İSTİ XƏBƏRLƏR
» » Sumqayıtın 70 illiyinə həsr olunmuş kitab yarmarkasından

Sumqayıtın 70 illiyinə həsr olunmuş kitab yarmarkasından

 

Dünən sumqayıtlılar doğma şəhərlərinin 70 illiyinə həsr olunmuş kitab yarmarkasında bir araya gəldilər.  

 “Aztv.az”ın əməkdaşının tədbirdən hazırladığı reportajı təqdim edirik.

 “Kimyaçı” Mədəniyyət Sarayının qarşısında keçirilən yarmarkada yalnız Sumqayıt şəhərinin nəşriyyat və kitab mağazaları yox, eləcə də Bakıda fəaliyyət göstərən nəşriyyatlar, kitabxanalar, çap işi ilə məşğul olan qurumların təmsilçiləri, tanınmış yazıçılar iştirak edirdilər. Yarmarkada ümumilikdə 30 mindən çox kitab təqdim olunurdu.


Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, tanınmış yazıçılar, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri və minlərlə şəhər sakini stendlərə yaxınlaşaraq, kitablarla tanış olur, onlar üçün maraqlı olan kitabları əldə edirdilər.

Açıq səma altında keçirilən kitab yarmarkası həm də onunla əlamətdar idi ki, oxucular burada müəlliflərlə görüş imkanı əldə etmişdilər.

Nəşriyyatlar üçün isə yarmarka oxuculara, geniş ictimaiyyətə öz məhsullarını təqdim etmək baxımından yaxşı fürsət idi.


 “Azəri” Nəşriyyatının icraçı direktoru Ceyhun Xəlilov deyir ki, təmsil etdiyi nəşriyyat yarmarkada 250-yə yaxın məhsul təqdim edir: “Bütün nəşrlər öz istesalımızdır. Alıcılar da maraq göstərirlər”.

Şair, Sumqayıt Poeziya Evinin rəhbəri İbrahim İlyaslı qeyd edir ki, belə tədbilərə çox ehtiyac var: “Kitaba marağı artırmaq bizlərin missiyasıdır. Türkiyədən  qonaqlarımız varBizim dəvətimizi qəbul edibgəliblərArzulayıram kibelə kitab yarmarkaları davam etsin”.


Türkiyəli yazıçı Nazmi Şimşək Azərbaycanda müxtəlif tədbirlərdə iştirak edəcəkkitab yarmarkası barədə eşitdikdə isə burada iştirakı da vacib hesab edib: “İlk dəfədir kiSumqayıta gəlirəmBu səfərimin məhz kitab yarmarkası ilə üst-üstə düşməsi mənim üçün olduqca xoş olduŞəhəriniz çox gözəldir.... Mən burada öz kitablarımı da təqdim edirəm. Arzumuz daha çox adamın kitab oxumasıdır.”


Avrasiya materikinin “LiFFt-2018” ədəbiyyat üzrə üçüncü festivallar festivalının baş mükafatçısı, yazıçı Varis Yolçiyev hesab edir ki, dünya hər nə qədər texnologiyalar dövrünü yaşasa da, mütaliə mədəniyyətini də itirmir: "Görünür, dünyanın aparıcı ölkələrinin müxtəlif sahələrdə əldə olunan nailiyyətlərinin arxasında da elə bu vərdiş, bu ənənə dayanır. Bu gün ölkəmizdə, xüsusilə gənclər arasında kitaba marağın artması müşahidə olunur. Bu, çox sevindiricidir. Bugünkü tədbir isə kitabın təbliği baxımından əhəmiyyətlidir".


“Zərdabi nəşriyyat-poliqrafiya” MMC-nin direktoru Aydın Xəlilov bildirir ki, belə tədbirlər oxucu-müəllif-nəşriyyat kommunikasiyası baxımından əhəmiyyətlidir: “50-dən artıq müəllifin kitablarını təqdim edirik. Ölkəmizdə kitabın təbliği istiqamətində mühüm işlər görülür. Belə yarmarkalar da onlardandır.”

Kitabçı-şair Xan Rəsuloğlu hesab edir ki, belə yarmarkalar ölkəmizdə kitabın təbliği baxımından olduqca vacibdir: “Bu, kitabın bayramıdır. Belə bir tədbirin dövlət səviyyəsində təşkil edilməsi isə biz kitabçıları bir qədər də stimullaşdırır. Çox istərdim ki, nəşriyyatlarımız da kitabların qiymətlərini bir qədər korrektə etsinlər”.


Alıcı Rasim Süleymanov isə deyir ki, kitabın təbliğinə yönəlmiş bütün tədbirlər alqışalayiqdir: "Kitabı təbliğ edən istənilən tədbir təqdir olunmalıdır. Belə yarmarkaların davam etdirilməsini arzulayırıq. İndi texnologiya dövrüdür. Ancaq həmişə kitab dövrü olacaq". 

Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi, şair Xəyal Rza, şair Əşrəf Veysəlli, Avrasiya materikinin “LiFFt-2018” ədəbiyyat üzrə üçüncü festivallar festivalının baş mükafatçısı, yazıçı Varis Yolçiyev kitabın əhəmiyyətindən, bu cür tədbirlərin kitabın təbliğindəki rolundan bəhs etdilər.

Tədbir incəsənət ustalarının konsert proqramı ilə davam etdi, ədəbi-bədii kompozisiya təqdim olundu.

Rəy bildir +
Oxşar xəbərlər
48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Sumqayıtlı statusman: "Dünya savaşı telefonun ekranında gedir…"
17:0726 iyun

Sumqayıtlı statusman: "Dünya savaşı telefonun ekranında gedir…"

Iyunun 21-də sumqayıtlıların sevə-sevə Hümbət həkim adlandırdıqları Hümbət Həsənoğlu Quliyev 64-cü doğum gününü qeyd etdi. Qərara gəldik ki, bu münasibətlə onu "Qonaq otağı"nda qonaq edək. Kimdir Hümbət Həsənoğlu? Həkim, biznesmen, yazar. Ən əsası, vətən təəssübkeşi.

74 min 905 oxucu
15:2007 iyun

74 min 905 oxucu

Yazını böyük Nizami Gəncəvinin misraları ilə başlamağı özümə borc bildim. İnsan gərək özünü inkişaf etdirib düşüncəsini təkmilləşdirmək, ətraf aləmi, dünyanı, bəşəriyyəti anlamaq üçün kitabları özünə dost bilsin. Çünki onlar bizə ən doğru yolu göstərəcək, işıqlı gələcəyə aparacaqlar. Əgər biz

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Ulu öndərin tanımadan  təşəkkür etdiyi sumqayıtlı
13:0323 aprel

Ulu öndərin tanımadan təşəkkür etdiyi sumqayıtlı

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Əli Kərim adına Poeziya Klubunun təşəbbüsü ilə Sumqayıt Poeziya Evində istedadlı yazıçı-dramaturq, Azərbaycanın Əməkdar mühəndisi, Osman Mirzəyev adına Respublika mükafatı laureatı, Sumqayıta həsr edilmiş "Mənim ağ şəhərim" filminin ssenari