İSTİ XƏBƏRLƏR
» » Zakir Fərəcov ağsaqqallarla görüşdü

Zakir Fərəcov ağsaqqallarla görüşdü



Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində "Doğma Sumqayıtımızın yubileyini ləyaqətlə qarşılayaq!" devizi altında Sumqayıt şəhər Ağsaqqallar Şurasının tədbiri keçirilib.

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhər Ağsaqqallar Şurasının üzvləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhər Ağsaqqallar Şurasının fəaliyyətini yüksək qiymətləndirib, quruma işində uğurlar arzulayıb.  Ağsaqqallar Şurası üzvlərinin şəhərin ictimai-siyasi həyatında fəal iştirak etdiyini   vurğulayan şəhər rəhbəri bildirib ki,   Şura üzvləri şəhərdə həyata keçirilən quruculuq işlərində fəal iştirak edir, eyni zamanda milli və mənəvi dəyərlərimizin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində də mühüm işlər görür.

Şəhər rəhbəri son illərdə  həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib, gələcək hədəflərə nəzər salıb.

Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri Müzəffər Gülümov çıxış edərək bildirib ki, son illərdə Sumqayıt şəhərində bütün sahələrdə görülmüş işlər, qazanılmış naliyyətlər şəhərdə ağsaqqalların, ahıl vətəndaşların sosial vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olub. Ağsaqqallar, ahıl vətəndaşlar hər tərəfli dövlət qayğısı ilə əhatə olunublar.

Məruzə ətrafında çıxışlarda Sumqayıt şəhərində həyata keçirilən tikinti-quruculuq işlərinə, əldə olunan naliyyətlərə, həmçinin ağsaqqallara göstərilən qayğıya görə ağsaqqallar adından ölkə prezidentinə və şəhər rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.


Rəy bildir +
Oxşar xəbərlər
Gənclik şəhərinin bayram ovqatı    Sumqayıtlıların ürək sözləri
16:4125 sentyabr

Gənclik şəhərinin bayram ovqatı Sumqayıtlıların ürək sözləri

  Prezident İlham Əliyevin sərəncamı ilə noyabr ayında 70 illik yubileyi geniş qeyd ediləcək Sumqayıt   Azərbaycanın ikinci böyük sənaye mərkəzi, yüz minlərlə sakinin burada yaşaması ilə qürur duyduğu, çoxsaylı qonaqların böyük həvəslə üz tutduğu bir şəhərdir. Yeni əsrin əvvəllərindən Sumqayıt daha

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?
14:5910 avqust

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?

2019-cu ilin birinci yarısında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Sumqayıt ilin birinci rübünü necə keçirib?
10:5915 may

Sumqayıt ilin birinci rübünü necə keçirib?

Ötən həftə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə,  təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli