İSTİ XƏBƏRLƏR
» » Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Parlaq cavab

Ötən həftə Ermənistan baş naziri Nikol Paşinyan görüşlərinin birində təxribat xarakterli bəyanat səsləndirib. Belə ki, baş nazir Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu bildirərək çıxışını "nöqtə" ilə tamamlayıb. Bu çıxış ölkə mediyasında geniş şərh edildi.  

Paşinyanın cavabı isə özünü çox gözlətmədi. Prezident İlham Əliyev Soçidəki "Valday" forumunda çıxışı zamanı Paşinyanın layiqli cavabını verdi. Sitat: "Mən Ermənistan baş nazirinin, təəccüb doğuran "Qarabağ-Ermənistanın bir hissəsidir və nöqtə" bəyanatına toxunmaq istərdim. Birincisi, bu, yumşaq desək, yalandır. Qarabağ aranlı-dağlı bütün dünyada Azərbaycanın ayrılmaz hissəsi kimi tanınmışdır. Ermənistanın özü bu qanunsuz qurumu tanımır. Qarabağ əsl Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ-bu Azərbaycandır və nida işarəsi"

Bu cavaba da İlham Əliyev həftəyə yekun nidasını vurmuş oldu.


Teymur Rəcəbov

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunun finalında mübarizəni uğurla başa vurub.

32 yaşlı qrossmeyster çinli rəqibi Dinq Lirenlə  6 görüş keçirib. Ümumi hesabda qalib olan qrossmeysterimiz Dünya Kubokunun sahibi olan ilk şahmatçı kimi ölkə idmanının tarixinə düşüb. Hər şey də bundan sonra başlayıb.

Hər kəsə məlumdur ki, beynəlxalq arenada qalib olan idmançılarımız ölkəyə qayıdan kimi, onlara avtomobil, ev, pul mükafatları, hətta vəzifə də verilir. Bəzən həmin idmançılar o qədər qazanır ki, idmandan birdəfəlik biznesə keçid edirlər. 

Teymur Rəcəbova isə heç bir mükafat təqdim edilmədi. 

"6 xətt"in idman və mükafat məsələləri üzrə eksperti qrossmeysterimizə irad bildirir ki, o, gərək yarışdan sonra çinli rəqibinə şillə-yumruq atardı və ya zalın ortasında güləşərdi. Bəlkə o zaman mükafatlandırılmış olardı. 


Aqil Abbas

UEFA Avropa Liqasının Lüksemburqda keçirilən "F91 Düdelanj" - "Qarabağ" görüşündə "First Armenian Front" fanatlarının Belçikadan gəlmiş Spartak adlı üzvü dronla qondarma Dağlıq Qarabağın bayrağını qaldırıb. Nəticədə futbolçularımız buna etiraz edib, azarkeşlərimizdən biri meydana daxil olub və 31-ci dəqiqədən etibarən matç dayandırılıb. 

Yalnız Lüksemburqun İdman naziri Dan Kerş stadionda yaşananlara görə üzrxahlıq etdikdən sonra, 20 dəqiqəlik fasilədən sonra komandalar meydana qayıdıb.

Bu hadisə çoxları tərəfindən şərh edildi. Ən maraqlı münasibəti isə deputat Aqil Abbas səsləndirdi. O bildirib ki, ermənilər bayraq yox, nənələrinin tumanını yelləyib. Təxribatdır, cavablarını da alacaqlar.

Hörmətli deputatımıza baş vermiş hadisəyə belə akademik, məntiqli, mənalı, siyasi, əsl ziyalı kimi münasibət bildirdiyinə görə oxucularımız adından təşəkkür edirik. Çətin bu açıqlamadan sonra hansısa erməni təxribata cəhd etsin. 

Bilal Əliyev

Xalq artisti Bilal Əliyevin ATV-nin efirində yayımlanan "Maşın" şounun növbəti buraxılışında atasının xahişi ilə şoudan getmək istəyini bildirib və əlini avtomobildən çəkib. Müğənni bildirib ki, atası ona zəng edib bildirib ki, bir dəqiqə də orda qalmırsan və efirdən çıxıb düz Salyana, yanıma gəlirsən. 

Yarışı tərk edən sənətçi, qısa müddət sonra hava limanında görüntülənib. Sosial şəbəkələrdə yayılan videodan məlum olub ki, müğənni xarici ölkəyə getmək üçün aeroporta üz tutub. 

Bu hadisədən sonra bütün salyan camaatı  küçələrə axışıb rayonda aeroport axtarışına çıxıblar ki, Bilal müəllimi qarşılasınlar. 

