İSTİ XƏBƏRLƏR
» » Sumqayıtda məcburi köçkün icmasının üzvləri ilə görüş olub

Sumqayıtda məcburi köçkün icmasının üzvləri ilə görüş olub

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Sumqayıt şəhərinin 12-ci mikrorayonunda, məcburi köçkünlərin yeni yaşayış məhəlləsində olub, burada fəaliyyət göstərən icmanın üzvləri ilə görüşüb.

Komitədən AZƏRTAC-a bildiriblər ki, Dövlət Komitəsinin sədri görüş iştirakçılarına qaçqınlarla və məcburi köçkünlərlə iş sahəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin məqsəd və prinsipləri, prioritetləri barədə məlumat verib. Qeyd edilib ki, xalqın sosial rifahının yüksəldilməsinə yönəldilmiş sosial-iqtisadi islahatlar çərçivəsində məcburi köçkünlərin də yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər görülür. Onlara dövlət büdcəsindən verilən vahid aylıq müavinətin, yeni salınan qəsəbələrin sayı ilbəil artır, hər il əvvəlkindən daha çox sayda məcburi köçkün ailəsi tam təmirli rahat mənzillərə köçürülür.

Birinci vitse-prezident xanım Mehriban Əliyeva əhalinin bu həssas kateqoriyasına aid olan vətəndaşların problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərir. Müvəqqəti sığınacaqlarda hələ də ən ağır vəziyyətdə yaşayan məcburi köçkünlər yeni mənzillərə birinci növbədə köçürülürlər.

İcma şurasının sədri, Laçın rayonundan olan məcburi köçkün Qəzənfər Hüseynov görüşdə çıxış edərək müharibədən əziyyət çəkən, doğma yurdundan didərgin düşən insanlara göstərilən hərtərəfli qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq bildirib. O, icmanın məqsədlərindən danışarkən qeyd edib ki, məcburi köçkünlər arasında hüquqi maarifləndirmə işinin aparılması, onların məşğulluğunun artırılmasına ictimai dəstəyin təmin olunması, gənclər arasında vətənpərvərliyin, müstəqil dövlətçilik ideyalarının və sağlam həyat tərzinin təbliği qarşıya mühüm vəzifə kimi qoyulub. Bundan başqa, məcburi köçkünlərin sosial-məişət probleminin həllinə yardım göstərilməsi, qəsəbədə birgəyaşayış qaydalarına əməl edilməsinə ictimai nəzarətin təşkili də icmanın fəaliyyətində mühüm istiqamətlərdir. Ən başlıcası, icma məcburi köçkünlərin işğaldan azad ediləcək doğma yurda qayıdışına hazırlıq məsələsini hər an gündəlikdə saxlayacaq.

Dövlət Komitəsinin sədri qarşıya qoyulan xeyirxah və vacib vəzifələrin yerinə yetirilməsində icma üzvlərinə uğurlar arzulayıb, onların fəaliyyətinə lazımi dəstək veriləcəyini bildirib.

Görüşdə məcburi köçkünlərin müraciətləri dinlənilib və qeydə alınıb, onların qaldırdıqları məsələlərin həlli üçün müvafiq tədbirlər müəyyənləşdirilib.
Rəy bildir +
Oxşar xəbərlər
Gənclik şəhərinin bayram ovqatı    Sumqayıtlıların ürək sözləri
16:4125 sentyabr

Gənclik şəhərinin bayram ovqatı Sumqayıtlıların ürək sözləri

  Prezident İlham Əliyevin sərəncamı ilə noyabr ayında 70 illik yubileyi geniş qeyd ediləcək Sumqayıt   Azərbaycanın ikinci böyük sənaye mərkəzi, yüz minlərlə sakinin burada yaşaması ilə qürur duyduğu, çoxsaylı qonaqların böyük həvəslə üz tutduğu bir şəhərdir. Yeni əsrin əvvəllərindən Sumqayıt daha

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?
14:5910 avqust

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?

2019-cu ilin birinci yarısında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

"Koroğlu"nu,  "Cavad xan"ı  yenidən dünyaya qaytardı və sonra... onlara qoşulub, getdi
15:2810 may

"Koroğlu"nu, "Cavad xan"ı yenidən dünyaya qaytardı və sonra... onlara qoşulub, getdi

Rövşən müəllimlə 35 ildən çox tanışlığımız-dostluğumuz vardı. Son zamanlar bu azman görkəmli rejissorla görüşərkən (adətən teatr məbədlərimizdə - Sumqayıt Dövlət Dram Teatrında, Akademik Milli Dram Teatrında, müxtəlif teatr, kino, mədəni-kütləvi, poeziya tədbirlərində) "salam!"dan əvvəl sənətkar