İSTİ XƏBƏRLƏR
» » Sumqayıtda istixana komplekslərinin sahibləri ilə görüş keçirilib

Sumqayıtda istixana komplekslərinin sahibləri ilə görüş keçirilib



Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri Sumqayıt şəhərində istixana komplekslərinin rəhbərləri ilə görüş keçiriblər.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə istixanalarda fitosanitar tədbirlərin həyata keçirilməsi, yüksək toksiki ekoloji təhlükəli preparatların tətbiqi, ixrac qaydaları və bu sahədə mövcud qanunvericiliyin tələbləri ilə bağlı məlumat verilib.

Sahibkarlara vəzifə və öhdəlikləri, fitosanitar sertifikatların verilməsi, istixanalarda pestisidlərin tətbiqi zamanı sanitar-gigiyenik qaydalara əməl olunması, pomidor zərərvericiləri, xəstəlikləri və onlarla mübarizə yolları haqqında fikir mübadiləsi aparılıb və sahibkarlara metodiki tövsiyələr verilib.

Görüşdə sahibkarların sualları cavablandırılıb.
Rəy bildir +
Oxşar xəbərlər
Gənclik şəhərinin bayram ovqatı    Sumqayıtlıların ürək sözləri
16:4125 sentyabr

Gənclik şəhərinin bayram ovqatı Sumqayıtlıların ürək sözləri

  Prezident İlham Əliyevin sərəncamı ilə noyabr ayında 70 illik yubileyi geniş qeyd ediləcək Sumqayıt   Azərbaycanın ikinci böyük sənaye mərkəzi, yüz minlərlə sakinin burada yaşaması ilə qürur duyduğu, çoxsaylı qonaqların böyük həvəslə üz tutduğu bir şəhərdir. Yeni əsrin əvvəllərindən Sumqayıt daha

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?
14:5910 avqust

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?

2019-cu ilin birinci yarısında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Sumqayıt ilin birinci rübünü necə keçirib?
10:5915 may

Sumqayıt ilin birinci rübünü necə keçirib?

Ötən həftə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə,  təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə

Sumqayıtda “KOB Dostu” fəaliyyətə başlayıb
20:5917 aprel

Sumqayıtda “KOB Dostu” fəaliyyətə başlayıb

Aprelin 17-də Sumqayıt şəhərində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) fəaliyyətə başlayıb.