İSTİ XƏBƏRLƏR
» » Sumqayıtda törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi başlanılıb

Sumqayıtda törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi başlanılıb

Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 25-də saat 21 radələrində Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci polis bölməsinə H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Şəhriyar Eldarovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəhər sakini Mətləb Qədirov təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Faktla bağlı cinayət işi başlanılıb.
Rəy bildir +
Oxşar xəbərlər
Bakıda və Sumqayıtda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan keçmiş məhkumlar tutulub
14:3204 sentyabr

Bakıda və Sumqayıtda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan keçmiş məhkumlar tutulub

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı növbəti uğurlu əməliyyat tədbirləri keçirib.

Hadisə yerindən qaçan sürücü həbs edilib
16:5103 sentyabr

Hadisə yerindən qaçan sürücü həbs edilib

Sumqayıt şəhərinin polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Sumqayıtda qətl törədən şəxs tutulub
15:1714 avqust

Sumqayıtda qətl törədən şəxs tutulub

Baş Prokurorluq Sumqayıt şəhərində baş vermiş qətllə bağlı məlumat yayıb.

Sumqayıtda qətl törətməkdə şübhəli bilinən şəhər sakini saxlanılıb
22:1512 iyun

Sumqayıtda qətl törətməkdə şübhəli bilinən şəhər sakini saxlanılıb

İyunun 11-də saat 4 radələrində Sumqayıt şəhəri ərazisindən Cəlilabad rayon sakini Faiq Cəfərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə 4-cü polis bölməsinə məlumat daxil olub. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Sumqayıtda törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi başlanılıb
14:2125 aprel

Sumqayıtda törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi başlanılıb

Aprelin 24-də saat 21 radələrində Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə Kimyaçılar qəsəbə sakini, əvvəllər məhkum olunmuş Murad Məmmədovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölməsi barədə məlumat daxil olub.