İSTİ XƏBƏRLƏR
» » Saç tökülməsinin qarşısını alan ənənəvi türk içkisi

Saç tökülməsinin qarşısını alan ənənəvi türk içkisi



Cökə ağacının saç tökülməsinin qarşısını aldığını bilirdiniz? Xüsusilə iyun və iyul aylarında çiçək açan cökə ağacının sarımtıl və gözəl qoxusu əvvəlcə burnumuza, oradan ciyərlərimizə və qan dövranına yayılaraq bütün bədəni bihuş edir. Məlum olub ki, Türkiyədə ihlamur kimi tanınan cökə çayı saç tökülməsinə qarşı çox faydalıdır.

Kalsium, A ilə C vitaminləri və bir çox faydalı elementlərlə zəngin olan cökə çiçəkləri saç tökülməsinin qarşısını alan effektli və təbii vasitələrdən biridir.

Cökə çayı sakitləşdirici xüsusiyyəti sayəsində sinir sistemində gərginliyi azaldaraq gecələr rahat yuxuya getməyi asanlaşdırır. Odur ki, yatmazdan əvvəl 1 stəkan cökə çayı için.

Bu bitki həmçinin qanı təmizləyir, qan dövranını tənzimləyir. Cökənin qan azlığı müalicəsində də müsbət rol oynadığı barədə araşdırmalar var. Antioksidant təsirə malik olan cökə çayı bədən müqavimətini gücləndirir.

Bu bitkinin ən diqqət çəkən xüsusiyyətlərindən biri də odur ki, saç köklərini dərindən bəsləyərək saç tökülməsinin qarşısını alır. Saçların daha gur və sağlam olması üçün həftədə 3 dəfə saçlara cökə çayı ilə maska edin.

Antioksidant təsiri və sakitləşdirici xüsusiyyəti sayəsində dəri tonusunu qaldırıb elastikliyini bərpa edəcək.

Rəy bildir +
Oxşar xəbərlər
Yağları əridən 9 sehirli məhsul
11:5615 sentyabr

Yağları əridən 9 sehirli məhsul

Orqanizmdə yağları əridən bu məhsullar, həqiqətən arıqlamağa kömək edir. Ancaq yağların parçalanması çox çətin prosesdir dedikdə heç də səhv etmirik. Yağlı kremi olan tort yedikdən sonra bu məhsullardan birini yeyib dərhal kömək edəcəyi təbii ki mümkün deyil. Qidalanmaya ağılla yanaşıb, aktiv həyat

Sabun və duş gellərinin dəriyə dəhşətli zərərləri
19:5115 avqust

Sabun və duş gellərinin dəriyə dəhşətli zərərləri

Zəifləmiş və sərbəst radikalların hücumuna məruz qalan müasir insan bədəni xüsusi qayğı və baxıma ehtiyac duyur.

Mubariz İbrahimovu Türkiyə-Suriya   sərhəddində hamıya sevdirən antakyalı müəllim
11:0309 avqust

Mubariz İbrahimovu Türkiyə-Suriya sərhəddində hamıya sevdirən antakyalı müəllim

10 yaşından foto sənətinə, 12 yaşından poeziyaya bağlanmış bugünkü 48 yaşlı şairin Türkiyədə 48 kitabı nəşr edilib. O, bir çox foto-müasbiqələrin də qalibidir.

Tibbi müayinədə hansı tip şüalanmadan narahat olmalıyıq?
17:2005 iyul

Tibbi müayinədə hansı tip şüalanmadan narahat olmalıyıq?

İlqar Hüseynov 1981-ci ildə Bakı şəhərində anadan olub. 1998-2004-cü illərdə Azərbaycan Tibb Universitetinin müalicə işi və hərbi-tibb fakültələrində təhsil alıb, tibb ximəti zabiti - hərbi həkim olaraq ümumi cərrah kimi Silahlı Qüvvələrin müalicə müəssisələrində xidmət edib, daha sonra isə bir

Sumqayıtlı statusman: "Dünya savaşı telefonun ekranında gedir…"
17:0726 iyun

Sumqayıtlı statusman: "Dünya savaşı telefonun ekranında gedir…"

Iyunun 21-də sumqayıtlıların sevə-sevə Hümbət həkim adlandırdıqları Hümbət Həsənoğlu Quliyev 64-cü doğum gününü qeyd etdi. Qərara gəldik ki, bu münasibətlə onu "Qonaq otağı"nda qonaq edək. Kimdir Hümbət Həsənoğlu? Həkim, biznesmen, yazar. Ən əsası, vətən təəssübkeşi.