İSTİ XƏBƏRLƏR
» » Sahibkarlarla nələr müzakirə olundu?

Sahibkarlarla nələr müzakirə olundu?



Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə İqtisadiyyat Nazirliyinin Abşeron regional bölməsi, Kiçik və Orta Biznes İnkişafı Agentliyinin Sumqayıt KOB dostu ofisinin iştirakı və Azərbaycan Sahibkarlar Konfederasiyasının Sumqayıt filialının dəstəyi ilə "Sumqayıt şəhərinin inkişafında sahibkarların rolu" mövzusunda görüş keçirilib.

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, aidiyyəti qurumların rəhbərləri, sahibkarlar iştirak edib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki, Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə çoxşaxəli islahatların davam etdirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması məqsədi ilə sahibkarlara dövlət dəstəyi daim diqqət mərkəzində saxlanılır

Şəhər rəhbəri bildirib ki, Prezident İlham Əliyevin dövlət və özəl sektor qarşısında qoyduğu mühüm vəzifələr Sumqayıt şəhərində də uğurla davam etdirilir.

Vurğulanıb ki, bu gün həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edən sahibkarlığın inkişafı üçün Sumqayıt şəhərində lazımi şərait yaradılıb. Ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi nəticəsində Sumqayıt şəhərinə irihəcmli investisiyanın yönəldilməsi sahibkarlığın inkişafına, yeni müəssisələrin və iş yerlərinin açılmasına müsbət təsir göstərib.

İqtisadiyyat Nazirliyinin Abşeron regional bölməsinin müdiri Ramal Əhmədov, Kiçik və Orta Biznes İnkişafı Agentliyinin Sumqayıt KOB dostu ofisinin rəhbəri Elmar Rzayev, 2 saylı Ərazi Vergilər Departamentininin direktoru Abbas İsmayılov Sumqayıt şəhərində sahibkarlığın inkişafı və bu sahədəki mövcud vəziyyətlə bağlı çıxış edib.

Sahibkarlardan Xəzər Səhmdar Cəmiyyətin sədri Qüdrət Kərimov, Qartal Tikinti firmasının direktoru Şahin Məmmədov, "Cökəli" firmasının direktoru Hümbət Quliyev və digərləri çıxış edərək bu cür görüşlərin keçirilməsinin sahibkarlıq mühitinin daha da yaxşılaşmasına xidmət edəcəyini vurğulayıblar, ölkədə sahibkarlığın inkişafına göstərilən dəstəyə görə dövlət başçısına və şəhər rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Rəy bildir +
Oxşar xəbərlər
48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?
14:5910 avqust

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?

2019-cu ilin birinci yarısında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Sumqayıtda əlilliyi olan şəxslər sahibkarlıq fəaliyyətinə təşviq edilir
16:4605 iyul

Sumqayıtda əlilliyi olan şəxslər sahibkarlıq fəaliyyətinə təşviq edilir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt şəhərində yerləşən “KOB Dostu” ofisində “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin təşkilatçılığı ilə əlilliyi olan və digər həssas sosial qruplar arasında sahibkarlığın təşviqi, onların sahibkarlıq fəaliyyətinə cəlb olunması, kiçik

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Sumqayıtda “KOB Dostu” fəaliyyətə başlayıb
20:5917 aprel

Sumqayıtda “KOB Dostu” fəaliyyətə başlayıb

Aprelin 17-də Sumqayıt şəhərində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) fəaliyyətə başlayıb.