalətdə həyata keçirə bilmədiyindən Bakıda məskən salmışdı. Burada da ki, gecə qara, cücə qara olan kimi evdən çıxır, gah içki məclislərində olur, gah kimisə aldadır, gah kimisə bıçaqlayır,  ya da zor

Millət vəkili məhəllə komitələrinin rəhbərləri ilə görüşdü
16:1022 aprel

Millət vəkili məhəllə komitələrinin rəhbərləri ilə görüşdü

Sumqayıtlı millət vəkili Tahir Mirkişili Sumqayıt Bələdiyyəsinin Məhəllə komitələrinin üzvləri ilə görüş keçirilib.