İSTİ XƏBƏRLƏR
» » Sumqayıtlı sözlərim, hisslərim, xatirələrim…

Sumqayıtlı sözlərim, hisslərim, xatirələrim…



İctimai TV-nin məşhur aparıcısı Azər Süleymanlı Sumqayıtla bağlı xatirələrini bölüşüb.

Azər Süleymanlının şəhərimizlə bağlı fikirlərini təqdim edirik:

O qədər çoxdur ki, sumqayıtlı sözlərim, hisslərim, xatirələrim...

Mən kənddə doğulub böyümüşəm. Uşaqlığım sovetlərin sonu, müstəqilliyin ilk illərinə təsadüf edib. Sadə uşaqlıq keçirmişəm. İndiki əyləncələr, şəraitlər, məşğuliyyətlər yox idi onda. O illərin ən böyük sevinci valideynlərimin bizi Sumqayıta gətirməsi idi. Bu bir insanın yaşaya biləcəyi ən nadidə hiss idi, elə bilirəm. Kaş bu şəhərə gəlişə necə hazırlaşdığımı, günləri necə saydığımı, sevincdən nələr yaşadığımı yaza-anlada biləydim. Yox ki, elə bir ifadə vasitəsi, təsvir tərzi...

H.Z.Tağıyev qəsəbəsinə çatdıqca, zavodların zərərli havası burnuma toxunduqca, ciyərlərim, ürəyim açılırdı eləcə... O "qoxunu" belə ciyərlərimin bir yerində saxlamışam bu gün də. Az-az “dadıram” lap darıxdıqca tükənəcəyindən qorxaraq... Onda elə bilirdim ki, dünyanın ən gözəl havası bu şəhərdədir. Onda elə bilirdim ki, bura dünyanın ən gözəl yeridir...

Cümlələrim, Sumqayıtla bağlı "həqiqətlərim" keçmiş zamanda yazılsa da, bu şəhərin mənə "yaşatdıqları", ruhuma "qatdıqları" heç keçmədi, heç zəifləmədi. Sumqayıtın məndəki cazibəsi, gözəlliyi heç bitmədi... Və içimdə çox tez-tez dəli kimi hər küçəsini, hər tinini gəzmək, görmək, öpmək ehtiyacı yaranır buraların...

Bir neçə gün öncə isə, Sumqayıtın 70 illiyi ilə əlaqədar bu şəhərdən canlı yayımlandı verilişimiz. Həyat nə qəribədir... Nə bilərdim ki, bir gün bu şəhərin yubileyi münasibəti ilə hazırlanacaq verilişin aparıcısı olmaq, onun haqqında belə böyük bir tribunadan danışmaq mənə nəsib olacaq...

Efiri məşhur "Sülh Göyərçini" abidəsinin qarşısından yayımlayırdıq. Mən ilk dəfə "Göyərçin"i görəndə elə bilirdim ki, dünyada ondan böyük heç nə yoxdur. Sonra mən böyüdüm, o "balacalaşdı". Amma Sumqayıt məndə heç "balacalaşmadı"...

Bu şəkli də uşaqlığımın ən böyük yadigarının qarşısında çəkdirdim illər sonra. Əlimi də bərk-bərk yaslamışam dünənimə - özümə söykəmiş kimi. İllər öncə də şəklim vardı burada. Onda mən göyərçinin qanadlarında, ucalığında güclə görünürdüm. İndi mən də böyümüşəm, yaşa dolmuşam, amma xatirələrimdə boğulmuşam, hisslərimdə batmışam... Baxmayın belə güldüyümə, içimdə halbahal olmuşam...

Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıtlıların vaxtilə öyündüyü "Yaşıl bina" ideyası necə yaranıb?
15:4912 sentyabr

Sumqayıtlıların vaxtilə öyündüyü "Yaşıl bina" ideyası necə yaranıb?

Sumqayıt mənim doğma, əziz və əvəzolunmaz şəhərimdir. Burada uşaqlıq illərim keçib, əqidəm, məfkurəm formalaşıb. Bu şəhərdə özümə çoxlu dost tapmışam. Sumqayıtın sevinci mənim sevincim, kədəri mənim kədərim olub. Sumqayıtla nəfəs alıram desəm, inanmazsınız. Bir çox xarici ölkələrdə olmuşam, gözəl

NÜVƏDİYƏ SON SƏFƏR
17:4302 sentyabr

NÜVƏDİYƏ SON SƏFƏR

Bizim iki UAZ maşınımız KQB-nin əməkdaşı Ş.Həsənovun müşayiəti ilə tozlu-torpaqlı yollarla Nüvədiyə səmt alır. Ora ilk dəfə getdiyimizdən, həm də Zenfira xanıma görə narahat olduğumuzdan (bunu qətiyyən büruzə verməməyə çalışsaq da) səbrsizliklə mənzil başına çatmağımızı gözləyirik. Hər an yolumuzda

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil  SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR
17:2710 iyul

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR

Bugünkü tələbələrin maraq dairəsi, elmi-mədəni düşüncələri və digər baxışlarları haqda bilgilər əldə etmək yəqin ki, böyük əksəriyyət üçün maraqlıdır. Məhz bunu nəzərə alıb, "168 saat"ın "Sual kitabçası" rubrikasında müxtəlif təhsil ocaqlarının tələbələrinə müraciət etdik.

70 yaşlı Əfsanələr şəhəri
13:5503 iyul

70 yaşlı Əfsanələr şəhəri

Qədim bir əfsanədə belə deyilir: "Sum boz çöllərlə irəliləməkdə davam edirdi. Taqətinin qalmadığı atdığı addımlarından açıq-aydın görünürdü. Bir qədər gedir, dayanır, əlini gözünün üstə qaldırıb önə baxırdı. Bir tərəfi bataqlıq, digəri kiçik iynəyarpaqlı ağaclar arasından keçərək irəliləyirdi.

Alfred, İbrahim Xan, Arlekin...
18:0330 aprel

Alfred, İbrahim Xan, Arlekin...

Gənc bir tələbəydi onu tanıyanda. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində  oxuyurdu,   o  zamanlar  mən Azərbaycan Televiziyasının"Səhər" proqramında çalışırdım  və " Etiket qaydaları " adlı rublikamıza gənc aktyorlar çəkməliydik.  Getdik universitetə ki,  tələbələr arasından seçim edək.