İSTİ XƏBƏRLƏR
» » Azərbaycanda meyvə-tərəvəz yeyənlərin sayı artıb

Azərbaycanda meyvə-tərəvəz yeyənlərin sayı artıb


Azərbaycanda əhalinin istehlak etdiyi qida məhsulları sırasında ən üstün yeri süd və süd məhsulları tutur.

2018-ci ildə ölkədə bir nəfərin istehlak etdiyi süd və süd məhsullarının çəkisi 240,2 kq olub. Bu göstərici 2017-ci ildə 238,1 kq, 2016-cı ildə 236,2 kq olub.

Ötən müddətdə əhalinin istehlak etdiyi tərəvəz məhsulları və meyvələrin çəkisində də artım olub.

2016-cı ildə bir nəfərin istehlak etdiyi tərəvəzin çəkisi 105,1 kq, 2017-ci ildə 104,1 kq, 2018-ci ildə 112,8 kq olub.

Meyvə və gilmeyvəyə gəldikdə, 2016-cı ildə bir nəfərin il ərzində istehlak etdiyi meyvə və gilmeyvələrin çəkisi 70,4 kq, 2017-ci ildə 71,2 kq, 2018-ci ildə 73,4 kq olub.

Həmçinin, ötən müddətdə ət və ət məhsullarının istehlakı da çoxalıb.

2016-cı ildə 1 nəfərin istehlak etdiyi ət və ət məhsullarının çəkisi 35,5 kq, 2017-ci ildə 37,4 kq, 2018-ci ildə 39,8 kq olub.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hələ bir neçə il əvvəl apardığı sorğu nəticəsində ölkədə meyvə-tərəvəzin bol olmasına baxmayaraq, əhalinin bu ərzaq növündən az istifadə etdiyi müəyyən edilib.

Rəy bildir +
Oxşar xəbərlər
Əfqanıstan odlarından keçmiş sumqayıtlı professor
11:1819 sentyabr

Əfqanıstan odlarından keçmiş sumqayıtlı professor

Eyni şəhərdə - Sumqayıtda yaşayaraq 20 ildən çox tanışlığımız olsa da, Sahib müəllimlə daha yaxın münasibətimizin tarixçəsi cəmi bir-neçə ildir. Bizi Sumqayıt "Dostlar klubu" və bu klubun üzvü olan çox dəyərli ziyalılar birləşdirir. Biz tez-tez görüşür, müxtəlif müzakirələr aparır, bir çox həyati,

Çürük meyvələrin hansı zərərləri var?
16:0012 sentyabr

Çürük meyvələrin hansı zərərləri var?

Meyvələri müxtəlif şəraitdə xeyli müddət saxlamaq mümkündür. Lakin bəzən meyvələrin çürüməsinin qarşısını almaq olmur. Bununla belə, çürük meyvələri yeyənlər də olur. Hətta çürüyən meyvənin sağlamlığa xeyirli olduğunu iddia edənlər də var.

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Hansı GMO məhsullarından istifadə edirik?
16:5425 iyul

Hansı GMO məhsullarından istifadə edirik?

Azərbaycanda GMO məhsulların siyahısı açıqlanıb. Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Mansur Piriyev geni modifikasiya olunmuş (GMO) bitki növlərinin siyahısını yayıb. Siyahıda 30 bitki növünün adı var.

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO