İSTİ XƏBƏRLƏR
» » Xətai təxəllüslü ilk şair kim olub?

Xətai təxəllüslü ilk şair kim olub?


İsmayıl Səfəvi 12 yaşında olarkən Səfəvi əmirlərinin və digər türk tayfalarının dəstəyi ilə öz əcdadlarının başladığı mübarizə yoluna qədəm qoydu.

Onun tərəfdarlarının çıxışı 1499-cu ildə baş verdi. Ağqoyunlu və Şirvanşah qoşunları ilə müzəffər döyüşdən sonra, 1501-ci ildə İsmayıl Səfəvi Təbrizə daxil oldu, özünü Azərbaycanın hökmdarı elan etdi.

Azərbaycan tarixində ilk mərkəzləşdirilmiş dövlət - Səfəvilər dövləti və ya Qızılbaşlar dövləti yaradıldı.

Bundan sonra Şah İsmayılın nəhəng imperiya yaratmağa yönəlmiş aktiv siyasi, hərbi və ideoloji fəaliyyəti başlanır. Bu fəaliyyət cəsarətli işlərlə, çoxsaylı risklər, qurbanlar, məğlubiyyətlər və qələbələrlə müşayiət olunurdu.

Şah İsmayılın yüksək hərbi istedadı haqqında K.Marks yazmışdı: "Səfəvilər xanədanının banisi Şah İsmayıl fateh idi. O, on dörd illik hakimiyyəti dövründə on dörd əyalət fəth etmişdi".

Şah az yaşamasına, vaxtının çoxunu dövlət işlərinə sərf etməsinə baxmayaraq, zəngin və çoxcəhətli bir irs yaradıb. O, həm əruz, həm də heca vəznində, həm epik, həm də lirik janrlarda qələmini işlədib, yaddaqalan, nümunə, örnək ola bilən əsərləri ilə Azərbaycan ədəbiyyatını zənginləşdirib.

Onun səmimi, ürəkdən qopub gələn, zamanın qarşıya qoyduğu tələblərə cavab kimi meydana çıxan poeziyası çox vaxt siyasi-ictimai fəaliyyəti ilə birləşdirib. Bu poeziya gah qılıncla bərabər döyüş meydanlarına gedib, gah müdrik el ağsaqqallarının, təriqət şeyxinin öyüdlərinə çevrilib, gah da dünyaya və insana məhəbbətlə dolu bir qəlbin tərcümanı olub.

Bu poeziya qəhrəmanlığa, gözəlliyə, mənəvi saflığa məhəbbətlə, şərə, eybəcərliyə, əqidəsizliyə, dönüklüyə, sədaqətsizliyə, cılızlığa nifrətlə doludur.

Şah İsmayıl bədii əsərlərini "Xətai" təxəllüsü ilə yazıb. Bəs görəsən Şah İsmayıla qədər Xətai təxəllüsü ilə əsərlər yaradan yazıçı olubmu?

Bu sualın cavabını Oxu.Az-a tarixçi-alim Əkbər Nəcəf verib.

Məlum olduğu kimi Şah İsmayılın ədəbi təxəllüsü "Xətai"dir. Halbuki, bu təxəllüs ondan əvvəl işlədilib. Belə ki, Ağqoyunlular dövlətinin sarayında yaşamış, hətta 4500 beytlik "Yusif ilə Züleyxa" poemasını qələmə alan şairin adı belə idi: Xətai Təbrizi, yəni Təbrizli Xətai.

Bu əsər Ağqoyunlu hökmdarı Sultan Yaquba ithaf edilib. Təəssüflər olsun ki, bu şair haqqında yetərincə məlumat yoxdur. Əsərin bir nüsxəsi məşhur alim Məhəmməd Əli Tərbiyətin şəxsi arxivində yer alırdı. Elə əsər və müəllifi haqqında da yeganə məlumat onun "Danişməndani-Azərbaycan" adlı əsərində qeyd edilib".

Rəy bildir +
Oxşar xəbərlər
48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Mubariz İbrahimovu Türkiyə-Suriya   sərhəddində hamıya sevdirən antakyalı müəllim
11:0309 avqust

Mubariz İbrahimovu Türkiyə-Suriya sərhəddində hamıya sevdirən antakyalı müəllim

10 yaşından foto sənətinə, 12 yaşından poeziyaya bağlanmış bugünkü 48 yaşlı şairin Türkiyədə 48 kitabı nəşr edilib. O, bir çox foto-müasbiqələrin də qalibidir.

Dirijor keşiş   və əfəl lider
10:3621 iyun

Dirijor keşiş və əfəl lider

Cənubi Qafqazda münaqişələrin həll edilməməsi hər keçən gün yeni problemlər ortaya çıxarır. Region daha riskli məkana çevrilir. Qeyri-müəyyənliklər artır. Bunların fonunda bir sıra dairələr daha dağıdıcı mövqe tutmağa cəhdlər göstərirlər. Eyni zamanda, Ermənistanın siyasi səhnəsində qarşıdurmalar,

Şərqin ilk demokratik  respublikasının 101 yaşı tamam olur
13:0430 may

Şərqin ilk demokratik respublikasının 101 yaşı tamam olur

101 il bundan əvvəl may ayında Türk dünyasında və Müsəlman Şərqində bir günəş doğdu. 1918-ci il mayın 28-də Tiflisdə axşam saat 19:00-da "Oriant" mehmanxanasında "Zaqafqaziya Seymi"nin 28 nəfərdən ibarət azərbaycanlı nümayəndəsinin iclasında  sədr doktor Həsən bəy Ağayev səsi

ASAN Radio və AMEA Tarix İnstitutunun layihəsi. Turukkular kimlər idi?
12:3914 may

ASAN Radio və AMEA Tarix İnstitutunun layihəsi. Turukkular kimlər idi?

Qədim Azərbaycan tarixini vərəqləyəndə, daş kitabələrdə qarşımıza "Trukkular" adlı bir xalq çıxır. Kim idi trukkular? Eramızdan 23 min əvvəl mövcud olmuş Şamtamhari mətnlərində trukkular barədə məlumat verilir. Şamtamhari mətnlərində türklərdən danışılarkən, onlardan şəhəri və hökmdarı olan etnos