İSTİ XƏBƏRLƏR
» » Azərbaycandan Türkiyəyə nə qədər turist gedir?

Azərbaycandan Türkiyəyə nə qədər turist gedir?

 

2019-cu ilin avqust ayında Azərbaycandan Türkiyəyə 150,8 min turist səfər edib.

Trend-in məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,36 faiz çoxdur. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi bu dövrdə ölkəyə səfər etmiş əcnəbilərin ümumi sayında Azərbaycandan olan turistlərin payının 2,39 faiz olduğunu açıqlayıb.

2019-cu ilin yanvar-avqust aylarında Azərbaycandan Türkiyəyə 630,6 min turist səfər edib ki, bu da ötən ilin həmin dövrü üzrə olan göstəricidən 6,44 faiz çoxdur.

Həmin dövrdə Türkiyəyə səfər etmiş əcnəbilərin ümumi sayında Azərbaycandan olan turistlərin payı isə 2,03 faiz təşkil edib.

Ümumilikdə isə bu ilin avqust ayında Türkiyəyə 6,307 milyon turist səfər edib. Bu rəqəm ötən ilin avqustu ilə müqayisədə 17,17 faiz çoxdur.

Avqust ayında Antalyaya 2,4 milyon, İstanbula isə 1,5 milyon turist səfər edib.

2019-cu ilin yanvar-avqust aylarında Türkiyəyə ümumilikdə 31 milyon turist səfər edib ki, bu rəqəm ötən ilin eyni dövrü üzrə göstəricidən 14,72 faiz çoxdur.

Rəy bildir +
Oxşar xəbərlər
Azərbaycana Çindən gələn   turistlərin sayı daha da artacaq
19:3915 avqust

Azərbaycana Çindən gələn turistlərin sayı daha da artacaq

Azərbaycana Çindən gələn turistlərin sayı daha da artacaq. Bunu Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov "Küçə sənətçiləri" adlı layihənin təqdimatında çıxış edərkən deyib.

Ölkəmizə nə qədər turist gəlib?
16:2316 iyul

Ölkəmizə nə qədər turist gəlib?

Bu ilin birinci yarısında Azərbaycanı 6.5% çox xarici qonaq ziyarət edib. Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumatda deyilir ki, 2019-cu ilin birinci yarısında Azərbaycanı ziyarət etmiş xarici qonaqların sayı 1.4 milyon-a çatıb ki, bu da ötən ilin eyni dövründə ölkəyə gəlmiş 1.3 milyon

Sumqayıtlı turizm mütəxəssisi: Azərbaycan dünyanın əksər ölkələrində turizm mərkəzi olaraq yeni bir istiqamət kimi tanınır
16:1513 iyun

Sumqayıtlı turizm mütəxəssisi: Azərbaycan dünyanın əksər ölkələrində turizm mərkəzi olaraq yeni bir istiqamət kimi tanınır

Turizm və xidmət sektoru hazırda dünya iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilib. Bu sahədə baş verən ardıcıl qlobal iqtisadi böhranlara baxmayaraq, bu imkanlardan yararlanan və potensialı olan ölkələrə səyahət edən insanların sayı da ildən-ilə artmaqdadır. Beynəlxalq səfərlər getdikcə

Sumqayıt şəhərinin 70 illik yubilyeyi  münasibətilə tədbirlər planına təkliflər
10:2324 may

Sumqayıt şəhərinin 70 illik yubilyeyi münasibətilə tədbirlər planına təkliflər

Məlum olduğu kimi  Turizmin inkişafı ilə bağlı son illər Prezident İlham Əliyev bir neçə sərəncam imzalamış və onların icrası istiqamətində tədbirlər həyata keçirilmişdir. Aparılan ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür