İSTİ XƏBƏRLƏR
» » Prezident yol tikintisinə pul ayırdı

Prezident yol tikintisinə pul ayırdı

Prezident İlham Əliyev yanvarın 8-də “Balakən rayonunun Balakən–Qazbinə–İtitala avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
Oxu.Az xəbər verir ki, on səkkiz min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Balakən–Qazbinə–İtitala avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Rəy bildir +
Oxşar xəbərlər
Millət vəkilləri gələn həftə tətildən qayıdacaq
11:5209 yanvar

Millət vəkilləri gələn həftə tətildən qayıdacaq

Gələn həftədən Milli Məclisin (MM) qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə bağlı parlamentin komitə iclaslarına start veriləcək. Oxu.Az-ın xəbərinə görə, yanvarın 15-də millət vəkillərinin qış tətili başa çatır və bununla da komitə iclasları öz işinə başlayır. Qeyd edək ki, komitə iclaslarında

Salah Afrikanın ən yaxşı futbolçusu oldu
11:4109 yanvar

Salah Afrikanın ən yaxşı futbolçusu oldu

“Liverpul” futbol klubunun şərəfini qoruyan misirli hücumçu Məhəmməd Salah 2018-ci il üzrə Afrikanın ən yaxşı futbolçusu seçilib. Oxu.Az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Bu, Seneqalın paytaxtı Dakarda keçirilən təntənəli mərasimdə elan olunub. Qeyd edək ki, Salah ardıcıl

Azərbaycanda əmanətlərini sığortalayan banklar - SİYAHI
11:2309 yanvar

Azərbaycanda əmanətlərini sığortalayan banklar - SİYAHI

Əmanətlərin Sığortalanması Fondunun reyestrinə hazırda 30 bank daxildir, başqa sözlə, bu banklara qoyulan əmanətlər müvafiq qanun çərçivəsində həm də dövlət tərəfindən qorunur. Oxu.Az xəbər verir ki, “Əmanətlərin Sığortalanması haqqında” Qanuna əsasən, iştirakçı bankların 9 yanvar 2019-cı il

Dövlət Gömrük Komitəsinin dörd əməkdaşı saxlanıldı
11:2009 yanvar

Dövlət Gömrük Komitəsinin dörd əməkdaşı saxlanıldı

Gömrük orqanlarında korrupsiya və rüşvət hallarının aradan qaldırılması, şəffaflığın təmin olunması istiqamətində atılan addımlar çərçivəsində 2018-ci il dekabrın 6-da Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində vəzifə səlahiyyətlərini

Pediatr: Uşaqlar arasında yayılan boğaz ağrısı qrip deyil
11:1809 yanvar

Pediatr: Uşaqlar arasında yayılan boğaz ağrısı qrip deyil

Son günlər ölkədə qrip, soyuqdəymə, boğaz ağrısından şikayətlənənlərin sayı artıb. İşdə, məktəbdə, küçədə hamı “qrip” olduğunu deyir. Xüsusən azyaşlıların bu cür narahatlığına biganə yanaşmaq, onları xəstə-xəstə bağçaya, məktəbə yola salmaq daha çox ciddi xəstəliklərin yaranmasına rəvac verə bilər.