İSTİ XƏBƏRLƏR
» » Zakir Fərəcov ali məktəblərə qəbul olan məzunlarla görüşdü

Zakir Fərəcov ali məktəblərə qəbul olan məzunlarla görüşdü



Sumqayıt şəhər Kimyaçı Mədəniyyət Sarayında ali məktəblərə qəbul olan məzunlarla görüş keçirilib.

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov, Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Arzu Alızadə, tələbə adını qazanan məzunlar, təhsil ictimaiyyətinin nümayəndələri iştirak edib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov gəncləri əldə etdikləri uğurlar münasibəti ilə təbrik edərək, onlara xoş arzularını çatdırıb, gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıb.

Zakir Fərəcov son illər ölkəmizdə dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan danışıb və bu sahənin dövlət başçısı tərəfindən daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.

Şəhər rəhbəri bildirib ki, ölkəmizdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür, yeni məktəb binaları inşa edilir, mövcud məktəblərdə əsaslı təmir işləri aparılır. Görülmüş işlər gənclərin yüksək səviyyədə təhsil almalarına və müstəqil ölkəmizin layiqli vətəndaşları olmalarına lazımi şərait yaradır.


Qeyd olunub ki, qəbul imtahanlarında iştirak edən 2490 abituriyentdən 1906 nəfəri yəni məzunlarımızın təxminən 77%-i tələbə adını qazana bilmişdir ki, bu da ölkə üzrə ən yüksək göstəricidir. Ali məktəbə qəbul olan məzunların 460 nəfəri, yəni 24%-i 500-dən, o cümlədən 154 nəfəri, 8%-dən də çoxu 600-dən çox bal toplayıb. Üç təhsil müəssisəsində qəbul 100% olub.  Eləcə də 15 sinif üzrə ali məktəbə sənəd verən məzunların hamısı tələbə adını qazanıb.

Çıxış edən məzunlar və təhsil işçiləri gənclərlə görüşün təşkilinə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Məzunlar onlara bəslənən ümidləri doğruldacaqlarına söz veriblər.



Sonda ali məktəblərə qəbul olunan tələbələrə hədiyyələr, qabaqcıl müəllimlərə isə fəxri fərmanlar verilib.

Rəy bildir +
Oxşar xəbərlər
48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

50 il zəhər udan, italiyalıların "dərsini" verən sumqayıtlı kimyaçı
15:4315 avqust

50 il zəhər udan, italiyalıların "dərsini" verən sumqayıtlı kimyaçı

Ömrünün yarım əsrə qədərini ölkənin kimya sənayesinin inkişafına həsr etmiş tanınmış kimyaçı Zülfi Sadıxov Azərbaycanın Dövlət mükafatı laureatı, Respublikanın Əməkdar mühəndisi, SSRİ-nin Əlaçı kimyaçısı və Əlaçı səmərələşdiricisi, onlarla qiymətli ixtiranın müəllifidir.  

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?
14:5910 avqust

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?

2019-cu ilin birinci yarısında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Sumqayıt ilin birinci rübünü necə keçirib?
10:5915 may

Sumqayıt ilin birinci rübünü necə keçirib?

Ötən həftə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə,  təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli