İSTİ XƏBƏRLƏR
» » Regionunun ən yüksək faydalı iş əmsalına malik stansiyası Sumqayıtla əlaqələndirilib

Regionunun ən yüksək faydalı iş əmsalına malik stansiyası Sumqayıtla əlaqələndirilib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Bakıda "Şimal-2" elektrik stansiyasının istismara verilməsi mərasimində iştirak edib.


"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev, Yaponiyanın Xarici İşlər nazirinin parlamentar müavini Kenji Yamada, Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori dövlətimizin başçısına burada görülən işlər barədə məlumat verdilər.

Qeyd edək ki, 1950-ci illərdə iki mərhələdə istifadəyə verilən "Şimal" Elektrik Stansiyasının 1988-ci ildə birinci, 1998-ci ildə ikinci növbəsi tam köhnəldiyindən istismardan çıxarılmışdı. 1998-ci ildə ulu öndər Heydər Əliyev Yaponiyaya səfəri zamanı 400 meqavatlıq "Şimal-1" Elektrik Stansiyasının tikintisi üçün ölkəmizə investisiya cəlb olunmasına nail olub. Beləliklə, 2000-ci ildə əsası qoyulan 400 meqavatlıq "Şimal-1" stansiyası 2002-ci ildə istismara verilib. 2011-ci ildə isə Prezident İlham Əliyevin iştirakı ilə ərazisi 104,9 hektar, gücü 400 meqavatlıq "Şimal-2" Elektrik Stansiyasının təməli qoyulub. Ötən ilin payızından başlayaraq "Şimal-2" Elektrik Stansiyasının tikinti və quraşdırma prosesləri sürətləndirilərək 2019-cu ildə işlər tamamlanıb.

Ümumi qoyuluş gücü 800 MVt olan "Şimal-1" və "Şimal-2" elektrik stansiyalarının vahid mərkəzdən idarə edilməsi, istismar prosesində əməliyyatların operativliyinin təmin olunması və ekstremal qəza vəziyyətlərində işdə pozuntuların operativ aradan qaldırılması nəzərə alınaraq ərazidə Mərkəzi İdarəetmə Binası inşa edilib.

Binada elektrik stansiyasının tarixini əks etdirən eksponatların sərgiləndiyi muzey də fəaliyyət göstərir. Burada iclas və konfrans zalları da yaradılıb. Yeni istifadəyə verilən idarəetmə binasında vahid dispetçer idarəetmə mərkəzi və stansiyanın mikro SCADA sistemi yaradılıb. Stansiyanın enerjisisteminin ümumi idarəetmə sisteminə inteqrasiyası üçün serverlər quraşdırılıb və optik kabel xətti çəkilib. Yeni binada stansiyaya aid olan bütün kommunikasiya əlaqələrinin vahid sxemə uyğun birləşdirilməsi təmin edilib. "Şimal-1" və "Şimal-2" elektrik stansiyalarının birlikdə il ərzində gözlənilən istehsalı 5,7 milyard kilovat-saatdır.

Stansiyada Yaponiyanın "Mitsubishi" şirkətinin istehsalı olan 138 MVt gücündə buxar, 267 MVt gücündə qaz turbinləri, 560 MVA gücündə elektrik generatoru və onların köməkçi sistemləri quraşdırılıb. Enerji blokunda istehsal olunan elektrik enerjisi 480 MVA gücündə olan blok transformatordan qapalı tipli yarımstansiya vasitəsilə elektrik veriliş xətlərinə ötürülür. Müxtəlif gərginlik sinfinə malik olan paylayıcı qurğular arasında əlaqəni təmin etmək üçün 2 avtotransformator quraşdırılıb. Burada istehsal olunan elektrik enerjisinin ötürülməsi məqsədilə Abşeron regionunda 220 kV-luq dairəvi sxem qurulub, "Şimal" Elektrik Stansiyasının "Sumqayıt ES" və "Abşeron YS" ilə əlaqələndirilməsi üçün 65 kilometr uzunluğunda 220 kV-luq dörd hava elektrik verilişi xətti istismara verilib. Qəza rejimlərində stansiyanın vacib sistemlərinin elektrik enerjisi ilə qidalandırılması üçün qəza dizel generatoru quraşdırılaraq xüsusi sərfiyyat sxeminə qoşulub və avtomatik ehtiyatdan qoşulması təmin edilib.

