İSTİ XƏBƏRLƏR
» » Ucuzlaşan və bahalaşan istehlak məhsullarının SİYAHISI

Ucuzlaşan və bahalaşan istehlak məhsullarının SİYAHISI



Bu ilin yanvar-avqust aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,3 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,7 faiz bahalaşıb.
Trend-in məlumatına görə, cari ilin avqust ayında iyul ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,8 faiz ucuzlaşmış, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,1 faiz bahalaşmış, qeyri-ərzaq mallarının qiymətləri isə sabit qalıb.
Ay ərzində pasterizə olunmamış üzlü südün, qarğıdalı yağının, limonun, bananın, almanın, armudun, gavalının, şaftalının, qarpız və yemişin, üzümün, kələmin, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, çuğundurun, yerkökünün, sarımsağın, soğanın, kartofun, quru noxudun, mərcinin, arağın, energetik içkilərin qiymətləri ucuzlaşıb. Düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, sterilizə olunmuş üzlü südün, şəkərli qatılaşdırılmış südün, yoqurtun, xamanın, pendirin, kəsmiyin, yumurtanın, süfrə marqarininin, zeytun və günəbaxan yağlarının, quru lobyanın, şəkər və şəkər tozunun, təbii balın, dondurmanın, çayın, mineral suların, kola içkisinin, limonadın, meyvə şirəsi və pivənin qiymətləri isə bahalaşıb. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Rəy bildir +
Oxşar xəbərlər
Qəbizlik problemini yarım saata   aradan qaldıran ŞƏFALI QARIŞIM
18:5617 iyul

Qəbizlik problemini yarım saata aradan qaldıran ŞƏFALI QARIŞIM

Əncirin insan sağlamlığına möcüzəvi faydaları var. Bəs quru ənciri südün içərisində saxlayıb içdikdə faydasının iki qat artdığını bilirsinizmi? "Gencaile.az" əncirli südün şəfa olduğu xəstəliklər və istifadəsi haqqında məlumat verir.

5 manatlıq və 7,2 min dollarlıq qarpızlar
15:3520 iyun

5 manatlıq və 7,2 min dollarlıq qarpızlar

Bu arada, əziz oxucularımız, qarpız mövsümünüz mübarək. Artıq dükan-bazarda piştaxtalardan bu yaşıl üzlü, qırmızı içli gözəl üzümüzə gülümsəyərək öz bal şirinliyindən dadmağımızı istəyir. 

Göy Tanrı inancı nədir?
15:4007 iyun

Göy Tanrı inancı nədir?

Dünyanın ən qədim dini olan Tanrıçılıq   inancı bütün  türk xalqlarının ruhunda, təfəkküründə və təhtəlşüurunda  yaşayır. Günəş və Göy Səma anlayışı ilə yaranan  Tanrıçılıq  dini insanların həyatına tarixi intibahın yenilənməsi ilə gələrək məişət və həyat tərzinə çevrilib. 

Sumqayıt yarmarkasından reportaj:  Qiymətlər necə dəyişir?
10:3922 may

Sumqayıt yarmarkasından reportaj: Qiymətlər necə dəyişir?

Əhalinin daha sərfəli və daha sağlam sayılan kənd təsərrüfatı məhsulları   ilə təmin edilməsi üçün artıq uzun illərdir şəhərimizdə kənd təsərrüfatı yarmarkaları keçirilir. 

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
18:0626 aprel

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

  Mərkəzi Bankın sədri Elman Rüstəmov uçot dərəcəsinin aşağı salınması barədə qərarı şərh edib