İSTİ XƏBƏRLƏR
» » OXUMASANIZ DA OLAR

OXUMASANIZ DA OLAR


Lətifələrin reytinqi

5-ci yer

Hacıbala Abutalıbov, Hafiz Hacıyev və Pənah Hüseyn vertolyot seyrinə çıxırlar. Abşeron üzəriylə vertolyot uçuş trayektoriyası cızanda Hacıbala müəllim yerə baxış yönəldib söyləyir:

- Mən indi aşağıya bir dənə beşyüzlük avro ataram, bir adam xoşbəxt olar.

Pənah bəy deyir:

- Mən aşağı beş dənə yüzlük ataram, beş adam xoşbəxt olar.

Hafiz müəllim-bəy deyir:

- Mən aşağı yüz dənə manatlıq ataram, yüz adam xoşbəxt olar.

Bu vaxt pilot səsgücləndirici ilə onların söhbətinə müdaxilə edir:

- Amma mən sizin hər üçünüzü aşağı ataram, on milyon adam xoşbəxt olar. İllərdir xalqı öz simalarınızla bezdirmisiniz.



4-cü yer

Rusiyanın anekdotı.ru portalında həftənin lətifəsi.

Sibirdə meşə kəsirdim. Tutdular. Hakim ana təbiət barədə uzun-uzadı danışdı, izah etdi ki, meşəni kəsmək olmaz. Altı il iş aldım. Koloniyaya göndərdilər. İndi Sibirdə meşə kəsirəm.


3-cü yer

"Vokruq smexa" dərgisində həftənin lətifəsi.

Yəhudi və çinli qatarda gedirlər. Çinli ağıllı söhbətlər eləməyə başlayanda yəhudi soruşur:

- Bağışlayın, siz yəhudisiniz?

- Yox, çinliyəm.

- Ola bilməz, siz yəhudisiniz.

- Dedim, çinliyəm.

- Uca göylərin lütfünə and olsun, siz yəhudisiniz.

- Ay insan, vallah, billah, çinliyəm.

Beləcə düz iki saat davam edir. İki saatın tamamında nəhayət çinli bezib söyləyir:

- Hə, yaxşı, mən yəhudiyəm.

Yəhudi gülümsəyir:

- Gördüz? Mən deyirdim də.

Ancaq tez də qaşlarını çatır:

- Bağışlayın, sizə heç deyən olub ki, siz hədsiz dərəcədə çinliyə oxşayırsız?


2-ci yer

Bir gün Dərdayıl hərbi xidmətə getmək üçün komissiyadan keçir. Həkim divardakı lövhəni göstərib soruşur:

- Bu nə hərfidir? Burda nə söz yazılıb? Oxuya bilərsən?

Dərdayıl başını bulayıb "yox" deyir.

Həkim deyir ki, sənin gözün zəifdir.

Dərdayıl köks ötürür: "Savadsız olmağım bir tərəfə. Bu, gözün zəif olması hardan çıxdı?"


1-ci yer

Samvel Qaragözyan adlı bir 89 yaşlı erməni bir təhər sərhədi keçib Azərbaycana adlayır ki, mən Azərbaycan ad-soyadı və Azərbaycan vətəndaşlığı qəbul etmək istəyirəm.

Orqan işçiləri ha çək-çəvir edirlər, görürlər yox, bunun fikri qətidir. Ona "Sarvan Qaragözov" adı soyadı yazılmış Azərbaycan vətəndaşı pasportu verirlər. 

On gündən sonra onun halı pisləşir, yatağa düşür.

Orqan işçiləri gəlirlər yanına, soruşurlar bir arzun, istəyin varmı.

Deyir, ölürəm, arzum elə buydu, bir Azərbaycan vətəndaşının sayı azalsın.

P.S. Kökünüz kəsilsin, ermənilər!

***

Sosial şəbəkədən

Uşaq vaxtı elə bilirdim ki...

Ardını siz yazın.

B.İ.  Elə bilirdim, müəllimlər yemək yemir.

K.H. İnstitutda ancaq rusca oxumaq olar.

Q.R. Böyüyəndə də uşaqpulu verəcəklər.

E.Ə. Dünya düzdür, fırlanmır.

R.K. Dünyada ən güclü insan mənim atamdır.

A.B. Milisin evi olmur.

E.Ş. Bakıda yaşayanların hamısı ruslardır.

A.H. Elə bilirdim, hər şey asan olacaq.

***

Sual

Yekəxanalıq xəstəlikdir, simptomdur, yoxsa sindrom? Müalicəsi varmı?


***

Bu bizik

Şair Elgün Haqqyolun dosyesi:

1. Dünyaşöhrətli Azərbaycan şairi. Şeirləri Azərbaycanın bütün aparıcı mediasında dərc edilib.

2. Dəfələrlə ölkə televiziyalarında haqqında proqramlar nümayiş etdirilmişdir.

3. Ölkənin onlarca ən nüfuzlu mükafatlarına layiq görülmüşdür.

4. Şöhrəti Azərbaycandan kənarda da yayılıb, İranda, Türkiyədə çoxmilyonlu oxucu auditoriyası var.  