Prezident İlham Əliyev "Şimal-2" Elektrik Stansiyasını işə saldı.

Hazırda ən yüksək faydalı iş əmsalına malik olan "Şimal-1" və "Şimal-2" elektrik stansiyaları birlikdə respublika üzrə elektrik enerjisi istehsalının 20 faizini, Bakı və Abşeron yarımadası üzrə 40-50 faizini təşkil edəcək. "Şimal" Elektrik Stansiyası enerjisistemin texniki-iqtisadi göstəricilərinin yaxşılaşdırılmasına əsaslı təsir etməklə yanaşı, il ərzində 77 milyon kubmetr təbii qazın qənaətinə və regionlardan Bakı şəhərinə verilən enerjinin miqdarının 20 faiz azalması nəticəsində elektrik enerjisinin uzaq məsafədən ötürülməsindən yaranan 199 milyon kVts elektrik enerjisi itkisinə qənaət olunmasına imkan yaradacaq. Bundan başqa, "Şimal" Elektrik Stansiyası 57,4 faiz faydalı iş əmsalına malikdir ki, bu da Cənubi Qafqaz regionunda ən yüksək faydalı iş əmsalı deməkdir. Elektrik stansiyası il ərzində 3,2 milyard kVts elektrik enerji istehsal edəcək və hər bir kVts elektrik enerjisinin buraxılışına 214,3 qram şərti yanacaq sərf ediləcək ki, bu da enerjisistemin ümumi göstəricisindən 65 qram azdır.

Stansiyanı yüksək təzyiqli yanacaqla təmin etmək məqsədilə yeraltı qaz kəməri, qaz tənzimləyici və təmizləyici qovşaq, qazqızdırıcı qurğular və kompressor stansiyası tikilib. Stansiyanın buxar turbinlərinin kondensatorları və avadanlıqları Xəzər dənizindən götürülən su vasitəsilə soyudulur. 


Rəy bildir +
Oxşar xəbərlər
48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Heydər Əliyev sumqayıtlı jurnalisti   görüşünə niyə çağırtdırmışdı?
18:4216 iyul

Heydər Əliyev sumqayıtlı jurnalisti görüşünə niyə çağırtdırmışdı?

...26 il əvvəl - 30 iyun 1993-cü ildə Rəhman Orxan təsisçisi və baş redaktoru olduğu "Bakinets" qəzetinin həmin gün çap olunmuş nömrəsini xüsusi bir intizarla, sevinclə gözləyirdi. Ona görə də redaksiyadan evə gecədən xeyli keçmiş qayıtmasına baxmayaraq, artıq səhər tezdən 12 ildən çox hər gün

"Dumanlı Albion", Uzaq Şərq və Tramp
15:3210 iyul

"Dumanlı Albion", Uzaq Şərq və Tramp

Amerikanın Prezidenti Böyük Britaniya səfəri ilə Yaponiyaya səfərini bir-birinin ardınca saldı. Ekspertlər bunu təsadüfi hesab etməyib, ABŞ-ın xarici siyasətinin bir sıra aktual özəllikləri ilə bağlayırlar. Vəziyyəti daha maraqlı edən Böyük Britaniya ilə Yaponiyanın coğrafi olaraq bir-birindən çox

Evlərimizə işıq gətirən adam
15:1704 iyun

Evlərimizə işıq gətirən adam

O, öz uğurunu sanki gənclik şəhərinin 15, özünün isə 45 yaşına həsr etmişdi. Bugünlər görkəmli energetikin 100 illik yubileyidir 

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli