İSTİ XƏBƏRLƏR
» » Sumqayıtda möhtəşəm konsert

Sumqayıtda möhtəşəm konsert



Sumqayıtın şəhər statusu almasının 70 illiyinə həsr olunmuş silsilə tədbirlər davam edir. Sumqayıt Dövlət Dram Teatrının qarşısındakı meydanda açıq hava konserti keçirilib.

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq mühafizə orqanlarının nümayəndələri, müəssisə, idarə və təşkilatların rəhbərləri, ictimayət nümayəndələri və minlərlə şəhər sakini iştirak edib.

Vurğulanıb ki, bu il Sumqayıtın şəhər statusu almasının 70-ci ili tamam olur. Prezident İlham Əliyevin 14 fevral 2019-cu il tarixli sərəncamı ilə Sumqayıtın 70 illik yubileyi geniş şəkildə qeyd edilir. Artıq şəhərdə bununla bağlı müxtəlif tədbirlər həyata keçirilməkdədir.

Sumqayıt bu gün ümummilli liderin ən layiqli davamçısı İlham Əliyevin xüsusi qayğısı ilə əhatə olunub. Sumqayıt cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasəti nəticəsində ulu öndərin vaxtilə qarşıya qoyduğu hədəflərə yaxınlaşaraq möhtəşəm nailiyyətlər əldə edib. Sumqayıt tamamilə yenilənib, yeni infrastruktur yaranıb. Hansı ki, bu infrastruktur uzun onilliklər sumqayıtlılara ən yüksək standartlar əsasında xidmət edəcək.

Tanınmış incəsənət ustalarının iştirakı ilə keçirilən konsert proqramı şəhər sakinlərində əsl bayram əhval-ruhiyyəsi yaradıb. Konsert proqramında Mənsum İbrahimov, Faiq Ağayev, Təyyar Bayramov, Nadir Qafarzadə, Ehtiram Hüseynov, Aytən Məhərrəmova, Namiq Məna, Yusif Müstafayev, Nüşabə Ələsgərli, Pərviz Qasımov, Aşıq Əli və Aşıq Samirə, Fəhmin Əhmədli, Gülzar Fərəcova, Rəvanə Əmraslanova, Sədəf Budaqova, Vəfa Şərifova çıxış edib.


Rəy bildir +
Oxşar xəbərlər
Gənclik şəhərinin bayram ovqatı    Sumqayıtlıların ürək sözləri
16:4125 sentyabr

Gənclik şəhərinin bayram ovqatı Sumqayıtlıların ürək sözləri

  Prezident İlham Əliyevin sərəncamı ilə noyabr ayında 70 illik yubileyi geniş qeyd ediləcək Sumqayıt   Azərbaycanın ikinci böyük sənaye mərkəzi, yüz minlərlə sakinin burada yaşaması ilə qürur duyduğu, çoxsaylı qonaqların böyük həvəslə üz tutduğu bir şəhərdir. Yeni əsrin əvvəllərindən Sumqayıt daha

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Sumqayıtda ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümü qeyd edildi
16:1614 iyul

Sumqayıtda ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümü qeyd edildi

Sumqayıt şəhərində ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə qeyd olunub ki, 1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə respublikanın bütün sahələrində tamamilə yeni dövr başladı, böyük intibahın

Sumqayıt ilin birinci rübünü necə keçirib?
10:5915 may

Sumqayıt ilin birinci rübünü necə keçirib?

Ötən həftə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə,  təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli