İSTİ XƏBƏRLƏR
» » "2019-cu ildə ixracımız 40 faiz artıb"

"2019-cu ildə ixracımız 40 faiz artıb"



Sumqayıt Texnologiyalar Parkının rəsmisi “168 saat”ın suallarını cavablandırdı


Bu gün Sumqayıt Texnologiyalar Parkı (STP) ölkə iqtisadiyyatında mühüm iştirakçı kimi çıxış edir. Qonağımız qurumun Brendinq/Marketinq departamentinin direktoru Nihad Mustafazadədir.

- Gəlin, qısaca da olsa, Sumqayıt Texnologiyalar Parkını təqdim edək: STP nə qədər müəssisəni özündə birləşdirir və hansı məhsullar istehsal edir?

Sumqayıt Texnologiyalar Parkı  regiondan ilk və tək,  dünyada nadir rast gəlinən layihədir.  Özündə 11 zavod və 30-dan çox istehsal sahəsini birləşdirən müəssisə enerji, neft-qaz,  tikinti, kənd təsərrüfatı  sahələrinə geniş çeşiddə  yüksək keyfiyyətli  məhsul istehsal edir.    Müxtəlif növ elektrik kabelləri,  Fiberoptik,   Lan kabellər və digər  telekommunikasiya kabelləri, qaz boruları, isti və soyuq su boruları, kanalizasiya sistemləri üçün  qofralı borular, polimer boru fitinqləri və səbət, oturacaq kimi digər  plastik əşyalar, elektrik dolabları və yuvaları, sendviç panelləri, alüminium profillər, armatur, texniki qazlar, profnastil və alüminium kompozit panellər, hər növ metal konstruksiya  Texnoparkın istehsal etdiyi məhsullara  misal ola bilər.  

- Təbii ki, bu gün ölkə iqtisadiyyatının prioritetləri sırasında ixracın həcminin və çeşidinin artırılması xüsusi yer tutur. STP-nin ixrac potensialı nə qədərdir və bu potensial hansı həcmdə realizə olunur?

Potensial olaraq  ixrac imkanımız istehsal imkanlarımıza bərabərdir. STP-nin Kabel Zavodu ildə  120 min ton mis və alüminium kabellər,  Polimer Boru Zavodu 250 min ton ağırlığında boru, Mis və Alüminium   Profillər zavodunda  30  min ton pəstah istehsal edə bilər.  Təəssüf ki,   hazırda bu həcmlərin çox kiçik hissəsi ixraca yönəlib. Lakin, biz bunu dəyişmək niyyətindəyik. Hökumətin də dəstəyilə  STP  ixracını ili-ildən artırmaqdadır.  Bu günə olan məlumatlara görə 2019-cu il ixracımız ötən ildən 40% artıqdır.  

- Əsas alıcılar hansı ölkələrdir?

Müəssisəmizin ən çox ixrac etdiyi  ölkə  Qazaxıstandır. Biz bu ölkəyə  böyük həcmli  kabel məhsulları,  polimer boru ixrac etmişik və etməkdəyik.  Bundan başqa   Qırğızıstan, Tacikistan, Gürcüstan daim ixrac etdiyimiz ölkələrdir.  Danimarka   və Avstriyadan bir sıra  şirkətlər  bu ildən alüminium profil məhsulları üzrə daimi müştərimizə çevriliblər.  

- Ötən il STP ölkəmizdə ilk dəfə olaraq Mərkəzi Pivot Suvarma sistemi texnologiyasının istehsalına başlamışdı. Hazırda bu istehsal davam edirmi və özünü nə qədər doğruldur?

Sumqayıt Texnalogiyalar Parkı  öz imkanlarından istifadə edərək kənd təsərrüfatı  sahəsi üçün də bir sıra məhsul  təklif etmək niyyətindədir.  Mərkəzi Pivot Suvarma Sistemi  bu məhsullardan biridir. Bizim suvarma sistemi ilə yanaşı istixana, kotan və digər avadanlıqlar da istehsal etməyə hazırlaşırıq. Lakin hazırda bu istiqamətdə kütləvi istehsalata başlamamışıq. Yaxın gələcəkdə bu istiqamətdə  aktiv fəaliyyətə başlanacaq.  

- Səhv etmirəmsə, cari ilin aprel ayında Sumqayıt Texnologiyalar Parkı ilə Rusiyanın "Rostselmash" və "Transmashholding" şirkətləri arasında əməkdaşlığa dair saziş imzalanması barədə məlumat var idi. Hazırda bu əməkdaşlıq istiqamətində hansı işlər aparılır? Və ümumiyyətlə, bu əməkdaşlıq bizə nələr qazandıracaq?

Hələ ki,   bu istiqamətdə  real nəticə  gözləmək üçün bir az tezdir.  Biz  hər iki şirkətlə  əməkdaşlıq sahələri barədə müzakirələr mərhələsindəyik. Daha sonra planlama və hesablamalar aparılacaq.  

Bildiyiniz kimi Rostselmash Rusiyanın ən iri kənd təsərrüfatı avadanlıqları satan   şirkətdir.  Əsasən Kombayn, Traktor və  taxılyığan avadanlıqlar  istehsal edir. STP-nin Rostselmash-la  əməkdaşlığı Rusiyaya  kənd təsərrüfatı  avadanlıqlarının detallarının ixracını və həmçinin  bir sıra avadanlıqların Azərbaycanda istehsalına  imkan yaradacaq.  

