İSTİ XƏBƏRLƏR
» » Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Rəşad Atakişiyev

Sosial şəbəkələrdə pilot Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynovanın adından saxta profil açılıb.

Pilotun qardaşı bildirib ki, Könül xanımın adına saxta profil açıblar, kimdirsə, Rəşadın adından istifadə edərək pul toplayır.

Könül Hüseynova isə heç bir sosial şəbəkədən istifadə etmir. 

"Zəhmət olmasa, belə hallarla rastlaşdıqda, həmin saxta adlı insanları ifşa edin"-, deyə K.Hüseynova bildirib.

Son dərəcə təəssüf doğuran bu fakt cəmiyyətin deqradasiyasının aydın təzahürüdür. Görəsən, məsələn, öz əsgərinə əlahiddə dəyər verən türk qardaşlarımızda belə faktla rastlaşardıqmı?!


Bakı-Sumqayıt yolu

Sumqayıt şəhərindən paytaxta vəəks istiqamətdə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülərə Alatava (Şamaxinka adlanan ərazi), 20 Yanvar və 3-cü mikrorayon dairəsi yaxınlığında maşını saxlayaraq sərnişin düşürüb-mindirilmələrinə qadağan qoyuldu.

"Sumqayıtdan gələn sürücülər, tələbələr bilməlidir ki, Sumqayıt avtovağzalından çıxan avtobuslar birmənalı olaraq Bakı Beynəlxalq avtovağzalında saxlamalıdır" - Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

Bu qadağanın uzunömürlü olmayacağınıötən illərin təcrübəsindən bilirik. Ancaq istənilən halda sual yaranır: nəyə görə sərnişinlər Bakıya getmək üçün Avtovağzal stansiyasından istifadə etmir? Çünki bu stansiyadan istifadə edən sərnişin "peresadka" etməlidir. Bu isə əlavə vaxt və enerji itkisidir. İctimai nəqliyyatın funksiyası isə sərnişinlərin mənzil başına rahat çatmasını təmin etmək olmalıdır. Əlaqədar qurumlar taksi və mikroavtobus "ovuna" çıxmaqdansa, Bakı-Sumqayıt yolundakı tıxacın aradan qaldırılmasıüzərində baş sındırsalar, daha səmərəli olar.

Eşşək

Bu həftə bu zavallı heyvanın "6 xətt"ə düşməsinə səbəb Afrika qitəsində onlarla bağlı keçirilən tədbir oldu. Belə ki, Keniya höküməti Efiopiyanın  paytaxtı Əddis-Əbəbə şəhərində heyvanların müdafiəsi üçün təşkil olunan qətnamə qəbul edilməsinə nail oldu.

Məsələ ondadır ki, Çin eşşək əti və dərisindən ən çox istifadə edən ölkədir. Bundan başqa, bu heyvanın dərisindən qida və tibb üçün yararlı jelatinlər alınır. Eşşəyin dərisindən çıxan jelatinin qiyməti 1400 dollardır. Afrikada özü üçün geniş imkanlar açan Çin Keniyada 4 eşşək sallaqxanası açmağa müvəffəq olub, hər gün orada 500 eşşək kəsilir.

Belə getsə, 2022-ci ilə qədər Keniyada eşşək qalmayacaq.


Şahlar Əsgərov

"Qızlarımız elə universitetlərdəöz yarını tapa bilərlər". Bu sözləri Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, təhsil eksperti Şahlar Əsgərov çıxışında deyib. Konfransın əhəmiyyətindən, təhsil sahəsindəki yeniliklərdən bəhs edən təhsil eksperti sonda maraqlı fikir səsləndirib. Bildirib ki, gənc qızlara universitet gələcək həyat yoldaşını tapmaq üçün ideal məkandır.

"Bizim qızlar kafe, restoran gəzib özünə ər axtarmaz. Onu valideynlər etməlidir. Düşünürəm ki, qızlarımız elə universitetlərdə öz gələcək həyat yoldaşını tapsa, daha yaxşı olar. Ona görə həmişə deyirəm ki, universitetlər giriş qapılarını geniş açmalıdır, çıxış qapılarını bağlamalıdır".

