İSTİ XƏBƏRLƏR
» » Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

İlqar Məmmədov
"Avtomobil əlindən Bakıda tərpənmək olmur. Restoranlar hər axşam ağzına qədər dolu. Sayını itirdiyimiz müasir ticarət mərkəzində səhərdən gecəyə qədər "mitinq"dir. O restoranların, kafelərin müştəriləri, sahibləri, onların ailələri... Telefon və kompüter mağazalarının sahiblərini dindirirsən, hamısı deyir ki, satışlar artır".
Bu fikirləri Real Partiyasının sədri İlqar Məmmədov şəxsi feysbuk hesabında yazıb. Elə əsl problem də bundan sonra başlayıb. Müxalifət düşərgəsi partiya sədrini hökümətə işləməkdə suçlayıb. Hətta bəziləri onun müxalifət adlandırılmasına da etiraz edib.
Deyirəm ay İlqar müəllim, Sizə lazımdır bu cür etiraflar? Axı niya digər həmkarlarınız kimi yerli-yersiz hökuməti suçlayıb, görülən işləri danıb, böhtan atmaqla məşğul olmursunuz ki,  xaric də Sizə qrand göndərsin? Siz də beləcə öz avtomobilinizlə restoranlara gedə biləsiz, əlinizdə də son model telefon?!  

Bal festivalı
Sentybrın 14-də Kəlbəcər rayonunda "bal festivalı" keçirilib. Ermənilər bunu bütün dünyaya nümayiş etdiriblər. "Festivalda" Dağlıq Qarabağ separatçılarının rəhbəri Bako Saakyan da iştirak edib. "Festivalda" Qarabağın işğal altında olan rayonlarından toplanmış məhsullar sərgilənib. Festifaldan hazırlanmış video sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. 
"6 xətt"in bal məsələləri eksperti Əli Məmmədovun düşüncəsinə görə, hadisədən dərhal sonra işğal olunmuş ərazilərimizin keçmiş icra başçıları yığılaraq, müzakirə edərək belə bir qərar qəbul etməlidirlər ki, arılar da, çiçəklər də bizim olduğu üçün o balın ermənilərə heç bir dəxli yoxdur.
Hadi Rəcəbli
Ötən gün "6 xətt"in ənənəvi qəhrəmanlarından olan deputat Hadi Rəcəbli maraqlı açıqlama verib. Bildiyiniz kimi, 2019-cu ilin yanvarında sabiq deputatların pensiyaları artıb.  Söhbət o sabiq deputatlardan gedir ki, qanunla əmək pensiyası yaşı çatıb və bu artım onlara aiddir. Sitat: "Təqaüd yaşında olan sabiq deputatlara 2018-ci ildə Milli Məclisin deputatlarının aldığı əmək haqqı qədər təqaüd verilirdi. Deputatların aldığı maaş qədər pensiya almaları da səbəbsiz deyil. Çünki deputatların mükafatları da var. Həmin o  mükafatları da əmək haqqının üzərinə gəlirik. O da 80% edəndə pensiya maaşın miqdarı qədər olur. Hazırda deputat nə qədər maaş alırsa, təqaüd yaşında olan sabiq deputat da o qədər pensiya alacaq".
Hadi müəllim xüsusi olaraq vurğulayıb ki, artan pensiyanı parlamentdə olan və təqaüd yaşına çatan deputatlar almayacaq : "Çox vaxt bu məsələlər ictimaiyyətə yanlış olaraq təqdim olunur. Bunun parlamentdə olanlara aidiyyatı yoxdur".
Bu jesti ilə hörmətli deputatımız bir daha göstərdi ki, seçicilərinin yanındadır və ona düşən halal pensiyadan belə imtina etməyə hazırdır.   
Rafael Cəbrayılov
Milli Məclisin deputatı mandatını girov qoyaraq 300 min dollar borc götürüb. Lakin borcu qaytarmadığı üçün məhkəməyə verilib. Söhbət Rafael Cəbrayılovdan gedir. Demək, deputat ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 9 sentyabr 2015-ci il tarixdə 300 min ABŞ dolları məbləğində borc alıb. Ona borc verən şəxslə deputat ailəvi yaxın münasibətlərdə olub.
Lakin deputat borcu vaxtında ödəyə bilməyib. R.Cəbrayılov hətta borcu vəd etdiyi vaxtında qaytara bilməsi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin Deputatının vəsiqəsinin əslini girov qoyub.
Deyilənə görə, bu hadisədən dərhal sonra tapşırıq verilib ki, səhərlər deputatlar işə gələn zaman mütləq mandatlarını mühafizəyə göstərib inzibati binaya daxil olsunlar.  İndi bütün ölkə oturub gözləyir ki, növbəti plenar iclasda hansı deputatlar "işə gəlməyəcək!"

