İSTİ XƏBƏRLƏR
» » LiFFt Festivalının iştirakçıları Prezidentə Sumqayıtla bağlı nə yazdılar?

LiFFt Festivalının iştirakçıları Prezidentə Sumqayıtla bağlı nə yazdılar?


Avrasiya ədəbi festivalı-LiFFt Festivalının iştirakçısı olan yazıçılar Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə məktub yazaraq Sumqayıtla bağlı təəssüratlarını bölüşüblər. Məktubda deyilir:

Azərbaycan Respublikasının Prezidenti çox hörmətli cənab İlham Əliyevə! 

Biz 4-cü Avrasiya ədəbi festivalı-LiFFt Festivalının iştirakçısı olan yazıçılar oktyabr ayının 2-də "Azərbaycan, Salam!" tədbirləri çərçivəsində 70 illiyini qeyd etməyə hazırlaşan Sumqayıt şəhərinə səfər etdik, şəhərin gözəlliyindən və sumqayıtlıların qonaqpərvərliyindən vəcdə gəldik. 

Bizi İcra Hakimiyyətinin başçısı qarşıladı və səfər boyu müşayiət etdi. Biz Səməd Vurğun adına Mədəniyyət evində, misilsiz Heydər Əliyev Mərkəzində, Poeziya evində və əsl möcüzə hesab etdiyimiz bulvarda olduq. Bütün gözəlliyin Sizin sayənizdə yaradıldığını öyrəndik! Şəhər sanki güllərin içində üzürdü, təkrarsız gözəllik idi. 

Biz Sizin şəxsinizdə Sumqayıta və bütün Azərbaycana səmimi təşəkkürümüzü bildirmək istəyirik.

Düşünürük ki, bu şəhər haqqında təəssüratımız  heç vaxt tükənməyəcək və biz bu təəssüratları gələcək əsərlərimizdə mütləq əks etdirəcəyik. 


Hörmətlə:

Oljas Süleymenov (Qazaxıstan)

Radomir Andriç (Serbiya)

Yevgeni Popov (Rusiya)

Aleksandr Selimoviç (ABŞ)

Marin Kadiyev (Bolqarıstan)

Leo Butnaru (Rumıniya)

Vadi Urmas (Estoniya)

Marsel Səlimov (Başqırdıstan, RF)

Haada Sendo (Yaponiya)

Viktor Canines (Avstriya)

Aleksander Aleksandr (Almaniya)

Natalya Byuik (Ukrayna)

Mehmet Nuri Parmaksız (Türkiyə)

Zamalkul Sabayeva (Qırğızıstan)


Ümumiyyətlə dünyanın 15 ölkəsindən 29 yazar.

Rəy bildir +
Oxşar xəbərlər
Gənclik şəhərinin bayram ovqatı    Sumqayıtlıların ürək sözləri
16:4125 sentyabr

Gənclik şəhərinin bayram ovqatı Sumqayıtlıların ürək sözləri

  Prezident İlham Əliyevin sərəncamı ilə noyabr ayında 70 illik yubileyi geniş qeyd ediləcək Sumqayıt   Azərbaycanın ikinci böyük sənaye mərkəzi, yüz minlərlə sakinin burada yaşaması ilə qürur duyduğu, çoxsaylı qonaqların böyük həvəslə üz tutduğu bir şəhərdir. Yeni əsrin əvvəllərindən Sumqayıt daha

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Sumqayıt şəhərinin 70 illik yubilyeyi  münasibətilə tədbirlər planına təkliflər
10:2324 may

Sumqayıt şəhərinin 70 illik yubilyeyi münasibətilə tədbirlər planına təkliflər

Məlum olduğu kimi  Turizmin inkişafı ilə bağlı son illər Prezident İlham Əliyev bir neçə sərəncam imzalamış və onların icrası istiqamətində tədbirlər həyata keçirilmişdir. Aparılan ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Dünyaşöhrətli yazar, BMT-nin himayəsi ilə çıxan World Poetry Almanac dərgisinin naşiri, Dünya Sülh mükafatı laureatı Xadaa Sendoo: "Ən böyük arzum məşhur Sumqayıt bulvarını görməkdir"
12:0930 aprel

Dünyaşöhrətli yazar, BMT-nin himayəsi ilə çıxan World Poetry Almanac dərgisinin naşiri, Dünya Sülh mükafatı laureatı Xadaa Sendoo: "Ən böyük arzum məşhur Sumqayıt bulvarını görməkdir"

Sentryabr ayının 30-dan oktyabr ayının 3-dək Bakıda Avrasiya Materikinin ədəbiyyat üzrə 4-cü "LiFFt" festifallar festifalı keçiriləcək. BMT-nin himayəsi ilə, Avrasiya Millətlər Assambleyasının, LiFFt Fondunun və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ərsəyə gələcək bu festifalda 50 ölkənin 150