Məhz buna görəmi, əziz Şahlar müəllim?! 

Bütün dünyada universitetlərə qəbul sadədir, bitirmək isə əziyyət tələb edir. Bir sözlə, bütün aspektlərdən müzakirəyə açıq şərhdir.

Prezident

Bu həftə mediada "Danimarkada yaşayan azərbaycanlı prezident seçildi" başlıqlı yazılar diqqət çəkdi. Ürəyimiz riqqətə gəldi, qəlbimiz şənləndi, sevincimiz zühur etdi. Dedik, nə yaxşı, biz də dünyada öz sözümüzü deməyə başladıq.

Amma xəbərlə tanış olanda gördük ki, haqqında söhbət gedən Məsud Aşina adlı azərbaycanlı alim heç də Danimarka dövlətinin prezidenti seçilməyib. O, Beynəlxalq Başağrıları ilə Mübarizə Cəmiyyətinin (İHS) prezidenti təyin olunub. Baş ağrıları olan insanlara peşəkar yardım göstərən mütəxəssislərin toplaşdığı bu beynəlxalq təşkilat həm də başağrılarını öyrənən elm sahələrinin inkişafına dəstək verir.

Eybi yox, neynək başı ağrıyanların ağrısını kəsmək də az iş deyil.


Cəsəd

ABŞ-ın Florida ştatında inanılmaz bir hadisə baş verdi. 22 il əvvəl itkin düşmüş 40 yaşlı Vilyam Moldtun cəsədi tapıldı. Belə ki, Leyk-Uort şəhərinin sakinlərindən biri "Google Eart" xidmətindən istifadə edərkən təsadüfən öz evinin yaxınlığında gölməçədə batmış avtomobil görüb. Bu barədə polisə məlumat verilib. Avtomobil gölməçədən çıxarılıb və içərisində insan skeleti aşkar olunub. Bir həftəlik ekspertiza müayinəsindən sonra skeletin itkin düşmüş Moldta aid olduğu üzə çıxıb. 

Amma Moldtun əzizlərinin Azərbaycanda "Səni axtarıram" proqramı və Xoşqədəm xanım barədə məlumatları olsaydı, bəlkə də rəhmətliyin cəsədi illər öncə aşkarlanardı.

Rəy bildir +
Oxşar xəbərlər
48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil  SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR
17:2710 iyul

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR

Bugünkü tələbələrin maraq dairəsi, elmi-mədəni düşüncələri və digər baxışlarları haqda bilgilər əldə etmək yəqin ki, böyük əksəriyyət üçün maraqlıdır. Məhz bunu nəzərə alıb, "168 saat"ın "Sual kitabçası" rubrikasında müxtəlif təhsil ocaqlarının tələbələrinə müraciət etdik.

70 yaşlı Əfsanələr şəhəri
13:5503 iyul

70 yaşlı Əfsanələr şəhəri

Qədim bir əfsanədə belə deyilir: "Sum boz çöllərlə irəliləməkdə davam edirdi. Taqətinin qalmadığı atdığı addımlarından açıq-aydın görünürdü. Bir qədər gedir, dayanır, əlini gözünün üstə qaldırıb önə baxırdı. Bir tərəfi bataqlıq, digəri kiçik iynəyarpaqlı ağaclar arasından keçərək irəliləyirdi.

Sosial islahatlar paketinin davamı:  İcbari tibbi sığorta
18:0208 may

Sosial islahatlar paketinin davamı: İcbari tibbi sığorta

Növbəti ildən etibarən icbari tibbi sığortanın bütün ölkə ərazisində tətbiqinə başlanılacaq. Artıq 2017-ci ilin yanvarından ölkəmizdə icbari tibbi sığortanın pilot layihə şəklində həyata keçirilməsinə başlanmışdı.

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular
17:5608 may

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular