İSTİ XƏBƏRLƏR
» » Sumqayıta hansı məşhur yazıçılar gəlmişdi?

Sumqayıta hansı məşhur yazıçılar gəlmişdi?





Oljas Süleymenov 

(Qazaxıstan):

Qazaxıstanın  xalq yazıçısı, əmək qəhrəmanı. Linqvistik tədqiqatların, xüsusilə də türk elementlərinə həsr olunmuş "İqor alayı haqqında söz"ün müəllifi kimi şöhrət qazanmışdır. Sovet dövrünün çoxsaylı orden və medalları, o cümlədən Fransanın incəsənət və ədəbiyyat ordeni, Ukraynanın Knyaz Yaroslav Mudrı ordeni, Rusiyanın "Dostluq" ordeni, Azərbaycanın "Şöhrət" ordeni kavaleridir;


Aleksandr Selimoviç

(ABŞ)

YUNESKO-nun fəxri səfiri, Amerika PEN təsisatının üzvü, Amerika Yazarlar Akademiyasının üzvü, Demokratik Delovar Partiyası Koordinasiya Komitəsinin üzvü, bir neçə ölkənin yazarlar birliyinin fəxri üzvü, professor, şair və nasir. 


Yevgeni Popov

(Rusiya)

Müasir rus nəsrinin ən parlaq imzalarından biri, "Aksenov" kitabına görə 2012-ci ildə "Böyük kitab" mükafatı laureatı. Moskva Yazıçılar İttifaqının katibi, təsisçilərindən biri və İsveç PEN Mərkəzinin assosiativ üzvü,  Rus PEN mərkəzinin vitse-prezidenti. 

Vasili Şukşinin ön sözü ilə "Yeni dünya" (1976) jurnalında ilk ciddi yazısı ona Ümumittifaq şöhrəti gətirdi. Aksyonovla, Bitovla birgə Qərbdə  çıxardıqları əfsanəvi "Metropol" almanaxı Brejnev dövrünün son böyük ədəbi qalmaqalına səbəb olub. 

Xadaa Sendu 

(Yaponiya)

Dünya  poetik almanaxının qurucusu. Asiya qitəsinin 21-ci əsrdə ən tanınmış şairlərindən biri. Dünyanın bir çox ədəbi mükafatlarının (Metyu Arnold Mükafatı (2018); Dünya Yazıçılar Birliyi mükafatı (2019); "Dünya icon" mükafatı (2019), Müasir Ədəbi İntibah Mükafatı (2019)), o cümlədən "Minilliyin şairi" mükafatının (2000) laureatı. 


Radomir Andrich

(Serbiya)

Məşhur Balkan şairi, Serbiya Yazıçılar Birliyinin sədri, 40-dan çox kitabın müəllifi. Əsərləri dünyanın 20 dilinə tərcümə edilib. 

Qızıl Orfey, Nikita Staneku, Lucian Blaqa, Qızıl qələm, Eminescu kimi nüfuzlu Avropa və Serbiya mükafatlarının laureatı. 


Viktor Klıkov 

(Avstriya)

Vyananın Poeziya klubunun prezidenti, yazıçı və publisistlərin Beynəlxalq London Assosiasiyasının (APİA), Beynəlxalq PEN klubun Avstriya bürosunun üzvü. Qriboyedov və Burlyuk medalı, Mayakovski ordeni laureatı. 


Urmas Vadi 

(Estoniya)

Dram səhnəsində

 parlayan, müsabiqələr qalibi olan ən gənc müəllif. Pyesləri dəfələrlə səhnəyə qoyulmuş və 2010-cu ildə Estoniya Mədəniyyət Fondunun illik teatr mükafatına layiq görülmüşdür. Vadi film ssenarilərinə görə  2011 və 2017-ci illərdə Friedebert Tuglas Short Story mükafatı qazanmışdır.


Marin Kadiyev 

(Bolqarıstan)

2003-cü ildən-üçüncü müddətdir ki, bolqar Müstəqil Yazıçılar Birliyinin sədridir. O, 50 il ərzində ölkə daxilində yazıçıların 9.000-dən çox canlı görüşünü təqdim etməklə ədəbiyyat tarixində iz qoyub. 

2012-ci ildən "Skat" televiziyasında "Mən susmaram" adlı ədəbi istiqamətli populyar verilişin aparıcısıdır.


Leo Butnaru

(Rumıniya)

Rumıniya Yazıçılar Birliyi Direktorlar Komitəsinin üzvü, Moldova Yazıçılar Birliyi Kişinyov filialının sədri. Bir neçə mükafata, o cümlədən Moldova Respublikasının Milli Mükafatına, (2002), Rumıniya Yazıçılar Birliyi İdarə Heyəti və Şurasının mükafatına (2008), Rumıniyanın ədəbi nəşrlər Assosiasiyasının mükafatına (2009), 2009-cu ilin yazıçısı fəxri adına, Monqolustanda keçirilən Poeziya müsabiqəsini   Qran-pri mükafatına layiq görülüb. 


Marsel Səlimov

(Başqırdıstan, RF)

 Əməkdar mədəniyyət işçisi, Beynəlxalq Ernest Hemenquey adına, Mixalkov adına, Qoqol adına (Ukrayna), Beynəlxalq Aleko (Bolqarıstan), Rusiya Jurnalistlər Birliyi, RF Hökumətinin Xudayberdin Şaqit adına mükafatlarının laureatı, Dostluq Ordeni kavaleri, Rusiya Xalqlarının 15-cü artridasının laureatı. Rusiyanın ən tanınmış satiriklərindən biri.

Rəy bildir +
Oxşar xəbərlər
"Qırmızı Şaman"ın izi ilə...
17:2403 oktyabr

"Qırmızı Şaman"ın izi ilə...

O yerlər çox uzaqdır...  Ruhuna sarıldığım, hər zaman umursadığım yerlərdir.  XVI-cı əsrdən sonra ruslar buranı Yakutsk adlandırdılar. Qədim tarixi mənbələrdə isə bu türk tayfasının yaşadığı yer Saxa kimi tanınıb.

Əfqanıstan odlarından keçmiş sumqayıtlı professor
11:1819 sentyabr

Əfqanıstan odlarından keçmiş sumqayıtlı professor

Eyni şəhərdə - Sumqayıtda yaşayaraq 20 ildən çox tanışlığımız olsa da, Sahib müəllimlə daha yaxın münasibətimizin tarixçəsi cəmi bir-neçə ildir. Bizi Sumqayıt "Dostlar klubu" və bu klubun üzvü olan çox dəyərli ziyalılar birləşdirir. Biz tez-tez görüşür, müxtəlif müzakirələr aparır, bir çox həyati,

Neft və banan:  CİA ABŞ-a sərf etməyən  hökumətləri necə devirirdi
16:4411 iyun

Neft və banan: CİA ABŞ-a sərf etməyən hökumətləri necə devirirdi

Əsas məqsədlərindən biri dövlətin konstitusiya quruluşunun qorunub-saxlanılması olan xüsusi xidmət orqanları bəzən digər ölkələrdə onların maraqlarına zidd siyasət yeridən hakimiyyətlərin devrilməsində və ya ümumiyyətlə, həmin dövlətdə çevrilişlər həyata keçirərək dövlət quruluşunun

"Sukait" türk-monqol  tayfaları ilə bizi nə bağlayır?
10:4222 may

"Sukait" türk-monqol tayfaları ilə bizi nə bağlayır?

Sumqayıt şəhəri Abşeron yarımadasının şimal-qərbində, Xəzər sahilində, Sumqayıtçayın mənsəbində, düzənlikdə yerləşir. Onu paytaxt Bakıdan 31 kilometr məsafə ayırır. Dəniz səviyyəsindən 26 m yüksəklikdə duran ərazinin iqlimi quru subtropik, relyefi düzənlik,yarımsəhra, bitki örtüyü seyrəkdir,

Dünyaşöhrətli yazar, BMT-nin himayəsi ilə çıxan World Poetry Almanac dərgisinin naşiri, Dünya Sülh mükafatı laureatı Xadaa Sendoo: "Ən böyük arzum məşhur Sumqayıt bulvarını görməkdir"
12:0930 aprel

Dünyaşöhrətli yazar, BMT-nin himayəsi ilə çıxan World Poetry Almanac dərgisinin naşiri, Dünya Sülh mükafatı laureatı Xadaa Sendoo: "Ən böyük arzum məşhur Sumqayıt bulvarını görməkdir"

Sentryabr ayının 30-dan oktyabr ayının 3-dək Bakıda Avrasiya Materikinin ədəbiyyat üzrə 4-cü "LiFFt" festifallar festifalı keçiriləcək. BMT-nin himayəsi ilə, Avrasiya Millətlər Assambleyasının, LiFFt Fondunun və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ərsəyə gələcək bu festifalda 50 ölkənin 150