İSTİ XƏBƏRLƏR
» » Belimiz niyə ağrıyır? FİZİOTERAPEVTLƏ MÜSAHİBƏ

Belimiz niyə ağrıyır? FİZİOTERAPEVTLƏ MÜSAHİBƏ



“168 saat”ın "Həkimim" rubrikasının budəfəki qonağı fizioterapevt Şükufə İbrahimovadır. Onunla bel yırtıqları barədə söhbətləşmişik.

- Pasiyentləriniz ən çox nələrdən şikayətlənirlər?

- Son zamanlar hərəkət dayaq sistemi çox narahat edir. Deməliyəm ki, xəstəliklər daha çox onurğa ilə bağlıdır. Bu rəqəm təxminən 90 faizə yaxınlaşıb.

- Son zamanlar üç adamdan ikisi bel ağrısından şikayət edir. Bu, nə ilə bağlıdır? Niyə məhz son illlərdə belə narahatlığı olanların sayı artıb?

- Doğrudur. Öncə qeyd etdiyim kimi əksər xəstəliklər onurğa ilə baglıdır. Onurğa 5 hissədən ibarətdir: boyun, döş, bel, sacrum, qığırdaq. Və fəqərə problemi ilə yarandıqda paralel olaraq ağrı, dəri reaksiyasını və allergiya kimi simptomları üzə çıxarır. Hər bir orqana cavabdeh onurğa siniri vardır. Və əgər bir orqan ağrıyırsa, ola bilsin ki, onun səbəbi hər hansısa bir fəqərənin seqmentindədir. Səbəblər isə müxtəlif ola bilər, stress faktorları, mərkəzi sinir sisteminin informasiya ile yüklənməsi, hipodinamik həyat tərzi və s.

- Bel yırtığı ilə fəqərə sürüşməsini necə fərqləndirə bilərik?

- Əlbəttə, artıq fizikal baxış keçirəndə əl altında bir dərinlik hiss olunur. Bunu tam olaraq dəqiqləşdirmək üçün rentgen müayinəyə göndəririk, fəqərə sürüşməsi zamanı beldə lordoz,  yəni onurğa qabarması, bir az kifoz yaranır. Buna spondilolistez deyilir.

- Bel yırtıqlarının müalicəsi var, yoxsa yeganə yol əməliyyatdır?

- Bəli, bu suala uzatmadan konkret cavab vermək istəyirəm: Var!

- Masaj bel yırtıqları zamanı təhlükəlidirmi?

- Müalicənin öz taktikası var və əsla təhlükəli deyil.

- Bəzi "ara həkimləri" yırtığı əllə müalicə etdiyini deyir. Mümkündürmü, sizcə?

- Bilirsinizmi, onurğa beyni olduqca həssas, qəliz və mürəkkəb bir sistemdir, tibbi təhsil olmadan ona toxunmaq ciddi bir təhlükədir. Bu məsuliyyəti hiss etmək lazımdır. Əks halda, arzuolunmaz nəticələrlə qarşılaşmaqdan heç kim sığortalanmayıb.

- Kişilər və qadınlar üçün fizioterapevtik olaraq hansı spesifik ağrılar var?

- Elə bir fərq yoxdur. Bu cür ağrılara bərabər məruz qalırlar. Klinikanin gedişatı da eyni olur.



Rəy bildir +
Oxşar xəbərlər
"Körpəni bələmək lazım deyil, sadəcə…"
18:0321 avqust

"Körpəni bələmək lazım deyil, sadəcə…"

"Həkimim" rubrikasının budəfəki qonağı pediatr Fərəh Vahabovadır.

Androloq-seksoloqla müsahibə: Cinsi zəiflik, infeksiyalar, sonsuzluq...
17:0927 iyul

Androloq-seksoloqla müsahibə: Cinsi zəiflik, infeksiyalar, sonsuzluq...

“168 saat”ın "Doktor" səhifəsinin budəfəki qonağı androloq-seksoloq Həsən Səmədovdur. Onunla müsahibəmizdə əsasən kişiləri maraqlandıran cinsi problemlər, xəstəliklər barədə danışmışıq, həkim eyni zamanda oxucularımızı maraqlandıran sualları cavablandırıb.

Ortoped-travmotoloq: "20-50 yaşlı insanlarda   bel ağrıları bu səbəblərdən yarana bilər"
16:3213 iyun

Ortoped-travmotoloq: "20-50 yaşlı insanlarda bel ağrıları bu səbəblərdən yarana bilər"

Müsahibimiz ortoped-travmotoloq Samir Zeynalovdur. 2011-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. 2012-ci ildə Mərmərə Universiteti Xəstəxanasının Ortoped-Travmotoloq cərrahiyyə fakültəsinə qəbul olaraq orada uzman həkim olaraq fəaliyyətini davam etdirir.

"Əgər hər iki valideyndə allergiya varsa..."
15:4407 iyun

"Əgər hər iki valideyndə allergiya varsa..."

Müsahibimiz akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkim-allerqoloqu Vəfa Tarverdiyevadır.

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO