İSTİ XƏBƏRLƏR
» » Enerji içkiləri ilə mübarizəni effektsiz edən səbəblər

Enerji içkiləri ilə mübarizəni effektsiz edən səbəblər


Azərbaycanda uzun müddətdir ki, enerji içkilərinin satışına qadağanın qoyulması, qiymətinin bahalaşdırılması və digər bu kimi istiqamətlərdə müzakirələr gedir. Milli Məclisin sentyabrın 30-da keçirilən plenar iclasında da məsələ bir daha müzakirəyə çıxarıldı. Çıxış edən deputat Qənirə Paşayeva enerji içkilərinin zərərlərindən danışdı. Xanım deputat enerji içkilərinin geniş yayılmasından narahatlığını ifadə etdi.


Bu zaman iclasa sədrlik edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov enerji içkiləri ilə bağlı problemlərin olduğunu təsdiqlədi.  O bildirdi ki, bu məsələ ilə bağlı ictimaiyyət arasında maarifləndirmə işlərinin aparılması vacibdir. "Keçən dəfə bir məktəbdə idim. Gəlib mənə sual verirdilər ki, Ziyafət müəllim, enerji içkiləri niyə ziyandır?"

Z.Əsgərov ardınca bir daha bildirdi ki, enerji içkilərinin ziyanlı olması haqqında maarifləndirmə işləri aparılmalıdır.

Deputat Musa Quliyev də televiziyada enerji içkilərinin reklamının qadağan edilməsini təklif etdi. Deputat bildirdi ki, bununla bağlı "Reklam haqqında" qanuna dəyişiklik edilməlidir.

Onun sözlərinə görə, energetik içkilərin uşaqlara, yeniyetmələrə, gənclərə zərərli təsirlərinin olduğu tibbi həqiqətdir: "Bütün dünya bununla bağlı həyacan  təbili çalır. Təəssüflər olsun ki, Azərbaycanın bütün özəl televiziya kanallarında enerji içkiləri reklam edilir".

Bəs Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bu barədə hansı işləri aparır?

Əvvəlcə qeyd edək ki, araşdırmamız nəticəsində öyrəndik ki, son zamanlar Bakı marketlərində enerji içkilərinin çeşidlərində artım müşahidə edilir. Bazara yeni gətirilən enerji içkilərinin 1 bankasını hətta 60 qəpiyə də almaq mümkündür.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirildi ki, onlar normativ aktını tərtib edib, müvafiq qurumlara təqdim ediblər:

"Enerji içkilərindən normadan artıq istifadə orqanizmin daxilində kəskin zərərli mühit yaratmaqla, toxuma və hüceyrələri, daxili selikli qişanı zədələyir, immun sistemini zəiflədərək ağır xəstəliklərə gətirib çixara bilir. Həmin içkilərin digər qaçılmaz mənfi cəhəti isə asılılıq yaratmasıdır. Enerji içkilərinin tərkibindəki stimullaşdırıcı komponentlərin normadan artıq istifadəsi ürək infarktı riskinin artmasına, ürəkbulanma, diareya, qusma, dəridə qızarmalar, epiqastral nahiyədə spazma, susuzluq, bulanıq görmənin meydana gəlməsinə səbəb olur.

Qeyd edilənləri nəzərə alaraq, dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən enerji içkilərinin təhlükəsizlik göstəricilərinin tənzimlənməsi və bununla da bu içkilərin insan orqanizminə mümkün mənfi təsirlərinin qarşısının alınması üçün "Enerji içkilərinə dair sanitariya norma və qaydaları" qəbul edilib.

"Enerji içkilərinə dair sanitariya norma və qaydaları" bu məhsulların minimum keyfiyyət göstəricilərinə, təhlükəsizliyinə, qablaşdırılmasına, etiketlənməsinə, daşınmasına və saxlanmasına, habelə həmin məhsulların istehsalında istifadə olunan xammal və materiallara dair məcburi tələbləri əks etdirir.

Hazırda agentlik tərəfindən bununla bağlı normativ sənəd hazırlanaraq aidiyyəti qurumlara təqdim edilib".

Məlumat üçün bildirək ki, enerji içkiləri tərkibində kofein, taurin, vitaminlər, bitki mənşəli əlavələr, şəkər, yaxud digər dadlandırıcı maddələr olan, çəki itkisinə səbəb olan, dözümlülük, fiziki gücü və diqqəti gücləndirən içki kimi reklam edilən qida məhsuluna deyilir.

İlk dəfə 1929-cu ildə xəstəxanada dərman kimi istifadəsinə başlanan enerji içkiləri  zaman keçdikcə enerjini bərpa edən qida məhsulu kimi reklam olunmağa başlandı. Yaponiyada 1960-cı ildən satılmağa başlanan bu içki, qısa müddət sonra hamının istifadə edə biləcəyi enerji içkisi kimi tanıdıldı. 2000-ci illərin sonunda Avropada böyük satış bazarına sahib olan enerji içkiləri artıq dünyanın hər yerində güc artıran qida məhsulu kimi istifadə olunur.

Enerji içkilərinin istehsalında istifadə olan kofein, şəkər, taurin, quarana kimi maddələr, rəngləyici qida əlavələri günlük normadan artıq qəbul edildiyi halda insan sağlamlığına müəyyən fəsadlar törədə bilər. Bu səbəbdən enerji içkiləri qəbul edərkən bir neçə məqama diqqət etmək lazımdır:

- Məhsulu alarkən onun tərkibi ilə tanış olun.

- Enerji içkilərinin gündəlik qəbulu 1 qutudan artıq tövsiyə olunmur.

- Bu içkilərin hamilə qadınlar və uşaqlar tərəfindən qəbul edilməsi qadağandır.

- Enerji içkiləri spirtli içkilərlə birlikdə qəbul edilərsə, zəhərlənməyə səbəb ola bilər.

Enerji içkilərinin tərkibindəki şəkər tez bir zamanda qanla təmasa girir, oksidləşmə prosesində iştirak edir, əzələləri, beyni və digər həyati əhəmiyyət daşıyan orqanları enerji ilə təmin edir. Artıq dozada qəbul edildikdə qanda təzyiqin qəfildən qalxmasına və ya qanda şəkərin səviyyəsinin artmasına səbəb ola bilər. Yüksək qan təzyiqi və qanda şəkərin artması, əsəbilik, yuxusuzluq kimi hallara gətirib çıxara bilər.

Eyni zamanda enerji içkilərinin tərkibində olan kofein artıq istifadə edildiyi zaman insan orqanizmi üçün zərərlidir. Bu kimi hallar insanda asılılıq yaradır, yuxusuzluğa səbəb olur. Daimi olaraq kofein istifadəsi ürək döyüntülərinin sürətini artırır, təzyiqi yüksəldir.


Əli RAİS

Rəy bildir +
Oxşar xəbərlər
48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Avropa İttifaqı-Azərbaycan münasibətləri:   "Şərq tərəfdaşlığı" və   yeni strateji əməkdaşlıq modeli
15:3111 sentyabr

Avropa İttifaqı-Azərbaycan münasibətləri: "Şərq tərəfdaşlığı" və yeni strateji əməkdaşlıq modeli

Bir neçə müddətdir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında yeni əməkdaşlıq sənədinin hazırlanması ilə əlaqədar bəzi məsələlər qızğın nəzəri diskussiyaların mövzusuna çevrilib. Burada fərqli mövqelər ifadə edilir, bəzən hətta bir-birinə zidd tezislər səsləndirilir. Rəsmi Bakı isə təmkinli və

NÜVƏDİYƏ SON SƏFƏR
17:4302 sentyabr

NÜVƏDİYƏ SON SƏFƏR

Bizim iki UAZ maşınımız KQB-nin əməkdaşı Ş.Həsənovun müşayiəti ilə tozlu-torpaqlı yollarla Nüvədiyə səmt alır. Ora ilk dəfə getdiyimizdən, həm də Zenfira xanıma görə narahat olduğumuzdan (bunu qətiyyən büruzə verməməyə çalışsaq da) səbrsizliklə mənzil başına çatmağımızı gözləyirik. Hər an yolumuzda

Androloq-seksoloqla müsahibə: Cinsi zəiflik, infeksiyalar, sonsuzluq...
17:0927 iyul

Androloq-seksoloqla müsahibə: Cinsi zəiflik, infeksiyalar, sonsuzluq...

“168 saat”ın "Doktor" səhifəsinin budəfəki qonağı androloq-seksoloq Həsən Səmədovdur. Onunla müsahibəmizdə əsasən kişiləri maraqlandıran cinsi problemlər, xəstəliklər barədə danışmışıq, həkim eyni zamanda oxucularımızı maraqlandıran sualları cavablandırıb.

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı
10:1722 may

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı

1991-ci ilin noyabrında Azərbaycanın kommunist hakimiyyəti ümummilli lideri Heydər Əliyevi Bakıya buraxmırdı, onun ətrafında informasiya blokadası yaradılmışdı. Belə bir məqamda o vaxtkı cəbhəçi, hazırda Qeyri Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Naxçıvana gedib Heydər Əliyevdən