İSTİ XƏBƏRLƏR
» » “Sumqayıt” klubu heyətinə iki futbolçu cəlb edib

“Sumqayıt” klubu heyətinə iki futbolçu cəlb edib

 
2019-2020-ci illər mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” klubu heyətinə iki futbolçu cəlb edib.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, son mövsümü müvafiq olaraq “BATE Borisov” və “Torpedo Moskva”nın heyətində keçirmiş futbolçular – Cəmaləddin Xocaniyazov və Rəhim Sadıxovla ikiillik müqavilə imzalanıb. C.Xocaniyazov “Sumqayıt” klubunda “5”, Rəhim isə “90” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Sankt-Peterburq “Zenit”inin yetirməsi olan C.Xocaniyazov 2012-2016-cı illərdə adıçəkilən komandanın əsas və əvəzedici heyətlərində çıxış edib (10 oyun). Sonuncu klubu “BATE Borisov” (2 oyun) olan Cəmaləddin Rusiyanın “Ural” (1 oyun), “Baltika” (2 oyun), “Soçi” (8 oyun), “Amkar Perm” (1 oyun) və Danimarkanın “AGF Aarhus” (35 oyun, 1 qol) klublarının şərəfini qoruyub.

Moskva “Spartak”ının yetirməsi olan Rəhim Sadıxov isə peşəkar karyerası ərzində “Solyaris Moskva” (16 oyun) və “Torpedo Moskva”nın (71 oyun, 23 qol) uğurları üçün çalışıb. Rəhim Azərbaycanın U-17 və U-19 millilərində də çıxış edib.

Rəy bildir +
Oxşar xəbərlər
48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

50 il zəhər udan, italiyalıların "dərsini" verən sumqayıtlı kimyaçı
15:4315 avqust

50 il zəhər udan, italiyalıların "dərsini" verən sumqayıtlı kimyaçı

Ömrünün yarım əsrə qədərini ölkənin kimya sənayesinin inkişafına həsr etmiş tanınmış kimyaçı Zülfi Sadıxov Azərbaycanın Dövlət mükafatı laureatı, Respublikanın Əməkdar mühəndisi, SSRİ-nin Əlaçı kimyaçısı və Əlaçı səmərələşdiricisi, onlarla qiymətli ixtiranın müəllifidir.  

“Sumqayıt” futbol klubu daha iki futbolçu ilə üçillik müqavilə imzalayıb
19:3911 iyul

“Sumqayıt” futbol klubu daha iki futbolçu ilə üçillik müqavilə imzalayıb

Futbol üzrə 2019-2020-ci il mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” klubu heyətini daha da gücləndirib.

"Sumqayıt-2"-nin kapitanı: "Elbrus Məmmədov gedəndən sonra..."
17:2605 iyul

"Sumqayıt-2"-nin kapitanı: "Elbrus Məmmədov gedəndən sonra..."

Bəlkə də futbol ictimaiyyətində heç kim, hətta sumqayıtlı futbol azarkeşləri də şəhərin eyniadlı klubunun əvəzedicilərdən ibarət komandasının ilk dəfə qatıldığı birinci divizionda mövsümü ikinci pillədə başa vuracağını gözləmirdi. Təbii ki, heyətinin böyük əksəriyyəti gənclərdən ibarət olan

Klublarımızın baş tutmayan super transferləri
17:2216 aprel

Klublarımızın baş tutmayan super transferləri