İSTİ XƏBƏRLƏR
» » Gənclərin fövqəladə və bədbəxt hadisələr zamanı ilk yardımın göstərilməsinə dair bilikləri artırılır

Gənclərin fövqəladə və bədbəxt hadisələr zamanı ilk yardımın göstərilməsinə dair bilikləri artırılır



Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin birgə təşkilatçılığı ilə Gənclər Evində ümumdünya ilk yardım günü ilə əlaqədar "İlk yardım" mövzusunda interaktiv seminar keçirilib.
Gənclər və İdman Nazirliyindən bildiriblər ki, tədbirdə çıxış edən idarənin əməkdaşı Pərvin Rəsulov seminarın "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramından irəli gələn vəzifələrin icrası, gənclərin ətrafda baş verə biləcək fövqəladə və bədbəxt hadisələr zamanı ilk yardımın göstərilməsi ilə bağlı biliklərinin artırılması məqsədilə keçirildiyini qeyd edib.
Bildirilib ki, hər bir insan həyatı boyu müxtəlif şəraitlərdə və ayrı-ayrı səbəblərdən yaralanma və ya xəstəliklərlə qarşılaşa bilər. Baş verən müxtəlif məişət, istehsalat, nəqliyyat qəzaları, təbii fəlakətlər zamanı çoxsaylı insan həyatını itirir, xəsarətlər alır və ya əlil olur. Belə vəziyyətlərdə hadisə yerində hər zaman bir tibb işçisi olmadığı üçün, hadisədən zərər çəkənə göstərilən ilk yardım tədbirləri son dərəcə əhəmiyyətlidir. Hadisə yerində bir sıra sadə tədbirləri yubanmadan həyata keçirməklə ağır fəsadların və xoşagəlməz nəticələrin qarşısını almaq mümkündür. Ona görə hər kəs həkim gələnədək ilk yardım göstərmək qaydalarını öyrənməli və bilməlidir.
Sonra təlimçi tərəfindən ilk yardım göstərmək qaydaları izahlı şəkildə nümayiş etdirilib, gəncləri maraqlandıran suallar cavablandırılıb və sonda iştirakçılara maarifləndirici xarakterli bukletlər paylanılıb.
Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıtda “Aşura mərasimləri: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib
17:2304 sentyabr

Sumqayıtda “Aşura mərasimləri: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib

Sentyabr ayının 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Sumqayıt Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə “Aşura mərasimləri: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib.

50 il zəhər udan, italiyalıların "dərsini" verən sumqayıtlı kimyaçı
15:4315 avqust

50 il zəhər udan, italiyalıların "dərsini" verən sumqayıtlı kimyaçı

Ömrünün yarım əsrə qədərini ölkənin kimya sənayesinin inkişafına həsr etmiş tanınmış kimyaçı Zülfi Sadıxov Azərbaycanın Dövlət mükafatı laureatı, Respublikanın Əməkdar mühəndisi, SSRİ-nin Əlaçı kimyaçısı və Əlaçı səmərələşdiricisi, onlarla qiymətli ixtiranın müəllifidir.  

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?
14:5910 avqust

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?

2019-cu ilin birinci yarısında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Ulu öndərin tanımadan  təşəkkür etdiyi sumqayıtlı
13:0323 aprel

Ulu öndərin tanımadan təşəkkür etdiyi sumqayıtlı

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Əli Kərim adına Poeziya Klubunun təşəbbüsü ilə Sumqayıt Poeziya Evində istedadlı yazıçı-dramaturq, Azərbaycanın Əməkdar mühəndisi, Osman Mirzəyev adına Respublika mükafatı laureatı, Sumqayıta həsr edilmiş "Mənim ağ şəhərim" filminin ssenari

FHN-in Sumqayıt Regional Mərkəzi mülki müdafiə məşqi keçirib
17:0317 aprel

FHN-in Sumqayıt Regional Mərkəzi mülki müdafiə məşqi keçirib