İSTİ XƏBƏRLƏR
» » Sumqayıtda havanı çirkləndirən metaləritmə sexinin direktoru 3 min manat məbləğində cərimələnib

Sumqayıtda havanı çirkləndirən metaləritmə sexinin direktoru 3 min manat məbləğində cərimələnib



Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sumqayıtda yerləşən etilen-polietilen zavodu ərazisinə qaz və tüstünün yayılması ilə bağlı daxil olan məlumatı nazirliyin əməkdaşları yerində araşdırıblar. Aparılan monitorinq və araşdırma zamanı ətrafa yayılan iy-qoxunun yaxınlıqda yerləşən “TAC Metal” Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) məxsus metaləritmə sahəsində formalaşdığı məlum olub.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında 4 saylı Regional Ekologiya İdarəsinin rəisi Mübariz Vəliyev deyib.

O qeyd edib ki, həmin ərazinin atmosfer havasından götürülən nümunələr üzərində aparılan analizlərin nəticələrinə görə etil-benzolun qatılığının normadan 1,4 dəfə çox olduğu müəyyənləşib. Faktla bağlı metaləritmə sexinin direktoru Müslüm Abbasov barəsində akt və protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimələnib. Gələcəkdə belə halların baş verməməsi üçün sexin direktoruna icrası məcburi olan müddətli göstəriş verilib.
Rəy bildir +
Oxşar xəbərlər
Etilen Polietilen Zavodu:   müəssisədə hansı yeniliklər gözlənilir?
16:5607 avqust

Etilen Polietilen Zavodu: müəssisədə hansı yeniliklər gözlənilir?

"Azərikimya" İstehsalat Birliyinin Etilen-Polietilen zavodu 2020-ci ilin 2-ci rübündə tam olaraq yeni konfiqurasiyada istismara veriləcək. Bununla da zavodda illik etilen istehsalının həcmi 100-105 min tondan 192 min tona, propilen istehsalının həcmi isə 50-55 min tondan 187 min tona çatdırılacaq.

Xəzəri qanunsuz çəpərləyənlər   4 min manat cərimə olunacaq...
17:1225 iyul

Xəzəri qanunsuz çəpərləyənlər 4 min manat cərimə olunacaq...

Sumqayıt ətrafında Xəzər dənizi tam olaraq sakinlərin ixtiyarındadır. Amma üzü Novxanı istiqamətində getdikcə dənizin intensiv hasarlanması ilə rastlaşırıq. Budur, dənizi hasarlayanlara qarşı mübarizə sərtləşdirilir. Lakin buna baxmayaraq,   dənizi hasara alaraq kafelər açıb, istirahət mərkəzi

Sumqayıtlı sahibkardan Nazirliyin   yerli strukturuna qarşı sərt ittiham
16:1610 iyul

Sumqayıtlı sahibkardan Nazirliyin yerli strukturuna qarşı sərt ittiham

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi "Dan Ulduzu" şadlıq evini məhkəməyə verib.

Bakı və Sumqayıt şəhərlərində atmosfer havasının səyyar monitorinqi keçirilib
17:1222 may

Bakı və Sumqayıt şəhərlərində atmosfer havasının səyyar monitorinqi keçirilib

Atmosfer havasının keyfiyyəti insan səhhətinə təsir göstərən amildir. Bakının ekoloji vəziyyətinin yaxşılaşdırılmasına yönələn irimiqyaslı layihələr icra olunur. Buna nümunə kimi şəhərin mərkəzində köhnəlmiş sənaye müəssisələrinin ləğv edilməsi, onların yerində gözəl istirahət məkanları, parkların

Sumqayıtda yerləşən restoranın direktoru:  "Nazirliyin açıqlaması  bizi təəccübləndirdi"
17:5630 aprel

Sumqayıtda yerləşən restoranın direktoru: "Nazirliyin açıqlaması bizi təəccübləndirdi"

Ötən həftə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sumqayıtda yerləşən təmizləyici qurğular quraşdırılmayan 3 restoranla bağlı açıqlama yaydı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparat rəhbəri Vüqar Kərimov bildirmişdi ki, Bakı və Sumqayıt şəhərlərində keçirilən monitorinq zamanı təmizləyici