P.S. Biri Bilal Əliyevə başa salsın ki, onun 60 yaşı var və şoudan getmək üçün ona orta məktəbdə işlətdiyi bəhanələri etməsinə ehtiyac yoxdur.

Murad Dadaşov

Şoumen Murad Dadaşovun  "Popumuz var" verilişində dediyi sözlər sosial şəbəkələrdə sərt reaksiya ilə qarşılanıb.

Qeyd edək ki, Dadaşov neft haqqında danışarkən belə deyib: "Qərb ölkələrində varlı insanlara qarşı nifrət yoxdur. Bu nifrəti ancaq sosializm ölkələrində görə bilərsiniz. Bilirsiniz, nə ilə bağlıdır? Sovet dövrünün rejimi kolxoz idi. Hamının nəyi var idisə, ortalığa qoyurdu. Bir nəfər kolxoz sədri seçilirdi və özünəməxsus şəkildə davam edirdi. İndi isə düşünürlər ki, eyni hüquqa malik idik, necə oldu ki, siz qabağa keçdiniz. Bundan nifrət yaranır. Kimsə varlanırsa, kiminsə pulunu qazanmır. Amma Sovet dövründə hamı bir-birinin pulunu qazanırdı. Bəzən deyirlər, neft sənindir, mənimdir. Neft dövlətindir. Onlara demək lazımdır, sən bu neft üçün nə etmisən? Sən də istedadını göstər, keç önə".

Bu fikirlərdən sonra şoumen sərt tənqid edildi. "6 xətt"in neft işləri üzrə eksperti Sərxan kişi isə Murada tənqid yox, sual ünvanlamaq istəyir: Necə olur ki, artist xalqın olur, neft dövlətin?


İsgəndər Həmidov

Azərbaycan Xalq Hərəkatının qurucusu, sabiq daxili işlər naziri İsgəndər Həmidov mətbuat konfransı keçirərək bu ilin mayından etibarən səhhətindəki problemlərlə əlaqədər siyasi arenada görünmədiyini, müalicəsi  ilə bağlı ölkə xaricində olduğunu, 4 ay sonra nəhayət, ölkəyə qayıtdığını və fəaliyyətini davam etdirəcəyini deyib. 

İ.Həmidov deyib: AXH təhlükədir. Onun üçün üzvlərimizi həbs edirlər, sutkalıqlar verirlər. AXH parçalanmayıb, fəaliyyətini davam etdirir. Mən olmadığım müddətdə hərəkat çox səmərəli şəkildə fəaliyyət göstərib. 60 rayonda şöbələr yaradıblar. Qurultaya hazırlıq gedir. Mən olmasam da, məni Təşkilat Komitəsinin sədri seçiblər".

İ.Həmidov keçirdiyi mətbuat konfransda siyasi iddia nümayiş etdirib. İndi bir sual yaranır: İsgəndər Həmidovun 4 ay ölkədə olmadığı dövrdə onun yoxluğunu hiss edən olmuşdumu?!

Rəy bildir +
Oxşar xəbərlər
Nikol Paşinyanın avantürist bəyanatları:   Ermənistan yeni fəlakətli yolda
11:0417 sentyabr

Nikol Paşinyanın avantürist bəyanatları: Ermənistan yeni fəlakətli yolda

Son vaxtlar Ermənistan mətbuatı baş nazir Nikol Paşinyanın avqustun 5-də Xankəndinin mərkəzi meydanındakı mitinqdə səsləndirdiyi fikirlərin şərhinə daha çox yer verir. Erməni ekspertlər N.Paşinyanı qeyri-ciddi siyasətçi kimi xarakterizə edirlər. Onlar yazırlar ki, erməni hökumətinin başçısı heç bir

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Dirijor keşiş   və əfəl lider
10:3621 iyun

Dirijor keşiş və əfəl lider

Cənubi Qafqazda münaqişələrin həll edilməməsi hər keçən gün yeni problemlər ortaya çıxarır. Region daha riskli məkana çevrilir. Qeyri-müəyyənliklər artır. Bunların fonunda bir sıra dairələr daha dağıdıcı mövqe tutmağa cəhdlər göstərirlər. Eyni zamanda, Ermənistanın siyasi səhnəsində qarşıdurmalar,

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular
10:1322 may

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Şuşanın işğalı günündə Şuşaya gedib nümayişkəranə şəkildə orada "Yallı" oynayan Ermənistanın rəhbəri Nikol Paşinyanın bu hərəkətinə bizim olmayan Şuşanın bizim olan icra başçısı Bayram Səfərovun reaksiyası opponentini qarğamaqdan ibarət oldu. Belə ki, Bayram müəllim fakta münasibətini mediaya bu

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular
17:5608 may

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular