İSTİ XƏBƏRLƏR
» » OXUMASANIZ DA OLAR

OXUMASANIZ DA OLAR



Lətifə

"Green house"da şıdırğı bir toy gedir. Xalqı güldürən və əyləndirən tamada Alik Niyazov birdən musiqini kəsdirib söyləyir:

- İndi də bir oyun-müsabiqə keçirəcəyik. Kim ağız-gözünü əyib, ən qorxulu sifət alsa, o da oyunumuzun qalibi olacaq.

Bütün məclis əhli əcaib-qəraib şəklə düşür. Alik Niyazov hamını gözdən keçirdikdən sonra elan edir:

- Beləliklə, oyunumuzun qalibi gəlinimiz oldu. 

Gəlin kədərlə öz-özünə deyir:

- Ancaq mən heç oynamırdım...


Dialoq

Polis oğlu:

- Ata, sən mənə işdən nə gətirmisən?

- Dubinka.

- Bəs niyə xətləri var?

- İtirəndə dərhal görünsün.

Yanğınsöndürən oğlu:

- Ata, sən mənə işdən nə gətirmisən?

- "Oqnetuşitel".

- Bəs niyə qırmızıdır?

- İtirəndə dərhal görünsün.

İnşaatçı oğlu:

- Ata, sən işdən mənə nə gətirmisən?

- Bel.

- Bəs niyə paslıdır?

- İtirəndə təəssüflənməyəsən. 


Dodaqqaçdı


Hərbi komissar sıraya düzülmüş çağırışçılardan soruşur:

- Aranızda karlar var?

İki nəfər irəli çıxıb karlığını boynuna alır. Qalanları özlərini elə aparırlar ki, guya, eşitmədilər.


Deyim


"İkinci arvaddan birinciyə qayıtmaq cinayət yerinə qayıtmaq kimi bir şeydir".


Deyim


Əmlak bölgüsü zamanı Həvva məcbur oldu ki, Adəmə qabırğasını qaytarsın.


Məsləhət


Tanış olmadığınız kollektivdə lideri müəyyənləşdirmək üçün baxın ki, kondisionerin pultu kimin masasının üstündədir. 


Deyim


"Hər oxuyandan Molla Pənah olmaz. Hər dodağına pomada çəkəndən də zənən olmaz".


Söhbət


Kişi əsəbiləşmiş arvadının əlindən dəftərçəni qapıb deyir:

- Zərxanım, bərəkət haqqı orada yazılan zənən arvadlarının qabağına yazdığım "q" hərfi sən düşünən şey deyil. "Q" - yəni qarderobda işləyən.


Aforizm


Görəsən niyə məhkəmə insanı azadlıqdan məhrum edəndə müddəti elan edir, ancaq "ZAQS" etmir?


Məlumat


Sinoptiklər xəbər verirlər ki, axşam hava qaralacaq.


Əhvalat


Postu gəzən komandir görür ki, sıravi Əhmədov bir-bir istehkamın ətrafındakı tikanlı məftilləri qoparır. Yaxınlaşanda eşidir:

- Sevir, sevmir, sevir, sevmir...


Elan


Xarici səfirliklərə xidmət edən k

ombinata aşağıdakı vakant yerə işçi tələb olunur:

- İngilis dilini bilən butılka yığıcısı.


Olmuş hadisə


Pənah bəy Sabirabada - öz seçiciləri ilə görüşə gedir. İcra hakimiyyətinin işçisi Rza müəllimin müşayiəti ilə tarlaları, zəmiləri və bostanları gəzir. Rza müəllim kabinetindəcə ona instruksiya verir ki, bax, Pənah bəy, kimi gördünsə, mütləq onunla salamlaş. Yoxsa camaat deyər ki, deputatımız bizi saymır.

Qarpız bostanına girdikdə Pənah bəy arxası ona tərəf olan əllərini yana açmış, başına şlyapa keçirmiş cır-cırıq içində olan bir şəxsi görüb ucadan deyir:

- Salam, kəndçi qardaş!

Cavab almır. Bir də deyir:

- Salam, kəndçi qardaş!

Yenə də cavab almır. Rza müəllim uğunub gedir:

- Pənah bəy, bu kəndçi qardaş deyil, Müqəvvadır.

