İSTİ XƏBƏRLƏR
» » Almaniyalı qonaqlar Sumqayıt Kimya Sənaye Parkı ilə tanış olublar

Almaniyalı qonaqlar Sumqayıt Kimya Sənaye Parkı ilə tanış olublar



Almaniyanın Azərbaycandakı səfirinin müavini Andrea Suhl, Almaniya-Azərbaycan Ticarət Palatasının rəhbəri Tobias Baumann, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Azərbaycan üzrə direktoru Sonia Fontaine Sumqayıt Kimya Sənaye Parkında olublar.

AZƏRTAC xəbər verir ki, Sumqayıt Kimya Sənaye Parkının rəhbərliyi ilə görüş zamanı qonaqlara rezidentlər üçün yaradılmış əlverişli şərait, müasir infrastruktur, güzəşt mexanizmləri və xidmətlər barədə, eləcə də Sumqayıt Kimya, Qaradağ, Mingəçevir və Pirallahı sənaye parklarının fəaliyyəti, rezidentləri, istehsal edilən məhsullar haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, sənaye parkında yerləşən bir çox müəssisənin istehsal etdiyi məhsullar "Made in Azerbaijan" brendi altında dünya bazarlarına çıxarılır.

Görüş zamanı nümayəndə heyətinə Sumqayıt Kimya Sənaye Parkının ərazisində fəaliyyət göstərəcək tədris mərkəzi barədə də məlumat verilib. Bildirilib ki, mərkəzdə sənayenin müxtəlif istiqamətləri üzrə peşə hazırlığı həyata keçiriləcək. Peşə tədrisinin alman təcrübəsi əsasında inkişafına, gələcəkdə burada alman mütəxəssislərinin bilik və bacarıqlarından geniş istifadə edilməsinə dair müzakirələr aparılıb.

Qonaqların rezidentlərin qeydiyyat proseduru, prioritet sahələr və enerji təchizatı barədə sualları cavablandırılıb. Gələcək əməkdaşlıq perspektivləri və Azərbaycanda yaradılan sənaye parklarına investisiya qoyuluşu imkanları müzakirə olunub.

Daha sonra qonaqlar Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan "Tabaterra" QSC-nin siqaret fabrikində və İnşaat kimyəviləri zavodunda istehsal prosesi ilə yaxından tanış olublar.
Rəy bildir +
Oxşar xəbərlər
Turizm zonasına  çevrilən şəhər
16:5216 aprel

Turizm zonasına çevrilən şəhər

Sumqayıtda bir "Şəhər bağı" vardı. İndiki Dövlət Dram Teatrının arxasında. Yadımdadır ki, 1-ci sinifdə oxuyarkən ilk dəfə həmin bağa ekskursiyaya getmişdik. Bitki aləmi çox zəngin idi. Biz orada xeyli oynadıq, ağacların çətiri altında nahar etdik. Sanki yaşıl bir adaya səyahətə çıxmışdıq. Ertəsi

Azərbaycan prezidenti: 16 ilin 17 anı...
13:2716 aprel

Azərbaycan prezidenti: 16 ilin 17 anı...

Dövlət başçısı İlham Əliyev prezidentliyinin 16-cı ilini ilk gündəki əzimkarlıqla davam etdirir. Biz bir Azərbaycan vətəndaşı kimi sadəcə bu 16 ildə 17 məqama nəzər yetirdik. Gördüyümüz mənzərə belə oldu.

Sumqayıtda hansı sahələrə investisiya yatırmaq olar?
10:0116 aprel

Sumqayıtda hansı sahələrə investisiya yatırmaq olar?

Böyüyən şəhər investisiya yatırımı üçün adətən cəlbedici görünür. Sumqayıt indi inkişafının bu dövrünü yaşayır: əhali artır, ərazi böyüyür, yeni iş yerləri, istehsal müəssisələri açılır...

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO