İSTİ XƏBƏRLƏR
» » ...və nida işarəsi!

...və nida işarəsi!


Ermənistanın baş naziri Nikol Paşinyanın ölkədaxili ziddiyyətlər və dərinləşən böhrandan diqqəti yayındırmaq üçün etdiyi növbəti spekulyasiya beynəlxalq ictimaiyyətin qınağı və hökumət başçısının siyasi xal itkisi ilə nəticələndi. 

Paşinyan avqust ayında Xankəndidə çıxışı zamanı "Arsax (Dağlıq Qarabağ) Ermənistandır, nöqtə" bəyanatı ilə siyasi və tarixi savadsızlıq və oyunbazlıq nümayiş etdirmişdi. Erməni baş nazir sentyabrın sonlarında ABŞ-ın Kolumbiya Universitetində çıxışında konfliktin danışıqlar yolu ilə həllinə tərəfdar olduğunu, münaqişənin guya 20 ildən artıq dövr ərzində qeyri-demokratik yanaşma səbəbindən həllini tapmadığını dilə gətirmişdi. 

Bir neçə sual

Bəli, Paşinyanın mövqeyinə qarşı bir neçə sual meydana çıxır:

Birincisi, ümumiyyətlə, Dağlıq Qarabağ tarixən hansı ölkənin torpağıdır?

İkincisi, beynəlxalq təşkilatlar bu ərazini hansı dövlətin ərazisi kimi qəbul edir?

Üçüncüsü, beynəlxalq qurumların münaqişə ilə bağlı qətnamələrində problemin həlli üçün hansı model təklif olunur və bu sənədlərin müddəalarının tətbiqinə nələr mane olur?

Bu suallara Paşinyanın arzulamadığı cavablar oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında  - Azərbaycan prezidenti İlham Əliyevin çıxışında əks olundu. 

İlk sualın cavabı: "Dağlıq Qarabağ və Azərbaycanın digər 7 rayonu 25 ildən çoxdur erməni işğalı altındadır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Sovet dövründə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. Qeyd etməliyəm ki, bu münaqişə ilə əlaqədar çox vaxt reallığı əks etdirməyən geniş fikir müxtəlifliyi var. Bu məsələyə aydınlıq gətirmək üçün deməliyəm ki, 1921-ci ildə Qafqaz bürosunun qərarında Dağlıq Qarabağın çox vaxt erməni tərəfinin interpretasiya etdiyi kimi, Azərbaycana verilməsi deyil, onun Azərbaycanın tərkibində qalması göstərilmişdir. Münaqişə başlayana qədər Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan azərbaycanlı və erməni əhalinin say nisbəti 25:75 faiz kimi olub. Münaqişə nəticəsində Dağlıq Qarabağdan, həmçinin digər 7 rayondan bütün azərbaycanlı əhali qovulub, başqa sözlə desək, orada etnik təmizləmə aparılıb.

Bu gün də işğal olunmuş ərazilərdə azərbaycanlı əhali yoxdur və işğal olunmuş ərazilər, onların böyük bir hissəsi yandırılmış, dağıdılmış torpaqlar, viran qoyulmuş evlər, məktəblər, ictimai binalardır. Münaqişə nəticəsində Azərbaycan humanitar fəlakətlə üzləşib. Dağlıq Qarabağdan və Azərbaycanın işğal olunmuş digər ərazilərindən olan 700 mindən çox məcburi köçkün, üstəgəl müasir Ermənistanın ərazisindəki öz tarixi torpaqlarından qovulmuş 250 min azərbaycanlı". 

Münaqişənin tənzimlənməsi ilə bağlı beynəlxalq təşkilatların mövqeyini də, görünür, Paşinyana xatırlatmaq lazım idi. 

Prezident İlham Əliyev: "BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. İyirmi beş ildən çoxdur ki, bu qətnamələr yerinə yetirilmir....

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT-nin bütün dünya tərəfindən qəbul edilmiş Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktı çərçivəsində həll olunmalıdır. Ermənistanın baş naziri son vaxtlar tez-tez təkrarlayır ki, münaqişənin həlli Azərbaycan xalqı, Ermənistan xalqı və Dağlıq Qarabağ xalqı üçün məqbul olmalıdır. İndi deməliyəm ki, "Dağlıq Qarabağ xalqı" məfhumu mövcud deyil. Dağlıq Qarabağın əhalisi var, münaqişə başlayana qədər bu, bərabər hüquqlara malik olan Azərbaycan və erməni əhalisindən ibarət idi. Azərbaycan üçün hansı həll variantının məqbul olmasına gəldikdə isə, o, Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa olunması, qaçqınların və məcburi köçkünlərin öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmasından ibarətdir. Bu, Təhlükəsizlik Şurasının qətnamələrinə və Helsinki Yekun Aktına uyğundur".

Üçüncü məqam - münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nələr mane olur?

Prezident İlham Əliyevin çıxışında bu sualın cavabı da açıq mətnlə səslənir: 

"BMT Təhlükəsizlik Şurası ali beynəlxalq orqandır. Əgər 25 ildən çox müddətdə Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar yerinə yetirilmirsə, onda bu, həmin təşkilatın səmərəliliyi ilə bağlı bir çox suallar doğurur. Azərbaycanda bizi qətnamələrin yerinə yetirilməsinin reallaşdırılmasının seçmə xarakteri narahat edir. Bəzən onlar bir neçə gün ərzində yerinə yetirilir, bəzən isə müəyyən hərbi əməliyyatların həyata keçirilməsində onlara, ümumiyyətlə, ehtiyac qalmır. Bizimlə bağlı məsələdə isə qətnamələr kağız üzərində qalır".

Şübhəsiz, Ermənistanın hakimiyyətinin destruktiv mövqeyi, zaman-zaman əldə olunan razılaşmalardan yayınması və vaxt qazanmaq üçün atdığı addımlar, əslində, erməni xalqını səfalətə və uçuruma sürükləyir, bütün ölkənin gələcək taleyini kölgə altına salır. 

Bu yerdə elə bir neçə gün öncə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun açıqlamasını xatırlamağa dəyər. Rusiya XİN-in ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə işlədiyini vurğulayan S.Lavrov deyib: "Bu, az sayda hallardan biridir ki, bizim məsələyə baxışımız tamamilə eynidir, bizim baza sənədlərimiz var. Bizim dəfələrlə müzakirə olunmuş baza prinsiplərimiz var. Bu prinsiplər əsasında məsələnin həllini axtaracağıq. Amma məsələnin həlli birbaşa dialoq yolu ilə tapılmalıdır. Əlaqələr var, lakin nizamlanmaya dair dialoq hələlik bərpa olunmur. Mən burada döyüş əməliyyatlarının yenidən başlanması üçün aşkar təhlükə görmürəm. Biz bunun baş verməməsi üçün hər şeyi edəcəyik".

Göründüyü kimi, Rusiya XİN rəhbəri də münaqişənin həlli ilə bağlı baza prinsipləri xatırladır və münaqişənin yalnız bu prinsiplər daxilində həllini mümkün hesab edir. Bu prinsiplər isə dövlətimizin başçısının da xatırlatdığı kimi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktıdır. Bu sənəd münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini özündə ehtiva edir. 

Nəhayət, qayıdaq "Valday" Beynəlxalq Diskussiya Klubunun toplantısına. Dövlətimizin başçısının çıxışının ən mühüm məqamını, yəqin ki, nə Paşinyan, nə də erməni ictimaiyyəti uzun müddət unudacaq. Dövlət başçısı Ermənistanın baş nazirinin "Qarabağ Ermənistanın hissəsidir və nöqtə" bəyanatının yalan olduğunu vurğulayaraq deyib: "Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi".

Paşinyan öz ampluasındadır

Paşinyanın yuxarıda qeyd etdiyimiz kimi çıxışı təhlilçiləri təəccübləndirmir. Diplomatik etikadan xəbərsiz və səriştəsiz baş nazir pafoslu bəyanatlarla əldə etdiyi hakimiyyəti qorumaq üçün müxtəlif gedişlərə əl atır. Qərblə Rusiya arasında tərəddüdlər və paradokslarla dolu gediş-gəlişlər edən Paşinyanı Ermənistanın taleyindən daha çox öz hakimiyyyəti maraqlandırır. Siyasi naşılığı isə onu tez-tez mürəkkəb situasiyalarla üz-üzə qoyur.

Vüsal Məmmədov 


Rəy bildir +
Oxşar xəbərlər
Çini Ermənistana nə bağlayır?
17:0009 oktyabr

Çini Ermənistana nə bağlayır?

Son illərdə Kəmər və Yol Layihəsi (KYL) çərçivəsində Çinin Cənubi Qafqaz regionunda iqtisadi maraqları artmışdır. Bu baxımdan da bu regionda yerləşən ölkələr ilə, o cümlədən Ermənistan ilə iqtisadi əlaqələrini genişləndirmişdir. Lakin, Çinin regiondakı ölkələr ilə iqtisadi münasibətləri eyni

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular
16:5008 oktyabr

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Ötən həftə Ermənistan baş naziri Nikol Paşinyan görüşlərinin birində təxribat xarakterli bəyanat səsləndirib. Belə ki, baş nazir Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu bildirərək çıxışını "nöqtə" ilə tamamlayıb. Bu çıxış ölkə mediyasında geniş şərh edildi.  

Nikol Paşinyanın avantürist bəyanatları:   Ermənistan yeni fəlakətli yolda
11:0417 sentyabr

Nikol Paşinyanın avantürist bəyanatları: Ermənistan yeni fəlakətli yolda

Son vaxtlar Ermənistan mətbuatı baş nazir Nikol Paşinyanın avqustun 5-də Xankəndinin mərkəzi meydanındakı mitinqdə səsləndirdiyi fikirlərin şərhinə daha çox yer verir. Erməni ekspertlər N.Paşinyanı qeyri-ciddi siyasətçi kimi xarakterizə edirlər. Onlar yazırlar ki, erməni hökumətinin başçısı heç bir

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Dirijor keşiş   və əfəl lider
10:3621 iyun

Dirijor keşiş və əfəl lider

Cənubi Qafqazda münaqişələrin həll edilməməsi hər keçən gün yeni problemlər ortaya çıxarır. Region daha riskli məkana çevrilir. Qeyri-müəyyənliklər artır. Bunların fonunda bir sıra dairələr daha dağıdıcı mövqe tutmağa cəhdlər göstərirlər. Eyni zamanda, Ermənistanın siyasi səhnəsində qarşıdurmalar,