İSTİ XƏBƏRLƏR
» » “Sumqayıt” elektrik stansiyasında 750 metr uzunluğunda estakada tikilir

“Sumqayıt” elektrik stansiyasında 750 metr uzunluğunda estakada tikilir

“Azərenerji” ASC tərəfindən “Sumqayıt” elektrik stansiyasında 750 metr uzunluğunda estakada tikilir.

AZƏRTAC ASC-nin məlumatına istinadla xəbər verir ki, Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi “Sumqayıt” elektrik stansiyasını işini dayandırmaq təhlükəsi ilə üzləşdirib. Buna səbəb 2004-cü ildə “Sumqayıt” elektrik stansiyası layihələndirilərkən dəniz səviyyəsinin düşmə ehtimalının nəzərə alınmaması və nəticədə suyun səviyyəsinin mənfi 27,5 metrdən 28,3 metrə qədər aşağı düşməsidir. “Azərenerji” həmin stansiyada yaranmış problemi vaxtında aradan qaldırmaq məqsədilə ötən ilin payızından başlayaraq xarici və yerli mütəxəssislərin iştirakı ilə müzakirələr aparıb. Yekunda sahildən Xəzər dənizinin içərisinə doğru soyuq suyun 5 metr dərinlikdən götürülməsinə imkan verən 750 metr məsafədə estakada qurmağa qərar verilib.

Bununla da ilk dəfə MDB məkanında soyutma suyunun kaskad vasitəsilə sakitləşdirici kanala və oradan isə stansiyaya ötürülməsi sistemi yaradılacaq. Artıq neçə müddətdir işlərə başlanılıb və növbəli iş prinsipi əsasında fasiləsiz olaraq davam etdirilir. İşlər qrafik əsasında 8 ay müddətində başa çatdırılacaq və stansiyaya Xəzər dənizinin dərinliyindən su veriləcək.

Ötən ilin payızından başlayaraq bu günədək “Sumqayıt” elektrik stansiyasında xarici və yerli mütəxəssislərin iştirakı ilə təmir-bərpa işləri aparılıb və stansiyanın etibarlılığı artırılıb.
Rəy bildir +
Oxşar xəbərlər
48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Regionunun ən yüksək faydalı iş əmsalına   malik stansiyası Sumqayıtla əlaqələndirilib
15:2510 sentyabr

Regionunun ən yüksək faydalı iş əmsalına malik stansiyası Sumqayıtla əlaqələndirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Bakıda "Şimal-2" elektrik stansiyasının istismara verilməsi mərasimində iştirak edib.

Xəzəri qanunsuz çəpərləyənlər   4 min manat cərimə olunacaq...
17:1225 iyul

Xəzəri qanunsuz çəpərləyənlər 4 min manat cərimə olunacaq...

Sumqayıt ətrafında Xəzər dənizi tam olaraq sakinlərin ixtiyarındadır. Amma üzü Novxanı istiqamətində getdikcə dənizin intensiv hasarlanması ilə rastlaşırıq. Budur, dənizi hasarlayanlara qarşı mübarizə sərtləşdirilir. Lakin buna baxmayaraq,   dənizi hasara alaraq kafelər açıb, istirahət mərkəzi

70 yaşlı Əfsanələr şəhəri
13:5503 iyul

70 yaşlı Əfsanələr şəhəri

Qədim bir əfsanədə belə deyilir: "Sum boz çöllərlə irəliləməkdə davam edirdi. Taqətinin qalmadığı atdığı addımlarından açıq-aydın görünürdü. Bir qədər gedir, dayanır, əlini gözünün üstə qaldırıb önə baxırdı. Bir tərəfi bataqlıq, digəri kiçik iynəyarpaqlı ağaclar arasından keçərək irəliləyirdi.

Azərbaycanda əmanətlərini sığortalayan banklar - SİYAHI
11:2309 yanvar

Azərbaycanda əmanətlərini sığortalayan banklar - SİYAHI

Əmanətlərin Sığortalanması Fondunun reyestrinə hazırda 30 bank daxildir, başqa sözlə, bu banklara qoyulan əmanətlər müvafiq qanun çərçivəsində həm də dövlət tərəfindən qorunur. Oxu.Az xəbər verir ki, “Əmanətlərin Sığortalanması haqqında” Qanuna əsasən, iştirakçı bankların 9 yanvar 2019-cı il