Pənah bəy bu dəfə deyir:

- Salam, Müqəvva!


Uşaq sualı


Ana, niyə məni kələmlikdən tapıblar, ancaq böyük qardaşımı Hacıleylək gətirib?

- A bala, səni də Hacıleylək gətirirmiş. Ancaq yolda səni kələmliyə salıb...


Lətifə


Moşu yaxşıca yeyib-içəndən sonra dostu Tanrıverdi kişi ilə evə gəlir. Arvadı Söylü onun zorla ayaqüstə durduğunu görüb qışqırır:

- Yenə hansı cəhənnəmdə zəhərlənmisən, ay oğraş?

Moşu səsinin tonunu qaldırır:

- Bir axırıncı sözü təkrar elə. Nə dedin?

Söylü bayaqkından da bərk söyləyir:

- Oğraş!!!

Moşu üzünü Tanrıverdi kişiyə tutur: 

- Ağzı nədi təkrarlamasın? Bilir ki, sözümü yerə salsa, ciyərini çıxarararam.


Dialoq


- Salam, Əfrasiyab. Nə vaxtdır görünmürsən. Nə işlə məşğulsan?

- Doktorski ilə

- Afərin. Dissertasiya yazırsan?

- Adə yox e. Kolbasa kombinatında işləyirəm.


Məlumat


Hərbi hissə minalanmış ərazilərdəki torpaq sahələrini həyətyanı sahə üçün icarəyə verməyə başlayıb.

Rəy bildir +
Oxşar xəbərlər
OXUMASANIZ DA OLAR
12:1805 sentyabr

OXUMASANIZ DA OLAR

  Müdrik sual Avtomobilində oturduğu halda qoruyucu kəmər taxmaq məcburi ikən, avtobuslarda millətin ayaq üstündə gedə bilməsi məntiqi nə dərəcədə doğrudur?

NÜVƏDİYƏ SON SƏFƏR
17:4302 sentyabr

NÜVƏDİYƏ SON SƏFƏR

Bizim iki UAZ maşınımız KQB-nin əməkdaşı Ş.Həsənovun müşayiəti ilə tozlu-torpaqlı yollarla Nüvədiyə səmt alır. Ora ilk dəfə getdiyimizdən, həm də Zenfira xanıma görə narahat olduğumuzdan (bunu qətiyyən büruzə verməməyə çalışsaq da) səbrsizliklə mənzil başına çatmağımızı gözləyirik. Hər an yolumuzda

Sumqayıtlı statusman: "Dünya savaşı telefonun ekranında gedir…"
17:0726 iyun

Sumqayıtlı statusman: "Dünya savaşı telefonun ekranında gedir…"

Iyunun 21-də sumqayıtlıların sevə-sevə Hümbət həkim adlandırdıqları Hümbət Həsənoğlu Quliyev 64-cü doğum gününü qeyd etdi. Qərara gəldik ki, bu münasibətlə onu "Qonaq otağı"nda qonaq edək. Kimdir Hümbət Həsənoğlu? Həkim, biznesmen, yazar. Ən əsası, vətən təəssübkeşi.

Ortoped-travmotoloq: "20-50 yaşlı insanlarda   bel ağrıları bu səbəblərdən yarana bilər"
16:3213 iyun

Ortoped-travmotoloq: "20-50 yaşlı insanlarda bel ağrıları bu səbəblərdən yarana bilər"

Müsahibimiz ortoped-travmotoloq Samir Zeynalovdur. 2011-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. 2012-ci ildə Mərmərə Universiteti Xəstəxanasının Ortoped-Travmotoloq cərrahiyyə fakültəsinə qəbul olaraq orada uzman həkim olaraq fəaliyyətini davam etdirir.

Azərbaycanlı Cek Potreşitel
12:0916 may

Azərbaycanlı Cek Potreşitel

İlkin Fəxrəddin oğlu Qasımovun 29 yaşı olsa da 29 qramlıq ağlı yox idi. Bu adam bəd əməllərini əyalətdə həyata keçirə bilmədiyindən Bakıda məskən salmışdı. Burada da ki, gecə qara, cücə qara olan kimi evdən çıxır, gah içki məclislərində olur, gah kimisə aldadır, gah kimisə bıçaqlayır,  ya da zor