5. Şeirləri barədə Azərbaycanın ən tanınmış tənqidçiləri resenziyalar yazmışlar.

6. Kitabları olduqca möhtəşəm tirajlarla çıxaraq kitab mağazalarının satış reytinqlərində lider olmuşdur.

7. Ali təhsillidir, universiteti fərqlənmə ilə bitirmişdir.

8. Ailəlidir.

***

Şair Elgün Haqqyolun real dosyesi:

1. Həvəskar şair. Şeirləri "Korrupsiyaya yox deyək" qəzetində, "Gör məni" saytında dərc edilib.

2. Televiziyada Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramında tamaşaçı qısmındə qonaq olub.

3. Radioda Araz FM-də "A.Sultanovanın abidəsi hansı küçədə yerləşir" sualına düzgün cavab taparaq 10 aznlıq kontur qazanıb.

4. İranda müalicə alarkən həkim Şahrub Bərdani ilə tibb bacısı Zəhra Səypuş üçün, eləcə də Türkiyədə dincələrkən qarson Mehmet Dincay və bağban Necat Alpay üçün şeirlər söyləyib.

5. Şeirləri haqqında kababçı Avdı, polis Mərdanov, starıveşçi Roza xala, morqda işləyən Damət xoş sözlər söyləmişlər.

6. "Ay qız, mənə bir busə ver" adlı 16 səhifəlik yeganə kitabı 50 tirajla çap olunmuş və dost-tanışa hədiyyə edilmişdir.

7. Salqursaq kənd məktəbində ibtidai təhsil almışdır.

8. Saxladığı var.

***

Riyaziyyat

Mir Şahin Real TV-nin efirindən "Vətəndaşlara uşaqpulu verilməməlidir" fikrini bildirəndən sonra məmurlar arasında sevgi, valideynlər arasında nifrət qazanıb. Tapa bilərsiniz, bu şəxs nə qədər qazanıb və nə qədər itirib?

***

Kədərli yumor

Dərdayıl qaynanasına deyir:

- Get, mənə bir paçka siqaret al gəl, 10 manat verirəm, qalığı sənindir.

Qaynanası sevincək gedib alıb gəlir.

Bir azdan o yenə qaynanasını çağırır.

- Get mənə 3 şüşə pivə al gəl, 20 manat verirəm, qalığı sənindir.

Qaynanası yenə sevincək gedir almağa.

Bu vaxt həyat yoldaşı Dərdayıla zəng edir:

- Mamanın pensiyasını verdin?

Dərdayıl söyləyir:

- Yavaş-yavaş verirəm.

Rəy bildir +
Oxşar xəbərlər
OXUMASANIZ DA OLAR
17:2129 iyul

OXUMASANIZ DA OLAR

İki həftə rayonda olan Tükəzban evə dönəndə oğlu Qulamdan soruşur: - Qulam, mama qurban, düzünü de. Mən evdə olmayanda atan çox kədərli olurdu? - Əvvəl-əvvəl yox, amma son iki gündə o qədər kədərli görünürdü ki.

UEFA avrokubok iştirakçıları üçün gəlir bölgüsünü açıqlayıb
19:0317 iyul

UEFA avrokubok iştirakçıları üçün gəlir bölgüsünü açıqlayıb

UEFA qarşıdakı avrokubok mövsümü üçün maliyyə gəlirlərinin bölgüsü sistemini təqdim edib. Çempionlar Liqası, Avropa Liqası və UEFA Super Kubokunda kommersiya fəaliyyətindən ümumi daxilolmalar 3,25 milyard dollar təşkil edəcək. Bunun 295 milyon avrosu inzibati və təşkilati ehtiyaclara qarşılanacaq,

Köhnə Bakının fırıldaqçıları
18:0210 iyul

Köhnə Bakının fırıldaqçıları

  "Aferist" kimlərdir? Hiylədən psixi və texniki vasitə kimi istifadə eləmək qabiliyyətinə malik cinayətkarlara "aferist" deyilir. Cərrah öz alətlərindən necə ustalıqla istifadə edirsə, oğrunun qapı açmaq üçün cürbəcür alətləri olan kimi, aferist üçün hiylə də həmin o alət rolunu oynayır. O, hiylə

OXUMASANIZ DA OLAR
18:3430 aprel

OXUMASANIZ DA OLAR

Bir gün bir Zapı yolda qalır. Bir Ferrari yoldan keçərkən sürücüsü bunu görür, maşını saxlayaraq Zapı sürəndən soruşur: - Qardaş, sənə nə kömək eləyim?

Oxumasanız da olar
10:4625 aprel

Oxumasanız da olar

2014-cü ilin söhbətidir, bir gün Azərbaycana qastrola gələn bir iranlı tarzənlə görüşərkən Habil Əliyev ona sual verir: - Sən neçənci ildə doğulmusan? Iranlı dərhal deyir: - 1405-ci il təvəllüdlüyəm. Habil Əliyev barmaqları ilə nəyisə xeyli hesablayıb söyləyir: - Maşallah yaxşı qalmısan.