Transmashholding isə  yenə də Rusiyanın Dəmiryol Nəqliyyatı sahəsində ən böyük istehsalçıdır. Əsasən lokomotivlər və   dəmiryol  avadanlıqları istehsal edirlər.  STP-nin bu şirkətlə  əməkdaşlığı   lokomotiv və digər  dəmiryol avadanlıqları üçün  detalların istehsalına və ixracına  imkan yaradacaq.

Hər   iki əməkdaşlıq  ölkə daxilində həm kənd təsərrüfatı, həm  dəmiryolu nəqliyyatı üçün  avadanlıq detalı qismində  məhsul   istehsalına  imkan yaradacaq və idxalın azalmasına səbəb  olacaq.  

- Burada ümumilikdə nə qədər işçi çalışır?

Kadr siyasəti  Texnoparkın   fəaliyyətində  çox vacib yer tutur.  Bazarla   ayaqlaşmaq,  keyfiyyətli  məhsul təklif etmək üçün  bacarıqlı   və savadlı  kadrlar tələb olunur.  Hazırda STP-də 2500-ə yaxın işçi çalışır. Onların  800-ə yaxını   ofis işçiləri qalanı isə zavodlarda   çalışır. Bu rəqəm  sifarişlərdən asılı olaraq arta  bilir.   

- Onların nə qədər hissəsi sumqayıtlılardır?

Bununla bağlı əlimizdə  dəqiq məlumat yoxdur, lakin  deyə bilərəm ki, işçilərimizin 70%-a yaxını Sumqayıt vətəndaşlarıdır.  İşçilərin daşınması üçün nəzərdə  tutulan avtobusların  70-% -ı Sumqayıt şəhəri üçün nəzərdə tutulub.  

- Ötən il mətbuatda STP-də xeyli sayda işçinin ixtisar edilməsi ilə bağlı bəzi saytlarda xəbərlər yayılmışdı. Münasibətinizi bilmək maraqlı olardı: belə ixtisarlar olmuşdumu? Ümumiyyətlə, işə qəbul və işdən azadedilmə necə həyata keçirilir? Bu baxımdan son 1 ilin statistikası necədir? 

STP bu xəbərlərə  cavab vermişdi. Bir daha qeyd etmək  istəyirəm ki, bizim müəssisədə ixtisarlar olmayıb.  STP mütəmadi olaraq işçilərin  bilik və bacarıqlarını  yoxlayır,   onlar  üçün  ixtisasartırma təlimləri təşkil edir.  Bundan sonra isə attestasiya aparılır. Attestasiyanı keçməyən  əməkdaşlarla  yolları ayırırıq.  İşdən  uzaqlaşdırılan şəxslərin yerinə yeni  işçilər  cəlb  olunub. STP-nin  kadr siyasəti bacarıqlı,  çalışqan   işçilərin cəlb olunması və  inkişafını nəzərdə tutur. Bu səbəbdən  biz mütəmadi olaraq  vakansiyalar elan edir,  həmçinin   yüksək nəticə göstərən tələbələri   müəssisəmizdə  işə cəlb etməyə çalışırıq. 

- Yəqin ki, gələcək üçün də müəyyən planlar var. Bizi hansı yeniliklər gözləyir?

Təbii  ki,  gələcək üçün planlarımız çoxdur. STP-də  bır sıra  yeniliklər baş verib.  Gələcəyə olan planlarımız əsasən STP-nin imicini həm yerli, həm xarici bazarlarda yüksəltmək,   yerli satışları artırmaq, xarici bazara daha çox mal satmaqdan ibarətdir.  Bu istiqamətdə artıq nəticələr əldə etməyə başlasaq da, proses davam edir.


Müsahibəni aldı: 

Vüsal MƏMMƏDOV 

Rəy bildir +
Oxşar xəbərlər
Gənclik şəhərinin bayram ovqatı    Sumqayıtlıların ürək sözləri
16:4125 sentyabr

Gənclik şəhərinin bayram ovqatı Sumqayıtlıların ürək sözləri

  Prezident İlham Əliyevin sərəncamı ilə noyabr ayında 70 illik yubileyi geniş qeyd ediləcək Sumqayıt   Azərbaycanın ikinci böyük sənaye mərkəzi, yüz minlərlə sakinin burada yaşaması ilə qürur duyduğu, çoxsaylı qonaqların böyük həvəslə üz tutduğu bir şəhərdir. Yeni əsrin əvvəllərindən Sumqayıt daha

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?
14:5910 avqust

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?

2019-cu ilin birinci yarısında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Şəhərimiz necə dəyişir?
15:3606 iyun

Şəhərimiz necə dəyişir?

İstər Sovet rejiminin hökm sürdüyü illərdə, istərsə də müstəqillik dövründə Sumqayıt dostluğun ünvanı kimi tanınmışdır. Bu ünvanı ilk tanıyan Gürcüstanın metallurqlar şəhəri Rustavi oldu. Sonralar bu qapını Rumıniyanın Piteşti (1971), Ukraynanın Çerkassı (1972) şəhərləri döymüşlər. Hal-hazırda

Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?
13:0930 may

Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?

Sumqayıtın ilk müəssisəsi - İstilik Elektrik Stansiyası hələ müharibə başlamamışdan əvvəl ilk məhsulunu vermişdir. 1941-ci il fevral ayının 13-də müəssisənin I generatoru Bakının neft sənayesinə ilk cərəyan vermişdir. Müharibə illərində də İES tam gücü ilə işləmişdir. Müəssisənin 1943-cü il

Sumqayıt ilin birinci rübünü necə keçirib?
10:5915 may

Sumqayıt ilin birinci rübünü necə keçirib?

Ötən həftə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə,  təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə