İSTİ XƏBƏRLƏR
» » Avrasiya ölkələrindən olan yazıçılar Sumqayıtda

Avrasiya ölkələrindən olan yazıçılar Sumqayıtda



Avrasiya materikinin ədəbiyyat üzrə 4-cü "LiFFt" festivallar festivalının bir qrup iştirakçısı Sumqayıt şəhərinə səfər edib.

Sumqayıt şəhəri ilə yaxından tanış olmaq məqsədilə təşkil olunmuş bu səfərdə Avrasiya ölkələrindən olan yazıçılar, şairlər, dramaturqlar, ədəbiyyat tənqidçiləri, mədəniyyət xadimləri iştirak edib.

Sumqayıt Dövlət Dram Teatrının konfrans zalında keçirilən görüşdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qonaqlara Sumqayıtın tarixi, sosial-iqtisadi inkişafı, sənaye potensialı, şəhərdə son illərdə həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib.

Dünya şöhrətli yazıçı, Qazaxıstanın Xalq yazıçısı Oljas Süleymenov Oljas Süleymenov və digər qonaqlar səmimi qəbula və qonaqpərvərliyə görə şəhər rəhbərliyinə minnətdarlığını çatdırıb, Sumqayıt şəhərində olmaqdan məmnunluqlarını ifadə ediblər.

Sumqayıt şəhərinə səfər çərçivəsində qonaqlar Nəsimi parkında, Sumqayıtın Şəhidlər Xiyabanında, Heydər Əliyev Mərkəzində, dənizkənarı bulvarda olublar. Heydər Əliyev Parkında yerləşən Poeziya evində qonaqlar Sumqayıtın yazarları ilə görüşüblər.

Tədbirin sonunda Sumqayıt bulvarında yeni istifadəyə verilmiş "Poseidon" restoranında qonaqların şərəfinə rəsmi ziyafət verilib.

Qeyd edək ki, "Avrasiya Xalqları Assambleyası" beynəlxalq qeyri-hökumət təşkilatları ittifaqının dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Avrasiya xalqlarının "LiFFt" Mədəni Layihələrinin İnkişafına Dəstək Fondu və Heydər Əliyev Fondudur.

Rəy bildir +
Oxşar xəbərlər
Gənclik şəhərinin bayram ovqatı    Sumqayıtlıların ürək sözləri
16:4125 sentyabr

Gənclik şəhərinin bayram ovqatı Sumqayıtlıların ürək sözləri

  Prezident İlham Əliyevin sərəncamı ilə noyabr ayında 70 illik yubileyi geniş qeyd ediləcək Sumqayıt   Azərbaycanın ikinci böyük sənaye mərkəzi, yüz minlərlə sakinin burada yaşaması ilə qürur duyduğu, çoxsaylı qonaqların böyük həvəslə üz tutduğu bir şəhərdir. Yeni əsrin əvvəllərindən Sumqayıt daha

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?
14:5910 avqust

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?

2019-cu ilin birinci yarısında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Dünyaşöhrətli yazar, BMT-nin himayəsi ilə çıxan World Poetry Almanac dərgisinin naşiri, Dünya Sülh mükafatı laureatı Xadaa Sendoo: "Ən böyük arzum məşhur Sumqayıt bulvarını görməkdir"
12:0930 aprel

Dünyaşöhrətli yazar, BMT-nin himayəsi ilə çıxan World Poetry Almanac dərgisinin naşiri, Dünya Sülh mükafatı laureatı Xadaa Sendoo: "Ən böyük arzum məşhur Sumqayıt bulvarını görməkdir"

Sentryabr ayının 30-dan oktyabr ayının 3-dək Bakıda Avrasiya Materikinin ədəbiyyat üzrə 4-cü "LiFFt" festifallar festifalı keçiriləcək. BMT-nin himayəsi ilə, Avrasiya Millətlər Assambleyasının, LiFFt Fondunun və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ərsəyə gələcək bu festifalda 50 ölkənin 150