Hacı Əliyev 
Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında təmsilçimiz, sərbəst güləşçi Hacı Əliyev rusiyalı Hacımurad Rəşidovla görüşdə önə keçsə də, qarşı tərəf buna etiraz edib. Hakimlər videotəkrara baxdıqdan sonra idmançımızın xallarını siliblər. Mundialın 3 qat qalibi hakimlərlə razılaşmayaraq sarı vərəqəni onlara tərəf atıb. Hakimlər də cavabında Hacı Əliyevə qırmızı vərəqə göstəriblər. İdmançımız hakimlərin üzərinə hücum çəkərək, beynəlxalq arenada hakimlərə kəllə falan tuşlayıb, yerli polis bunun qarşısını alıb.
Daha sonra təsəlliverici görüşlərə çıxan Hacı sübut edib ki, hakimlər yanılmayıb. İdmançımz uduzaraq olimpiya oyununa lisenziya qazana bilməyib. 
Beləliklə, külli miqdarda pul mükafatı alaraq karyerasını biznes fəaliyyəti ilə davam etdirən idmançıların sırasına Hacı da adını yazdırmış oldu. Necə deyərlər, "Hacı ürəkdir, hacı biznesdir".
Alma bağları
2020-ci ildən başlayaraq ilk dörd il ərzində intensiv alma bağlarının hər hektarına görə fermerlərə 800 manat subsidiya veriləcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov məlumat verib. 
V.Hüseynovun sözlərinə görə, Aqrar Subsidiya Şurasının bu qərarı 2019-cu ildən salınmış alma bağlarına şamil edilir.
Deməli, əgər tezliklə aynəbəndlərdə, pəncərələrdə düzülmüş gül dibçəklərinin əvəzinə alma ağaclarını görsəniz, təəccüblənməyə dəyməz. Tələb nəyədirsə, onun ardınca da getmək lazımdır.
Rəy bildir +
Oxşar xəbərlər
48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

NÜVƏDİYƏ SON SƏFƏR
17:4302 sentyabr

NÜVƏDİYƏ SON SƏFƏR

Bizim iki UAZ maşınımız KQB-nin əməkdaşı Ş.Həsənovun müşayiəti ilə tozlu-torpaqlı yollarla Nüvədiyə səmt alır. Ora ilk dəfə getdiyimizdən, həm də Zenfira xanıma görə narahat olduğumuzdan (bunu qətiyyən büruzə verməməyə çalışsaq da) səbrsizliklə mənzil başına çatmağımızı gözləyirik. Hər an yolumuzda

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil  SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR
17:2710 iyul

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR

Bugünkü tələbələrin maraq dairəsi, elmi-mədəni düşüncələri və digər baxışlarları haqda bilgilər əldə etmək yəqin ki, böyük əksəriyyət üçün maraqlıdır. Məhz bunu nəzərə alıb, "168 saat"ın "Sual kitabçası" rubrikasında müxtəlif təhsil ocaqlarının tələbələrinə müraciət etdik.

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular
11:0628 may

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Daxili İşlər Nazirliyi narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirləri davam etdirir və bu həftə İsmayıllı rayon Polis şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İsmayıllı şəhər sakini S.Həsənova saxlanıldı. Onun yaşadığı evin

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular
17:5608 may

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular